Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə129/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   156
avropa amerka tarıxı

1933-1935-ci illər inqilabı


Vaşinqton tərəfindən təzyiq göstərilməsinə baxmayaraq Maçado hələ hakimiyyətdə qalırdı. 1932-1933-cü illərdə ölkədə vəziyyət daha da kəskinləşdi. Partizan müharibəsi başladı. 1933-cü ilin avqustun 1-də Havanada başlanan tətil tezliklə ümumi tətilə çevrildi, inqilabi mübarizənin hərəkətverici qüvvəsi isə fəhlə sinfi idi. 1933-cü ilin avqust ayının 12-də ABŞ səfirinin iştirakı ilə diktator məzuniyyətə getdiyini bildirdi və ölkəni tərk etdi. Maçadonun yerinə müvəqqəti prezident Karlos de Sespedes oldu. Təzə hökumətin tərkibinə burjua mü- xalifətinin nümayəndələri və "ABŞ"-ın liderləri daxil oldular.

Onlar ilk növbədə tətilləri dayandırmaq üçün ciddi ölçü götür- məyi qərara gəldilər. Kuba sahillərinə ABŞ hərbi gəmiləri gəl- dilər, ölkədə hərbi vəziyyət elan edildi, nümayişlər qadağan edildi. Lakin inqilabi hərəkatı dayandırmaq mümkün olmadı. Maçado tiranlığının devrilməsi inqilabın başlanğıcı oldu. 1933- cü ilin sentyabrın 4-5-ində Batistanın başçılığı altında qəsdçilər amerikanpərəst hökuməti devirdilər və Havana Universitetinin professoru Ramon Qrau San-Martininin başçılığı altında Mü- vəqqəti inqilabi hökumət təşkil etdilər. Batista polkovnik rütbəsi aldı, silahlı qüvvələrin ştabının rəisi oldu.

1933-cü ilin sentyabrında keçirilən tətillərdə fəhlələr səkkiz saatlıq iş günü, əmək haqlarının artırılmasını tələb edirdilər.

ABŞ hökuməti bu hadisədən narahat olaraq Kubadakı öz vətəndaşalrının təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Kuba sahillərinə 30 gəmidən ibarət hərbi-dəniz eskadrası göndərdi. Latın Amerikası ölkələri bu məsələyə kəskin etirazlarını bildirdilər.

Qrau San-Martini hökuməti hakimiyyətə gələn kimi elan etdi ki, "Kuba kubalılar üçündür!" şüarı altında siyasət yeridə- cəkdir. O, ABŞ-a üstünlük verən 1901-ci il konstitusiyasını tə- xirə saldı, hökumətin özündə Müvəqqəti hökuməti devirmək cəhdi Batista tərəfindən amansızlıqla yatırıldı. Vaşinqton əvvəlki kimi Kubada yeni rejimi tanımadı və onu "qayda-qa- nun" yaratmağı bacarmamaqda günahlandırdı. Kuba hökumə- tinə təzyiq göstərmək üçün Ağ ev ABŞ-a şəkər gətirilməsində kvota qoyulmasından və Kubanın iqtisadi vəziyyətinin ağırlı- ğını yüngülləşdirməkdən imtina etdi. Qrau hökuməti öz üzvlə- rindən biri, tələbə hərəkatının görkəmli xadimlərindən olan Antonio Qiterasın təşəbbüsü ilə bir sıra mütərəqqi islahatlar keçirdi. Belə ki, səkkiz saatlıq iş günü, 44 saatlıq iş həftəsi müəyyənləşdirildi. Bildirildi ki, həmkarlar ittifaqlarını tanımaq və onlarla kollektiv müqavilələr bağlamaq sahibkarların

vəzifəsidir. Vacib hesab edilən malların qiyməti aşağı salındı. Havana Universitetinin muxtariyyəti bərpa olundu. Bütün bu tədbirlər xırda burjuaziya və zəhmətkeşlərin xeyli hissəsinin Qrau hökumətini dəstəkləməsinə səbəb oldu. Bununla bərabər hökumətin sağ qanadı Batistanın ətrafında qruplaşaraq köklü islahatların həyata keçirilməsinə mane olmaq üçün hökumət əleyhinə burjua-mülkədar müxalifətin liderləri ilə gizli danışıq- lara girdi. Qrau San-Martini hökumətini devirmək üçün görülən hazırlıq işində Havanadakı ABŞ səfiri də yaxından iştirak edirdi.

1933-cü ilin dekabr -1934-cü ilin yanvarında Kuba höku- məti ABŞ inhisarçılarının mənafelərinə qarşı çevrilmiş bir sıra yeni tədbirlər həyata keçirdi. Hökumət Kuba-ABŞ şəkər kom- paniyalarının müəssisələri və elektrostansiyalarının bir hissəsini öz idarəsi altına aldı; Şəkər qamışı plantasiyalarının fəhlələrinin əmək haqqı artırıldı. Maçado rejiminin tərəfdarlarına məxsus olan torpaqlar müsadirə edildi. 1933-cü ilin dekabrında Montevideoda keçirilən Panamerikan konfransında Kuba nümayəndəsi ABŞ-dan tələb etdi ki, "Platta düzəlişi"ndən əl çəksin və Müvəqqəti inqilabi hökuməti tanısın. Vaşinqton bu tələblə hesablaşmağa məcbur oldu, lakin bununla bərabər Kuba hökumətinin tərkibində dəyişikliklər edilməsini də təkid etdi

1934-cü ilin yanvar ayının 14-də Batista ABŞ səfirinin dəstəyi ilə prezident Qrau San-Martinini istefaya getməyə məc- bur etdi. Qrau hökumətinin süqutu göstərdi ki, Kubanın milli burjuaziyası ABŞ imperializmi tərəfindən iqtisadi və siyasi təzyiqə qarşı müqavimət göstərməkdə acizdir. Çevrilişdən görd gün sonra ABŞ Kubanın yeni hökumətini tanıdı. Bu hökumətin tərkibinə burjua-mülkədar partiyalarının və «ABŞ»-ın sağ qanadının üzvləri daxil oldular. O dərhal fəhlə və kəndli hərəkatına qarşı hücuma başladı. Batistanın əmri ilə ölkədə hərbi vəziyyət elan edildi, fəhlə hərəkatının bir çox görkəmli xadimləri həbsxanalara salındı, həmkarlar ittifaqları buraxıldı.

ABŞ Kubada yeni hökumətin mövqeyini möhkəmlətməyə çalışırdı. ABŞ-ın 1934-cü ilin may ayında Kuba ilə imzaladığı müqaviləyə əsasən o, Kubanın Quantanamo hərbi-dəniz bazasında əvvəlcədən əldə etdiyi hüququ saxlayırdı. Siyasi dəstəklə yanaşı ABŞ Kuba hökumətinə iqtisadi yardım da göstərdi, bir çox Kuba mallarının tarifi aşağı salındı. Bu da Kuba iqtisadiyyatının inkişafına kömək etdi. 1934-cü ildən başlayaraq ABŞ mallarının Kubaya idxalı ikinci dünya müha- ribəsi başlayana qədər üç dəfə artdı.

Batista rejiminin sərtliyinə baxmayaraq 1934-cü ildə də ölkədə fəhlə və kəndli hərəkatı davam edirdi. 1935-ci ilin mar- tında 700 mindən çox zəhmətkeş hərbi diktaturanın ləğv edil- məsi, demokratik azadlıqların bərpası tələbi ilə tətil etsə də, nəticəsi olmadı.

1935-ci itlin mart tətilləri ilə 1933-1935-ci illərin burjua- demokratik inqilabı başa çatmış oldu. Bu inqilabın məğlub ol- masının əsas səbəbi milli burjuaziyanın qorxaqlığı və qətiy- yətsizliyi idi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin