Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


MEKSİKA 1910-1917-ci illər inqilabının başa çatması və onun nəticələri



Yüklə 0,59 Mb.
səhifə121/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   156
avropa amerka tarıxı

MEKSİKA




1910-1917-ci illər inqilabının başa çatması və onun nəticələri

Meksikada1910-1917-ci illər inqilabı xarici imperialistlərə və mülkədarlara qarşı çevrilmişdi. 1917-ci il yanvarın 31-də konstitusiya qəbul edildi. Bu konstitusiyada aqrar məsələ radikal həllini tapdı. Kəndli hərəkatının rəhbərləri Emiliano Sapata, Panço Vilya torpağın və xarici kapitalistlərin mülklərinin milliləşməsi məsələsinin konstitusiyada öz əksini tapmasına nail oldular. Konstitusiyaya əsasən təbii sərvətlər Meksika xalqına məxsus idi. Kilsə daşınmaz əmlakdan məhrum edilməli, dini məktəblər bağlanmalı idi. 8 saatlıq iş günü müəyyən edildi, fəhlələr həmkarlar ittifaqında birləşə bilərdilər. 1916-cı ildən ölkənin prezidenti Venustiano Karranso idi.

O, aqrar məsələni həll etməyə tələsmədi. 1919-cu ilin yazında Sapata öldü. İqtisadi vəziyyətin ağırlığı inqilabi şərait yaratdı.

1918-ci ilin mayında Meksika regional fəhlə konfe- derasiyası (KPOM), 1919-cu ilin sentyabrında Meksika Kommunist Partiyası yaradıldı.

Xırda və orta burjuaziya Karransonun siyasətindən narazı idi, çünki o konstitusiyanı həyata keçirməyə tələsmirdi.1910- 1917-ci illər inqilabinın təşkilatçılarından olan general Obreqon Karransonu inqilaba xəyanətdə təqsirləndirdi. Obreqonın rəhbərliyi altında 1919-cu ilin dekabrında Meksika fəhlə (laborist) partiyası yaradıldı. Bu partiya bitərəf mövqedə dururdu. 1920-ci ilin mayında Obreqon KROM-a arxalanaraq dövlət çevrilişi etdi, Karranso öldürüldü. Sonra Obreqon prezident seçildi. «Böyük və çiçəklənən Meksika» yaratmaq

«İnqilabi kuaudilizmin» başlıca məqsədi elan edildi. Prezidentin əlində böyük səlahiyyət toplanmışdı. Xırda burjuaziya aparatda çoxluq təşkil edirdi. 1921-1923-cü illərdə kəndlilərə 600 min ha torpaq paylandı. Böyük Britaniyadan

başqa 1923-cü il avqustunadək başda ABŞ olmaqla bütün dövlətlər Obreqon hökumətini tanıdılar.

1923-cü ilin sonu, 1924-cü ilin əvvəllərində iqtisadi və- ziyyət yaxşılaşdı. Obreqonın siyasətinə qarşı latufindistlər, iri burjuaziya, katolik kilsəsinin ali təbəqəsi çıxış edirdilər. Mülkə- darlar «ağ qvardiya» təşkil edərək 1923-cü ilin iyulunda kəndli hərəkatının rəhbəri Panço Vilyanı öldürdülər.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin