Kuba birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Birinci dünya müharibəsi illərində Kuba hökuməti və bu ölkədə yerləşən Amerikanın şəkər qamışı plantasiyaları və şəkər zavodlarının sahibləri Avropaya bu məhsulun ixracını artırmaq üçün bu sahəyə kapital qoyuluşunu xeyli artırdılar. Şimali Amerika inhisarçıları müharibə dövründə Kubada iqtisadiyyatın başlıca sahələrini demək olar ki, tamamilə özlərinə tabe etdilər. 1920-ci ildə Kuba şəkərinin dünya bazarında qiyməti kəskin surətdə aşağı düşdü. Bu isə Kuba istehsalçılarının iflasına səbəb oldu. Bundan isə ABŞ inhisarçıları məharətlə istifadə etdilər və onların əlində şəkər zavodları, enerji şəbəkələri, dəmir yolarının 50%-i, dağ-mədən, tütün sənayesinin xeyli hissəsi cəmləşdi. ABŞ hökuməti ölkənin daxili işlərinə qarışmağa başladı. Bu hadisələr ölkənin fəhlə sinfi, ziyalı və tələbələrində böyük narazılığa səbəb oldu. Tələbələr universitetlərə muxtariyyət verilməsini, təhsilin demokratikləşdirilməsini tələb edirdilər. 1925-ci ilin av- qustunda Kuba Kommunist partiyası yaradıldı.