4.Azərbaycan dilinin təhsil sahəsində yüksək səviyyədə tətbiqini tapması bu dildə
dərsliklərin yazılmasında
əhəmiyyətli bir hadisə olmuşdur. İndi müxtəlif elm sahələrinə aid
xarici müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunmaqla yanaşı, Azərbaycan ali
məktəblərində, elmi-tədqiqat müəssisələrində çalışan mütəxəssislərin də Azərbaycan dilində
dərsliklər yazıb nəşr etdirməsi üçün geniş imkanlar yaranmışdır. Sovet dövründə isə
azərbaycanlı tələbələr daha çox rus dilində olan dərsliklərdən istifadə etmək məcburiyyətində
qalırdılar. Başqa dildə olan kitablar əsasında alınan təhsil isə bir çox məqamlarda lazımi
səviyyənin əldə olunmasına imkan vermir. Çünki tələbə bu zaman başqa dildə olan
materiallarla üzləşir, mövzunu lazımi səviyyədə qavraya bilmirdi. Bu isə təhsilin səviyyəsinin
aşağı düşməsinə, yüksək bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına mənfi təsir
göstərirdi. Azərbaycan dilinin dövlət dili statusu alması bu sahədəki problemi aradan
qaldırmağa imkan vermişdir.
5.
Dostları ilə paylaş: