Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Braziliya dünya iqtisadi böhranı dövründə və İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə117/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   156
avropa amerka tarıxı

Braziliya dünya iqtisadi böhranı dövründə və İkinci dünya müharibəsi ərəfəsində

1929-1933-cü illər dünya iqtisadi böhranı Braziliyaya çox ağır təsir etdi. Kisələrlə qəhvə dənizə töküldü. Qiymətlər aşağı düşdü. 1929-1930-cu illərin seçki kompaniyası zamanı «pau- listlər» «mühafizəkar mərkəzləşmə» təşkil edərək iri qəhvə maqnatı Juliu Prestesi prezidentliyə namizəd irəli sürdülər.

«Paulistlər»in əleyhinə “Liberal alyans” çıxış edərək Ri- Qrandi-du-Sul ştatından iri mülkədar Jetuliu Varqasın namizədliyini irəli sürdülər.

1930-cu ilin martında keçirilən seçkilərdə Prestes qalib gəldi, prezident seçildi. Onda tenentistlər liberallarla birləşərək qəhvə oliqarxiyasına qarşı mübarizəyə başladılar. Luis Karlos Prestes xalqa manifestlə müraciət etdi. Ölkədə inqilab başlandı. 1930-cu il oktyabrın 3-də bir sıra ştatlarda antihökumət qiyamı baş verdi. Paytaxtda hakimiyyət və prezident devrildi. Bu hadisə Braziliya tarixində “milli inqilab” adlandırıldı. 1930-cu il noyabrın 3-də J.Varqas hökumət təşkil etdi. O, 1891-ci il konstitusiyasını ləğv etdi, konqresi və digər seçkili orqanları buraxdı. Hökumət başlıca diqqətini iqtisadi böhranın nəticələrini aradan qaldırmağa yönəltdi. Ştatların konqresi və qanunverici hakimiyyət orqanları prezidentin əlində cəmləşdirildi. Həmkarlar ittifaqlarının siyasi fəaliyyəti qadağan edildi. Sənayedə 8 saatlıq iş günü tətbiq edildi. Ştatlararası ticarət tarifi ləğv edildi. Sənaye və ticarəti inkişaf etdirmək üçün qanunlar qəbul edildi. Fəhlə sinfinə güzəştlər edildi. Sosial sahədə qanunvericilik aktları qəbul edildi.

Hökumətdə Əmək nazirlliyi təşkil etdi. Varqas milli burjuaziyanın mənafeyinin müdafiəçisi kimi çıxış etdi.

Bununla belə, mülkədarların torpaq üzərində mülkiyyət hüququ saxlanıldı. İtaliyadakı kimi həmkarlar ittifaqı təşkil edildi. Onların vəzifəsi dövlət hakimiyyət orqanlarına nəzarətdən ibarət idi.

1932-ci il iyulunda paulistlər Varqasa qarşı qiyam təşkil etdilər. Onlar San-Paulada öz hökumətlərini təşkil etdilər. Var- qas güzəştə getməyə məcbur oldu. Beləliklə, milli burjuaziya ilə iri mülkədarlar arasında siyasi konsalidasiyaya nail olundu. Milli məclis Braziliyanın yeni konstitusiyasını qəbul etdi ki, bu da 1934-cü ilin iyununda qüvvəyə mindi. Qnunverici hakimiyyət senat və nümayəndələr palatasından ibarət olan Milli Konqresə məxsus idi. Xalqa demokratik azadlıqlar. 18 yaşına çatmış kişi və qadınlara seçki hüququ verildi. Milli iqtisadiyyatın inkişafına şərait yaradıldı. 8 saatlıq iş günü tətbiq edildi. İstehsal sahəsində kollektiv müqavilələr bağlamağa icazə verildi. Varqas prezident seçildi. Ona mühüm səlahiyyətlər verildi.

30-cu illərin əvvəllərində Braziliyada faşist hərəkatı fəal- laşdı. 1932-ci ildə "Braziliya inteqralist hərəkatı" adlı faşist partiyası yaradıldı ki, 1933-cü ildə onun üzvlərinin sayı 200 minə çatırdı. Onun rəhbəri Plinio Salqado idi Faşizmə qarşı mübarizə məqsədi ilə 1935-ci il martın 30-da Rio-de Janeyroda “Milli-azadlıq alyansı təşkil edildi. Alyansun fəxri sədri ölkədən qovulmuş L.K.Prestes seçildi. 1935-ci ildə Vahid Braziliya Əmək konfederasiyası təşkil edildi. Hökumət 1935-ci ilin iyulunda alyansı silahlı üsyan hazırlamaqda təqsirləndirərək onun fəaliyyətini qadağan etdi. 1935-ci ilin noyabrında Natallda şəhər yerli qarnizonu üsyan qaldırsa da, müvəffəqiyyətsizliyə uğradı. 20 min kommunist və alyanist istintaqa cəlb edildi. İnqilabi hərəkat zəiflədi.

Xarici siyasətdə Braziliya ABŞ-la bir çox ölkələr arasında manevr edirdi. Varqas hökuməti 1935-ci il fevralın 2-də ABŞ- la, 1936-cı il aprelin 16-da Almaniya ilə, avqustun 14-də isə İtaliya ilə ticarət sazişləri bağladı.

1935-ci il üsyanından sonra yuxarı dairələrdə yenə də ziddiyyət gücləndi. «Paulistlər» hakimiyyətə gəlmək istəyindən əl çəkməmişdilər. Onlar 1937-ci il prezident seçkilərinə ümid bağlamışdılar. Varqas konstitusiya ilə razılaşaraq ikinci dəfə namizədliyini irəli sürmədi. San-Paula ştatının qubernatorunun namizədliyi irəli sürüldü. Seçkiqabağı kampaniya zamanı Varqas yeni dövlət çevrilişi etdi. 1937-ci ilin noyabrın 10-da Varqas konqresi qovdu, konstitusiyanı ləğv etdi, «yeni dövlət» təşkil etdiyini bəyan etdi. 1937-ci ildə yeni konstitusiya qəbul edildi ki, hökumətin səlahiyyətləri artırıldı və o, ştatların işinə qarışa bildi. Ölkədə fövqəladə vəziyyət elan olundu. Almaniya və İtaliya Braziliyada baş verən hadisələri bəyəndi.

ABŞ qorxurdu ki, Braziliyada da Almaniya, İtaliya kimi faşist diktaturası qurulsun. Lakin Varqas 1937-ci ilin dekabrında verdiyi dakretlə inteqralistlər də daxil olmaqla bütün partiyaları buraxdı. Belə olduqda inteqralistlər 1938-ci ilin mayında Hitler agentliyinin köməyi ilə Varqası devirmək istədilərsə də, bunu bacarmadılar.

Varqasın diktaturası bütün mürtəce cəhətlərinə baxmaya- raq faşist diktaturasından fərqlənirdi. O, ölkənin xarici kapital- dan asılı olmasına qarşı çıxırdı. 1938-ci ilin aprel ayında neft sənayesi milliləşdirildi. İngilislərə məxsus kapital milliləşdirildi, neft üzrə Milli Şura yaradıldı, ağır sənayenin inkişafı təşkil edildi. Varqas Braziliya sahibkarlarını müdafiə edirdi və bu ona iri və xırda burjuaziyanın simpatiyasını yaratmışdı.

Varqas fəhlə məsələsi üzrə qanunvericilik qəbul etidi. Minimum əmək haqqı, sənaye fəhlələrinə təqaüd verilməsi

haqqında qanunlar verildi. «Sinfi əməkdaşlıq» siyasəti Varqasa fəhlə sinfinə təsir göstərməyə imkan verdi.

İkinci dünya müharibəsi ərəfəsində Braziliya əvvəl im- perialist qruplar arasında manevr edirdi. Sonra isə Antikomin- tern paktının iştirakçıları ilə əlaqələri zəiflətdi və ABŞ tərəfə keçdi Braziliya 1942-ci ilin sentyabrında antihitler koalisiya- sının tərəfində İkinci dünya müharibəsinə qoşuldu. Ölkə iqtisadiyyatını müharibə şəraitinə uyğunlaşdırmaq üçün tədbirlər görüldü. Ölkədə 10 saatlıq iş günü tətbiq edildi. Yeni pul vahidi kruzeyro tətbiq edildi. 1944-cü ilin yayında Braziliya 50 minlik ekspedisiya korpusunu İtaliya cəbhəsinə göndərdi, bu korpus 1945-ci ilin aprel ayınadək burada döyüşdü. Braziliya BMT-nin yaradılmasında iştirak etdi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin