Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Onlar- dan biri verifikasiya prinsipi, biliyin empirik yoxlanılması, ikncisi isə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə350/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   346   347   348   349   350   351   352   353   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Onlar-
dan biri verifikasiya prinsipi, biliyin empirik yoxlanılması, ikncisi isə 
falsifikasiya prinsipidir
(hipotezin və ya nəzəriyyənin yalan və ya 
köhnəlmiş olduğunu aşkar etmək). 
Metodun daxilində predmet 
məzmunu, operasional və aksioloji səpkilər ayrılır
. Birinci səpki 
tədqiqatın predmeti haqqında biliyi ifadə edir. Bu səpki metodun obyektiv 
əsasa malik olduğunu göstərir. Operasional səpki metodun obyektdən daha 
çox subyektdən asılı olduğunu əks etdirir. Onun məzmununa görə 
tədqiqatçının hazırlıq səviyyəsi, onun müxtəlif elmi priyomları tətbiq edə 
bilmək məharəti daxildir. Bir sözlə bu səpki metodun subyektiv 
keyfiyyətləri ilə bağlıdır. Nəhayət aksioloji səpki metodun mötəbərliyi, 
qənaətliliyi və effektivliyini göstərir. Bu o deməkdir ki, tədqiqatçı 
müxtəlif metodlardan daha aydın və səmərəli olanları və öz xarakterinə 
yaxın olanları seçir. 
Elmi idrakın metodları öz əhatə dairəsinə görə 
xüsusi metodlara 
(fizikda spekr təhlili, kimyada keyfiyyət təhlili, mürəkkəb sistemlərin sta-
tistik modelləşdirilməsi), 
ümumelmi metodlara 
(eksperiment, müşahidə, 
modelləşdirmə və sair) və 
universal metodlara 
(dialektik ziddiyyətlilik 
metodu, tarixilik və sair) ayrılır.
1
Həm empirik həm də nəzəri idrak səviyyələrində tətbiq olunan me-
todlar 
ümumməntiqi
metodlar adlanır. Onlar aşağıdakılardır: analiz, sin-
tez, mücərrədləşdirmə, induksiya, deduksiya, analogiya, ümumiləşdirmə 
və modelləşdirmə. 
Ilkin məntiqi metodlardan olan analiz və sintez idrakda mühüm rol 
oynayır. Birinci onda ifadə olunur ki, istənilən obyekti dərindən və 
hərtərəfli öyrənmək üçün onun daxili mühüm əlamətlərini açmaq lazım 
gəlir. Bunun üçün isə obyekti fikrən tərkib hissələrinə ayırmaq və hər bir 
hissənin xassə və əlamətlərini ayrı-ayrılıqda öyrənmək tələb olunur. Bu 
prosesdə həm də hər bir tərkib hissəsinin bütöv sistemdə rolunu açmaq 
mümkün olür. Bu idraki vəzifə həll edildikdən sonra obyektin hissələri 
1
Bax: Алексеев П.,А. Панин. Философия, с.307-309. 


309 
fikrən yenidən birləşdirilir və onun haqqında bütöv təsəvvür formalaşır. 
Bu təsəvvür əvvəlkindən fərqli olaraq predmetin daxili təbiəti haqqında 
dərin biliyi ifadə edir. Sonuncu əməliyyat sintez adlanır. Idrakda analiz və 
sintez qarşılıqlı surətdə bir-birini tamamlayır. Həmin əməliyyatları zəruri 
edən obyektiv səbəb budur ki, dünyadakı predmetlər mürəkkəb struktura 
malikdir. Buna görə də onları bütöv halda götürdükdə dərindən və 
hərtərəfli öyrənmək, onların mahiyyətinə nüfuz etmək qeyri-mümkündür. 
Obyekti fikrən tərkib hissələrə ayırdıqda yə‟ni analiz etdikdə, bu vəzifə 
asanlaşır. 
Növbəti metod-mücərrədləşdirmə elə bir təfəkkür priyomudur ki, o 
öyrənilən obyektdən tədqiqatçını maraqlandıran xassə və münasibətləri 
seçib götürür, qalanlarını isə bir kənara qoyur. Bu seçilib götürülən 
keyfiyyətlər müxtəlif abstraksiyalar şəklində ifadə olunur və onlarla fikri 
əməliyyatlar aparılır. Ayrılıqda götürülmüş hər bir anlayış və kateqoriya, 
habelə onların sistemi belə abstraksiyalar kimi çıxış edir. 
Bu metod ona görə zəruridir ki, dünyadakı predmet və hadisələr 
sonsuz sayda xassə və əlamətlərə malikdir. Onların hamısını olduğu kimi 
fikirdə əks etdirmək və öyrənmək qeyri-mümkündür. Buna görə də 
onlardakı mühüm keyfiyyətləri ayırırıq və bunları araşdırmaqla predmetin 
və ya hadisənin mahiyyətini aşkar edə bilirik. 
Digər bir metod-ümumiləşdirmə, elə bir fikri əməliyyatı ifadə edir 
ki, onun nəticəsində obyektlərin ümumi xassə və əlamətləri müəyyən edi-
lir. Bu aşağıdakı yol ilə baş verir. Biz obyektlərdəki oxşar xassə və 
münasibətləri seçib götürdükdən sonra, onları vahid bir sinif halında 
birləşdiririk. Nəticədə bu və ya digər qəbildən olan obyektlərin hamısı 
üçün ümumi olan əlamətlər məcmusu-ümumiləşdirmələr yaranır. 
Tədqiqat prosesində tez-tez mə‟lum olan biliklərə əsaslanmaqla ye-
ni nəticə irəli sürmək lazım olur. Qeyd olunan əməliyyat iki istiqamət üzrə 
baş verə bilir: birinci halda biz mə‟lum olan ayrı-ayrı faktlar haqqında 
biliklərdən çıxış edərək ümumi prinsipləri aşkar etməyə çalışırıq. Ikinci 
istiqamət isə ümumi prinsiplərə arxalanmaqla ayrı-ayrı obyektlər haqqında 
nəticələr irəli sürülməsini göstərir. Fikrin hərəkətin birinci yolu induksiya, 
ikincisi isə deduksiya metodu adlanır. 
Induksiya metodunun əsasını təcrübə, eksperiment və müşahidə 
təşkil edir. Məhz onların vasitəsilə biz ayrı-ayrı faktları toplayırıq, sonra 
onları təhlil edirik Bu və ya digər sinfə (çoxluğa) daxil olan predmetlərin 
ümumi və təkrar olunan xassələrini üzə çıxarırıq. 
Deduksiya (ümumi biliklərdən istifadə etməklə xüsusi haqqında 
nəticə əldə etmə) yolu ilə əqli nəticə əldə etməyin mühüm şərti verilmiş 
hökmlərdən birinin ümumi xarakterə malik olmasıdır. Bu metod o halda 
daha çox idraki əhəmiyyət kəsb edir ki, ümumi hökm sadəcə olaraq induk-


310 
tiv ümumiləşmə kimi deyil, hər hansı bir hipotetik fərziyyə və yeni elmi 
ideya formasında çıxış edir. Belə olduqda deduksiya yeni nəzəri sistemin 
yaranmasının əsası rolunu oynayır. 
Analogiya (bənzətmə) elə bir idrak metodudur ki, onun vasitəsilə 
obyektlərin bir sıra əlamətlərə görə oxşar olması əsasında, onların digər 
əlamətlərinin də ümumiliyi haqqında əqli nəticə çıxarılır. Həmin 
istiqamətdə aparılan mühakimə buna arxalanır ki, biz müəyyən predmetin 
xassələrini öyrənməklə yəqin edirik ki, onlar digər obyektlərin xassələri 
ilə üst-üstə düşür. Əgər belə oxşar xassələr kifayət qədər çoxdursa, onda 
biz müqayisə olunan obyektlərin başqa xassələrinin də eyni olduğunu 
söyləyə bilirik. 
Analogiya ilə sıx bağlı olan növbəti metod modelləşdirmə adlanır. 
Bu metod obyekti öyrənmək üçün onun sün‟i modelini yaratmağı nəzərdə 
tutur. Model, öyrənmək istədiyimiz tərəflərə görə orijinal ilə uyğun gəlir. 
Bu keyfiyyətinə görə model idrak üçün çox əlverişlidir. Əlbəttə modelin 
digər əlamətləri orijinal ilə uyğun gəlməyə də bilər. 
Modelləşdirmə o halda daha zəruri olur ki, öyrənmək istədiyimiz 
obyekt ilə bilavasitə təmas yaratmaq qeyri-mümkündür ya da iqtisadi 
baxımdan sərfəli deyildir (məsələn, almazın təbii yaranması, Yer üzərində 
həyatın əmələ gəlməsi və sair). 
Adi və elmi idrakda modelləşdirmənin iki növündən (maddi və 
ideal) istifadə olunur. Maddi modellər təbii qanunlara tabe olan maddi 
obyektləri ifadə edir. Mənəvi modellər isə məntiqi qanunlar üzrə fəaliyyət 
göstərən ideal formalardır. Onlar işarələr sistemi vasitəsilə ifadə olunur. 
Müasir elmi-texniki inqilab şəraitində kompüter vasitəsilə 
modelləşdirmə metodu geniş tətbiq olunmaqdadır. Kompüterə xüsusi 
işlənib hazırlanmış proqramlar daxil etməklə son dərəcə müxtəlif 
prosesləri (məsələn bazar qiymətlərinin enib-qalxmasını, əhali artımının 
meyllərini, Yerin sün‟i peykinin hərəkətini, ayrı-ayrı kimyəvi reaksiyaları 
və s.) modelləşdirmək mümkündür. 
Yuxarıda göstərilən metodlardan əlavə empirik və nəzəri 
tədqiqatların hər birinin özünəməxsus metodları da vardır. Belə ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin