550
baş verməkdə olan proses və hadisələrə cəlb olunması da bir o qədər tam
və dolğun xarakter alır.
Şəxsiyyətin daxili aləmi onun mənəvi yetkinliyinin əsas
göstəricisidir
. O özünün davranış və hərəkətlərini etik baxımdan,
xeyirxahlıq, ədalət, doğruçuluq mövqeyindən qiymətləndirir və müvafiq
nəticələr çıxarır.
Qeyd olunmalıdır ki, insanı şəxsiyyət kimi səciyyələndirən cəhətlər
birdən birə hazır şəkildə yaranmır. Onlar insanın şəxsi təcrübəsi, onun
sosial mühit ilə əlaqələndirilməsinin nəticəsi kimi çıxış edir.
Həm də
nəzərdə tutulmalıdır ki, insanın həyatında baş verən əsaslı dəyişikliklər
onun oynadığı rolu, əhatə dairəsini,
həll etmək istədiyi vəzifələri, onun
bütün həyat tərzini əhəmiyyətli dərəcədə dəyişdirir. Bu prosesdə insanın
«Mən»i ciddi surətdə yeniləşir. Şəxsiyyətin «Mən»i mürəkkəb xarakterə
malikdir. O insanın intellektual və emosional inkişaf səviyyəsi ilə,
psixikanın ayrı- ayrı tərəfləri arasında ahəngdarlığın
dərəcəsi və
şəxsiyyətin sabitlik göstəricisi ilə müəyyən olunur. Sonuncu cəhət
şəxsiyyətin keyfiyyətlərinin qiymətləndirilməsində xüsusilə mühümdür.
Şəxsiyyətin həyatında dönüş səviyyəli məqamlar baş verdikdə o elə
bir vəziyyətə düşə bilər ki, daha əvvəlki qaydada yaşaması qeyri- mümkün
olur. Onun «Mən»inin sabitliyinə ətraf mühitin dağıdıcı
təsiri öz işini
görür. Belə halda o öz daxilində yaranan ziddiyyətləri aradan qaldırmağa
çalışır. Beləliklə də öz «Mən»ini mövcud şəraitin tələblərini nəzərə almaq-
la dəyişdirir, yenidən qurur. Bu məqamda onun yaradıcılığı daha aydın
üzə çıxır. Əlbəttə şəxsiyyət yaranmış
şəraitin təsirilə baş verən
ziddiyyətləri başqa, nisbətən asan yollarla (tezliklə vəziyyətə adaptasiya
etmək, süstlük göstərmək, tənəzzülə uğramaq) da aradan qaldıra bilər. La-
kin əsas yol onun şəxsiyyət kimi öz- özünü saxlaya bilməsi naminə özünü
dəyişdirmək qabiliyyəti ilə bağlıdır.
Dostları ilə paylaş: