Kuba İkinci dünya müharibəsi ərəfəsində
İnqilab üzərində qələbə çaldıqdan sonra hökumət formal da olsa, konstitusiyalı demokratiya yoluna qayıtdığını elan etdi. 1936-cı ilin yanvarında ölkədə parlament və prezident seçkiləri keçirildi. Əslində isə bütün hakimiyyət Batistannı əlində cəm- ləşmişdi, onun ixtiyarında 30 minlik ordu var idi. Rejimin bir qədər yumşaldılmasından istifadə edən demokratik qüvvələr demokratik quruluşun bərpası uğrunda mübarizəni davam etdirirdilər. Müəssislər məclisinin bərpası uğrunda mübarizədə təkcə fəhlələr deyil, burjua partiyalarının nümayəndələri də iştirak edirdilər. Batista prezident kürsüsünü tutmağa çalışaraq özünü müəssislər məclisinin çağrılmasının və yeni konstitusi- yanın tərəfdarı elan etdi. Seçicilərin populyarlığını qazanmaq üçün o, "İqtisadi və sosial yenidənqurmanın" üçillik planını
nəşr etdirdi. Bir sıra islahatlar keçirilməsini lazım bildi. Hö- kumətin şəkər, tütün, dağ-mədən sənayesi üzərində nəzarəti qo- yuldu, dövlət torpaqlarının müəyyən hissəsi yoxsul kəndlilərə verildi, fəhlələrin sosial sığortası təşkil edildi, siyasi məh- buslara amnistiya verildi və s.
1938-ci ilin sentyabrında kommunistlərin və digər inqila- bi təşkilatların açıq fəaliyyətinə icazə verildi.
1939-cu ilin noyabrında fəhlə və kəndli hərəkatının yük- səlişi şəraitində Müəssislər məclisinə seçkilər keçirildi. 1940-cı ilin iyulunda Müəssislər məclisi Kubanın yeni konstitusiyasını qəbul etdi. Konstitusiyada əsas burjua-demokratik azadlıqlar olan söz, mətbuat, yığıncaq, nümayişlər azadlığı öz əksini tapdı. İrqi, sosial vəziyyətinə görə ayrı-seçkilik qadağan edildi. Hər iki cinsdən olan vətəndaşlar üçün ümumi seçki hüququ müəyyən edildi, 8 saatlıq iş günü qanuniləşdirildi, zəhmətkeşlər ikihəftəlik haqqı ödənilən məzuniyyət aldılar, sosial təminat hüququ qazandılar. Konstitusiyaya latifundizmin ləğvi, borcu verməməyə görə torpaqdan məhrum edilmənin qadağan edil- məsi maddəsinin salınması xüsusilə mühüm əhəmiyyət kəsb edirdi.
1940-cı ilin iyulunda keçirilən prezident seçkilərində Batista 1940-cı il konstitusiyasına əsasən geniş sosial-iqtisadi dəyişikliklər tərəfdarlarını öz tərəfinə çəkərək rəqibi Qrau San- Martini üzərində qələbə çaldı. Onun qələbəsini Ağ ev də dəstəklədi. "Mehriban qonşuluq" siyasəti ABŞ-a imkan verirdi ki, özünün iqtisadi mövqeyini Kubada daha da möhkəmlətsin. Kubanın bütün xarici ticarəti, demək olar ki, ABŞ-a doğru istiqamətləndirilmişdi.
İkinci dünya müharibəsi dövründə Kuba xalqı 1940-cı il konstitusiyasının əsaslarının həyata keçirilməsi və ictimai-siya- si həyatın demokratikləşməsi uğrunda mübarizəni davam et- dirdi.
1941-ci ilin dekabrında Kuba faşist bloku dövlətlərinə müharibə elan etdi, 1942-ci ilin oktyabrında isə SSRİ ilə diplo- matik münasibətlər yaratdı.
Dostları ilə paylaş: |