580
bunun özü də mühüm amildir). Sosial tərəqqinin sürətlənməsini
şərtləndirən amillər kompleksində aşağıdakılar mühüm yer tutur:
insanların elmi biliklərinin, təhsil və peşə hazırlığının, siyasi şüurluğunun
artması, şəxsiyyətin azadlığının genişlənməsi, getdikcə daha çox xalqların
beynəlxalq əlaqələr sisteminə və ünsiyyətə cəlb olunması, sosial- iqtisadi,
siyasi və mədəni proseslərin beynəlmiləlləşməsi və sair. Indi siyasi və so-
sial, iqtisadi, texniki-
texnoloji dəyişikliklərin, elmi və mədəni
nailiyyətlərin beynəlxalq mübadiləsi əvvəlki dövrlər ilə müqayisə olun-
mayacaq dərəcədə sürətlə baş verir.
Burada belə bir sual qarşıya çıxır. Sosial tərəqqinin bu cür sürətli
inkişafı nə vaxta qədər davam edəcəkdir? Qərbin bir çox tədqiqatçıları
sübut etməyə çalışırlar ki, yaxın gələcəkdə əhali artımı, iqtisadi yüksəliş,
insanların intellektual və psixoloji qabiliyyətlərinin inkişafı tükənəcəkdir.
Onların sosial proqnozlarında göstərilir ki, XXI əsrin ortalarında
bərpa
olunmayan təbii ehtiyatların sonu çatacaq, ətraf mühitin çirklənməsi eko-
loji fəlakət yaradacaq, bütövlükdə bəşəriyyətin iqtisadi inkişafı
dayanacaqdır. Bu baxımdan Roma Klubu təşkilatı üzvlərinin işləyib
hazırladığı və hazırda geniş yayılan «yüksəliş hədləri» konsepsiyası
səciyyəvidir. Onun tərəfdarları iqtisadi, elmi- texniki və demoqrafik
inkişafın müasir meyllərini olduğu kimi gələcəyə
tətbiq edərək qlobal
modellər yaradırlar. Bu modellər nöqsanlıdır. Çünki onlar nəzərə almırlar
ki, indi fəaliyyət göstərən kəmiyyət dəyişmələri toplanaraq gələcəkdə
əsaslı
keyfiyyət
yenilikləri
yaradacaqdır.
«Yüksəliş
hədləri»
konsepsiyasının nümayəndələri ictimai inkişafda yaranacaq bu yeni
keyfiyyətin əhəmiyyət və mahiyyətini lazımınca qiymətləndirmir, onu
kəmiyyət dəyişmələrinin sadəcə olaraq sürətli artımı, eksponent inkişafı
kimi qələmə verirlər. Beləliklə də cəmiyyətin ekstensiv inkişafı
mütləqləşdirilir, intensiv inkişafın roluna məhəl qoyulmur.
Ümumdünya tarixi sübut edir ki, cəmiyyətdə inkişafın
təkamül və
inqilab formalarının nisbəti cansız təbiətdə, fiziki və kimyəvi aləmdə olu-
duğundan prinsipcə fərqlənir. Belə ki, burada əmək alətlərinin
təkmilləşməsi və istehsalın aparılması metodlarının inkişafı nəticəsində
iqtisadi yüksəlişin hüdudları fasiləsiz surətdə genişlənir. Digər tərəfdən,
baş verən texnoloji inqilablar, iqtisadi fəaliyyətin
əvvəllərdə məlum ol-
mayan prinsipcə yeni sahələrini yaradır. Elmi və texniki kəşflər sayəsində
tamamilə yeni təbii ehtiyatlar yaranır və iqtisadi yüksəlişin təbii ehtiyatlar-
la təmin edilməsi məsələsi də yeni şəkildə qoyulur. Buradan aydın olur ki,
təbiətdə və cəmiyyətdə eksponent sistemlər üzrə inkişaf bir- birindən
əsaslı surətdə fərqlənir. Əgər təbiətdə bu inkişaf doğrudan da müəyyən
hədlər ilə məhdudlaşırsa, cəmiyyətdə bunun əksinə olaraq ekstensiv
inkişafın hüdudları onun yüksəlişi üçün nəinki maneə yaratmır,
əksinə
581
sözün müəyyən mənasında iqtisadi yüksəlişin obyektiv stimulu rolunu
oynayır. Bunu tarixə müraciət etməklə də yəqin etmək olar. Məsələn ibti-
dai cəmiyyətdə ovçuluq və təbiətin hazır məhsullarının yığılması uzun
müddət genişlənmiş və müəyyən həddə çatdıqda zəruri surətdə yeni
keyfiyyətə- əkinçiliyə keçidi hazırlamışdır. Yaxud da insanın yaddaşı və
fiziki keyfiyyətləri məhdudluqlara malik olduğuna görə onu əvəz edən
yeni keyfiyyət- yazı, kitab çapı və informasiya vasitələri meydana
gəlmişdir. Sonralar isə saniyədə milyonlarla
riyazi əməliyyat aparmağa
qadir olan EHM, kompüterlər yaranmışdır. Beləliklə bəşəriyyətin intellek-
tual tərəqqisi gedişində insan süni surətdə yaratdığı vasitələrin köməyi ilə
öz təbii yaddaşını hüdudsuz şəkildə genişləndirir.
Buna görə də guya
Dostları ilə paylaş: