Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Meksika kapitalizmin nisbi sabitləşməsi dövründə



Yüklə 0,59 Mb.
səhifə122/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   156
avropa amerka tarıxı

Meksika kapitalizmin nisbi sabitləşməsi dövründə


1924-cü ilin yayında prezident Plutarko Elios Kalyes seçildi. O, Obreqonın siyasətini davam etdirəcəyinə söz verdi. 1928-ci ilə qədər kəndlilərə 3,2 milyon ha torpaq verildi. 30 milyon ha torpaq yenə də xaricilərin əlində idi. 1925-ci il dekabrında «Neft qanunu» qəbul edildi. 1917-ci ilin mayın 1- dək neftli torpaq almış xaricilərə 50 ilə qədər həmin neftli torpaqlar icarəyə verilə bilərdi.

Xarici siyasətdə Meksikanın milli maraqları nəzərə alınır- dı. 1924-cü il Meksika SSRİ ilə diplomatik münasibətlər yaratdı.



Milli burjuaziya hakimiyyət başında olsa da, iqtisadiyyata hakim mövqeni o tutmurdu. Əsas sahələrdə – dağ-mədən, neft, emal sənayesində xaricilər ağalıq edirdilər. ABŞ-ın Meksikaya kapital qoyuluşu 1913-1929-cu ilədək iki dəfə artdı. ABŞ sahibkarlarının əlində 20-ci illərdə ölkənin bütün torpaq fondunun 1 -i var idi. ABŞ tələb edirdi ki, neftli torpaqlar üçün

8

qoyulan müddət götürülsün.



Kalyes hökumətinə qarşı feodal-klerikal irtica çıxış etdi. 1926-cı ilin iyulunda 1917-ci il konstitusiyasına əsasən kilsənin siyasi fəaliyyətlə məşğul olması qadağan edildikdə katoliklər baykot taktikasından istifadə etdilər. 1927-ci il yanvarda

«Xristos» qiyamı baş verdi. «Yaşasın Xristos» şüarı səsləndi. Krerikal irticaya qarşı milli burjuaziya və fəhlə sinfi çıxış etdi.

KROM da, kəndlilər də hökumətə kömək etdi. Lakin ABŞ qiyamçılara gizli kömək etdi. Ali məhkəmə 1925-ci ildə qəbul edilmiş neft haqqında qanunu konstitusiyadankənar hesab etdi. Bütün bunlarla bərabər, neft yenə də milli sərvət kimi qaldı.

Kalyes hökumətinin güzəşti Vaşinqtonda bəyənildi. Sağa doğru dönüş baş verdi. Hakimiyyətdə olan xırda burjuaziya nümayəndələri iri mülkiyyətçilərə çevrildilər. Onlar artıq sosial

«eksperimentləri» dayandırmağı tələb edirdilər.

1928-ci il iyulunda Obreqon yenidən prezident seçildi. Lakin iki həftədən sonra o, bir fanatik-katolik tərəfindən öldü- rüldü. 1928-ci il sentyabrında müvəqqəti prezident Emilio Portes Xil seçildi. 1929-cu ildə ölkədə yeni prezident seçkiləri keçirildi. Ortis Rubio prezident seçildi. Kalyes isə hərbi nazir oldu.

1929-cu ilin mart-aprelində 18 min əsgərin iştirak etdiyi 44 generalın qiyamı baş verdi. Bu dövrdə Meksika ordusunun sayı 56 min idi. Hökumət qoşunlarına Kalyes başçılıq etdi. Partizan dəstələrinin köməyi ilə qiyam yatırıldı.

1929-cu ilin iyununda Kommunist partiyası qadağan edildi. Kilsəyə güzəşt edildi.

Kalyesin təşəbbüsü ilə 1929-cu ildə Milli inqilabi partiya (MİP) yaradıldı. Tərkibi burjua, mülkədar, xırda burjua, kəndlilərin nümayəndələrindən ibarət idi. Kalyes xüsusi həmkarlar mərkəzi olan əmək palatasını təşkil etdi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin