537
Fəlsəfi metodologiya
həm də mədəniyyətdə sinfi və ümumbəşəri
tərəflərin nisbətini düzgün müəyyənləşdirməyi tələb edir
. Marksist
fəlsəfəni əldə rəhbər tutan sovet rejimi dövründə mədəniyyətdə sinfiliyin
rolunun şişirdilməsi onun inkişafına güclü ziyan vurmuşdur.
Buna misal
olaraq şəxsiyyətə pərəstiş illərində ölkəmizdə genetika, kibernetika
elmlərinə və kimya elmləri sahəsində bir sıra nəzəriyyələrə «mürtəce bur-
jua» damğası vurulmasını göstərmək olar. Bu cür qondarma sinfi
mövqe
həmin elmlərin və bütövlükdə, mədəniyyətin inkişafına böyük zərbə vur-
du.
Qeyd olunmalıdır ki, müxtəlif mədəniyyət hadisələrinin sinfi təsirə
məruz qalma səviyyəsi eyni deyildir. Məsələn mədəniyyətin dil, elm, tex-
nika kimi tərəflərində sinfilik demək olar ki, yox dərəcəsindədir. Digər
qrup mədəniyyət hadisələri (incəsənət, əxlaq, fəlsəfə, müxtəlif sosial nor-
malar)
özündə həm sinfi mənafeləri, həm də ümumbəşəri məzmunu əks
etdirir. Nəhayət, elə mədəniyyət hadisələri vardır ki, onlar öz təbiətinə
görə sırf sinfi xarakter daşımasına
baxmayaraq, müəyyən şəraitdə
bilavasitə sinfi mənafelərin çərçivəsindən kənara çıxaraq geniş mədəni
məzmun kəsb edir. Bu sonunculara misal olaraq siyasi mədəniyyəti, maa-
rifçilik və humanizmi, ümumi demokratik prinsipləri göstərmək olar.
Mədəniyyətdə sinfi ilə ümumbəşəri
tərəfin nisbəti konkret halda,
yəni zaman və məkan şəraiti, mədəniyyətin bu və ya digər növünün spesi-
fikliyi nəzərə alınmaqla müəyyən edilməlidir. Mədəni yaradıcılıq tarixən
konkret sosial şəraitin və mədəni səviyyənin məhsuludur. Lakin o, öz
məzmunu etibarilə mövcud dövrün hüdudlarından kənara çıxır. Həm
keçmişin mədəni sərvətlərini mənimsəyir,
həm də mədəniyyətin gələcək
inkişafı perspektivlərini göstərir.
Mədəniyyətdə sosial- sinfi mənafelər daha çox ideoloji formada
təzahür edir. Bu və ya digər sosial qrup məhz öz ideologiyası vasitəsilə
mədəniyyətin inkişafını öz mənafe və ideallarına uyğunlaşdırmağa çalışır.
Əgər bu və ya digər sinif öz spesifik mənafelərini ümumcəmiyyət adından
təqdim edir və mədəniyyəti də həmin ideoloji funksiyanı yerinə yetirməyə
məhkum edirsə, onda ideologiya mədəniyyətə pozucu təsir göstərir. Bunu
keçmiş sovet rejimi təcrübəsi sübut edir.
Dostları ilə paylaş: