Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə36/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Qərb 
fəlsəfəsində
isə ən‟ənəvi fəlsəfi kateqoriyalar 
(hərəkət, ziddiyyət, mate-
riya, məkan, zaman, substansiya və s.) 
üstün yer tuturdu. Məsələn, 
qədim 
yunan 
fəlsəfəsində 
Aristotel 
kateqoriyaları 
ilk 
dəfə 
sistemləşdirmişdir. O, on mühüm kateqoriyanın (mahiyyət, kəmiyyət
keyfiyyət, münasibət, yer, zaman, vəziyyət, hal, gerçəklik, əziyyət) 
cədvəlini işləyib hazırlamışdı. 
Dördüncü, 
materiyanın quruluşu haqqında 
baxışlar və idrak tə‟limləri də şərqdə və qərbdə eyni cür 
formalaşmamışdır. 
Qərbdə materiyanın fasiləli 
(diskret) quruluşu 
haqqında təsəvvürlər geniş yer tutmuşdur. Atomist tə‟limin nümayəndələri 
(Levkipp, Demokrit, Epikur və L.Kar) əşyalarda baş verən dəyişikliklərin 
səbəblərini anlamağa çalışmış və onu atomların boşluqda hərəkəti ilə izah 
etmişdilər. Bundan fərqli olaraq Şərq fəlsəfəsində 
materiyanın fasiləliyi 
və onun quruluşu problemləri o qədər də geniş yayılmamışdır. Burada əsas 
yeri 
materiyanın ruha qarşı qoyulması, yaxud da onun substansional 
başlanğıc kimi 
göstərilməsi tutmuşdur.
Beşinci,
idrak probleminin həllində də müxtəliflik özünü 
göstərmişdir. Bu onda təzahür edirdi ki
qərb fəlsəfəsində idrak 
təkcə 
empirik, hissi və rasional kimi deyil, həm 
də məntiq 
kimi təhlil olunurdu. 
Sokrat, Platon, xüsusilə də Aristotel məntiq problemlərinin işlənilməsinə 
qiymətli töhfələr vermişlər. Şərq fəlsəfəsində isə məntiq ilə demək olar ki, 
yalnız Hindistanda Nyaya (qayda, mühakimə deməkdir) məktəbi məşğul 
olmuşdur. Bu cərəyanın tərəfdarları həqiqəti əldə etməyin dörd mənbəyini 
(qavrayış, nəticə, müqayisə və sübut) irəli sürmüşdülər. 
Nəhayət,
sosial 
problematikanın qoyuluşu baxımından 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin