ARGENTİNA Argentina Birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Birinci dünya müharibəsi illərində Argentinə bitərəf ölkə kimi qaldı. Birinci dünya müharibəsi və ondan sonrakı dövrdə Argentinada iqtisadi yüksəliş davam edirdi. O, taxıl və ət məh- sulları ixrac edirdi. 1920-ci ildə xaricə 50 milyon ton buğda sat- mışdı. Lakin ölkə yenə də xarici kapitaldan, xüsusilə İngiltərə və ABŞ kapitalından asılı vəziyyətdə idi.
Estonyerlər, yəni iri torpaq sahibləri torpaqların 80% -nə sahib idilər. Ölkənin ictimai-siyasi həyatında iri torpaq sahibləri və maliyyə-sənaye oliqarxiyası hökmranlıq edirdilər. Yuxarı dairələrə katolik kilsəsi və hərbçilər də aid idi. Siyasi arenada aparıcı yer Vətəndaş radikal ittifaqı partiyasına məxsus idi. Radikalların lideri İpolito İriqoyen 1916-cı ildən ölkənin prezidenti idi. Dövlət mülkədarlara, yepiskoplara, hərbçilərə qarşı qəti tədbirlər görməklə xırda burjuaziyanın, ziyalıların, sənətkarların etibarını qazandı. Mərkəzi hakimiyyət gücləndirildi, “qayda-qanun” möhkələmləndirildi. Kənd təsərrüfatı və milli sənayenin inkişafına xüsusi diqqət yetirildi. Ölkədə inzibati və bələdiyyə islahatı həyata keçirildi. Özünüidarəetmə orqanları proporsional qayda ilə seçilməyə başlandı. Mətbuatın azadlığı və partiyaların sərbəst fəaliyyəti təmin edildi. Universitetlərə muxtariyyət hüququ verildi. Partiyanın sağ qanadı isə mülkədarlarla saziş tərəfdarı idi. 1921-ci ildə kənd təsərrüfatına aid verilən icarə haqqında qanuna əsasən icarə müqaviləsi dörd il müddətinə bağlanırdı.
Müxalifətdə isə mühafizəkarlar partiyası dayanırdı. O tor- paq sahibi oliqarxiyası, katoliklər və hərbçilərin mənafeyini müdafiə edirdi.
Fəhlə sinfinin 30%-i gəlmə idi. Fəhlə sinfi mübarizə nəticəsində əmək haqqının bir qədər artırılmasına nail
oldu.1918-ci ilin yanvarın 5-6-da sosialist partiyasının sol qanadından Argentina beynəlmiləl-sosialist partiyası yaradıldı ki, 1920-ci ildən o, Kommunist Partiyası adlandırıldı.
1919-cu ilin yanvarında Buenos-Ayresdə İngiltərəyə məxsus metallurgiya zavodunda tətil oldu. Hökumət arbitraj haqqında qanun verməyə, fəhlə qanunvericiliyi qəbul etməyə, 8 saatlıq iş günü müəyyən etməyə məcbur oldu. Ölkədə liberal- islahatçı rejim yaradıldı.
Ölkədə kəndli hərəkatının təsiri altında aqrar islahat keçirildi. Xarici siyasətdə Argentina öz suverenliyini saxlamaq istəyir, ABŞ-ın Mərkəzi Amerikaya müdaxiləsinə qarşı çıxırdı. Argentina 1920-ci ildə Meksika prezidenti Obreqanı müdafiə etdi. Sovet hökuməti əleyhinə aksiyalara tərəfdar olmasa da, onunla diplomatik əlaqələr yaratmağa tələsmədi.
1922-ci ilin oktyabr ayında növbəti prezident seçkilərində radikalların lideri olan Marselo de Alvear prezident seçildi. Mühafizəkarla sazişə gedərək o, zəhmətkeşlərə güzəştdən əl çəkdi. Hökumət daxili siyasətdə milli sənayeni, taxılçılıq və heyvandarlıq təsərrüfatını inkişaf etdirdi. Emal sənayesi inkişaf etdi. 1923-cü ilin noyabr ayında ordunun təchizatının yaxşılaşdırılması barədə qanun qəbul edildi.
Kənd təsərrüfatına yeni texnika tətbiq edildi. Daxili bazarın inkiaşfına avtomobil və dəniz yolların çəkilişi kömək etdi. Peso sabitləşdi. 1926-cı ildə qəbul ediləq iki qanunla kooperativlərə maliyyə yardımı göstərildi. Xarici siyasətdə Amerika qitəsi ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildi. ABŞ-la münaisbətlər normalaşdı. 1925-ci ildə SSRİ ilə diplomatik münasibətləri yaradıldı.
Dostları ilə paylaş: |