377
etməmişdir. O, eynilə də heç vaxt bu dərəcədə dağıdıcı tə'sir göstərə
biləcək vasitələrə malik olmamışdır. Insanlar texniki vasitələri
təkmilləşdirməyə aludə olmaqla və iqtisadi cəhətdən bazarın kəskin
tələbləri ilə motivləşən ixtiraçı- yaradıcı fəaliyyətə uymaqla, nəticə
etibarilə qarşısıalınmaz fəlakətə doğru irəliləyirlər.
1
Əlbəttə texnikanın mənfi nəticələri önündə pessimizmə qapılmaq
da doğru deyildir. Çünki texniki vasitələrin nə qədər güclü dağıdıcı imkan-
lara malik olmalarına baxmayaraq, onlar prinsipcə həmişə insanların zəka
və iradəsinə tabe edilə bilən vasitələrdir. Buna görə də müasir elmi- texni-
ki tərəqqinin törədə biləcəyi inkari sosial nəticələri vaxtında görmək onları
minimallaşdırmaq və aradan qaldırmaq üçün yollar və vasitələr tapmaq
mümkündür və zəruridir.
Yuxarıda deyilənlər ilə yanaşı əməyin digər bir
maddi amili- əmək
cisimləri
də mühümdür. Buraya insan tərəfindən əmək vasitələrinin
köməyilə yararlı hala salınan əşyalar daxildir. Əmək cisimləri öz
növbəsində
əməyin hələ tətbiq olunmadığı təbiət maddələrinə
(torpaq,
şaxtalarda kömür layları, mə'dənlərdəki filiz ehtiyatları və s.) və insan
əməyinin tə'sirinə məruz qalan
xammala
ayrılır (e'mal olunmaq üçün
çıxarılmış kömür, filiz, neft və s.)
Yuxarıda göstərilən bütün amillərin vəhdətini tə'min etmək əməyin
normal inkişafı üçün zəruridir. Bunun üçün isə istehsalın maddi
elementləri arasında, habelə onlar ilə işçi qüvvəsinin miqdarı arasında
düzgün nisbət yaratma vacibdir. Həmin vəzifənin həllində texnologiya
xüsusi rol oynayır. Məhz texnologiya təbii və digər maddələrin e'malı
üsullarını və məhsul hazırlanılması üsullarını müəyyən edir.
Dostları ilə paylaş: