Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə35/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

müəyyən özünəməxsusluqlara 
malik olmuşdur. 
Hər şeydən əvvəl, 
qədim Şərqdə və Qərbdə müzakirə 
olunan fəlsəfi problemlər xeyli dərəcədə fərqlidir. Belə ki, Şərq 
fəlsəfəsində yarandığı dövrdən insan problemi mərkəzi yer tutmuşdur. 
Bundan fərqli olaraq qədim Qərb fəlsəfəsi çoxproblemli (naturfəlsəfə, 
varlıq tə‟limi, idrak nəzəriyyəsi, etik və estetik baxışlar və s.) xarakter 
daşımışdır. 
Hətta insan probleminin özünə münasibətdə də Qərbin və Şərqin 
fəlsəfi fikri eyni olmamışdır. Belə ki, 
Şərq fəlsəfəsində bu problem 
daha 
çox insanların həyat fəaliyyəti, praktikası və həyat tərzi baxımından təhlil 


34 
olunmuşdur. Ona görə də burada insanın mənlik şüuru, hökmdarlara itaəti, 
böyüklərin nəsihətləri ilə bağlı məsələlər əsas yeri tuturdu. 
Qərb 
fəlsəfəsində isə insan problemi əksərən varlığın və idrakın ümumi 
kontekstində araşdırılmışdır

Ikinci, 
şərqdə fəlsəfə qərbə nisbətən 
din 
ilə daha yaxın 
olmuşdur. Buna görə də eyni bir fəlsəfi cərəyan həm dini, 
həm də fəlsəfi xarakter kəsb etmişdir (məsələn, brəhmənizm, induizm, 
buddizm və konfusiyaçılıq). Qərb fəlsəfəsi üçün isə dindən 
daha dəqiq 
ayrılma və elmə yaxınlıq 
səciyyəvi idi. Bundan əlavə qərbin ilk fəlsəfi 
tə‟limlərindən e‟tibarən 
azadfikirlilik və ateist mövqe 
özünü 
göstərmişdir. 
Üçüncü,
müxtəlif regionlarda müzakirə olunan fəlsəfi kate-
qoriyalar da bir- birindən fərqlənir. Belə ki, 
şərqin ilkin fəlsəfi 
tə‟limlərində «həyat», «ölüm», «ruh», «fiziki bədən», «şüur» və s 
daha 
çox yer tuturdu. Burada «sansara» (ruhun dirilməsi və yenidən 
təcəssümü), «karma» (insanın axirət dünyasında öz əməllərinə görə cavab 
verməsi), «askez» (özünü məhdudlaşdırmaq yolu ilə fövqəltəbii 
qabiliyyətlərə nail olmaq), «nirvana» (ruhun ən yüksək vəziyyəti, insan 
cəhdlərinin məqsədi) və sair anlayışlar geniş yayılmışdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin