Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Argentina kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə



Yüklə 0,59 Mb.
səhifə119/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   156
avropa amerka tarıxı

Argentina kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə


İqtisadi yüksəliş nəticəsində 1924-cü ilin yayında tətil hə- rəkatı sönməyə başladı. 1929-cu ilə qədər iqtisadi yüksəliş o qədər də nəzərə çarpmadı. Ağır sənaye zəif inkişaf etdirdi. Dünya iqtisadi böhranı ölkədə bütün sahələri əhatə etdi. İşsizlər əhalinin 10%-ni təşkil edirdi.

1928-ci il prezident seçkilərində İriqoyen yenidən pre- zident seçildi. Siyasi həyatda mərkəzdə neft məsələsi dururdu. Hökumət neftin istehsalı və bölüşdürülməsi üzərində dövlət nəzarəti qoydu. 1930-cu ildə konqresdə neft sənayesinin milliləşdirilməsi haqqında qanun qəbul edildi. İriqoyen ABŞ- dan qorunmaq üçün qanunla İngiltərəyə bir sıra imtiyazlar verdi. ABŞ-ın müdafiə etdiyi sağ mühafizəkar qüvvələr prezident əleyhinə gizli danışıqlara başladılar. Konqresin müxalifətçi deputatlarının əksəriyyətinin İriqoyeni konstitusi- yanı pozmaqda ittiham etməl ərindən istifadə edən general Xose Feliks Uriburu ordu və donanmanın köməyinə arxala- naraq prezident vəzifəsindən istefa verməsini İriqoyendən tələb etdi. 1930-cu ilin sentyabrın 6-da Buenos-Ayresdə hərbi qiyam baş verdi. Hakimiyyətə Uriburu ilə birlikdə mülkədar-maliyyə oliqarxiyası gəldi. Ölkənin bütün ərazisində mühasirə vəziyyəti elan edildi. İriqoyen həbs edilib, uzaq adalardan birinə gön- dərildi.

O, ancaq 1932-ci ildə həbsdən azad edildi. Vaşinqton bu çevrilişi alqışladı. Diktator Amerika banklarından çoxlu istiqraz aldı. Lakin ABŞ İngiltərə ilə əlaqələrin davam etdirilməsinə mane ola bilmədi. Yeni rejimdən çoxu narazı idi. Belə şəraitdə Uriburu ölkədə prezident seçkiləri keçirməyə məcbur oldu. 1931-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçirildi. Uriburunun mühafizəkarlar partiyası əsasında təşkil etdiyi Milli demokrat partiyası bu seçkilərdə əksəriyyət qazandı. General

Aqustin Xusto prezident seçildi. Xarici siyasətdə Argentina

İngiltərəyə meyl edirdi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin