Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   2   3   4   5   6   7   8   9   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


42 

downloaded from KitabYurdu.org



 

amilləri (prokoaqulyantlar), mürəkkəb hemokoaqulyasiya kaska- dı 

formalaşdıraraq,  fıbrinogenin  koaqulyasiyasmı  və  tromb  əmələ 

gəlməsini  formalaşdırır  (şəkil  9).  Trombinin  əmələ  gəlməsinə 

səbəb  olan  kaskad  reaksiya  ola  bilsin  ki,  iki  yolla  reallaşa  bilər: 

xarici  (şəkildə  solda  və  yuxarıda)  və  daxili  (şəkildə  sağda  və 

yuxarıda).  Reaksiyanın  xarici  yolla  inisiyasiyası  üçün  toxuma 

amillərinin  monositlərin  və  endotlin  trombositlərinin  plazmatik 

membramnm xarici səthinə çıxması lazımdır. 

 

Fibrinogen 



 

Həll olan librin 

 --------------- (Xllla) 

Kibrin 


 

Şəkil 9. Hemokoaqulyasiya kaskadı. 

XII amilin fəallaşması daxili 

(təmas) mexanizmi işə salır; toxuma amilinin xaric olması, VII amilin fəal- laşması isə 

laxtalanmanm  xarici  mexanizmini  işə  salır.  Hər  iki yol  X  amilin fəal-  laşmasma  səbəb 

olur.  Düzbucaqlıda  dairəyə  alınmış  bucaqda-laxtalanmAnın  plazma  amillərinin 

nömrələri verilib. Ferment komplekslər-düzbucaqlı ilə bir sırada yerləşmiş sərhəd bütöv 

və qınq xətlərlə verilmişdir. 

43 

downloaded from KitabYurdu.org



Daxili  yol  XII  amilin,  endotelin  zədələnmiş  üst  səthi  ilə 

təmasda  olması  ilə  başlayır.  Laxtalanmada  daxili  və  xarici  yol 

anlayışı  səthidir,  başqa  sözlə  qanın  laxtalanmasımn  kaskad 

reaksiyası bir-birindən nisbi asılı olmayan yolla deyil, əsasən xarici 

yolla gedir. 

Laxtalanmanın  plazma  amilləri-qan  laxtalanmasımn 

əmələ gəlməsini reallaşdıran plazmanın müxtəlif komponentləri. 

Laxtalanma  amillərini  rum  rəqəmi  ilə  işarə  edirlər  (amili  fəal-

laşdıran rəqəmə adi hərf «a» əlavə edilir). 

I -  həll  olan  fıbrinogen-trombinin  (Ha)  təsirindən  həll 

olmayan  fibrinə  çevrilir.  Qaraciyərdə  əmələ  gəlir.  Qanda  200400 

mq% fıbrinogen olur. 

II -  protrombin  (proferment),  Kompleks  amillərin  Xa, 

trombositlərin membranmm fosfolipidlərinin və digər hüceyrələrin, 

Ca

2+

 və Va amilinin təsiri altında proteazaya çevrilir. Vitamin K-nm 



iştirakı ilə qaraciyərdə əmələ gəlir. 

III  -  toxuma  trompoplastini.  Toxuma  amilləri  kompleksi, 

fosfolipidlər, VII a amili və Ca

2+

 laxtalanmanın xarici mexanizmini 



işə  salır.  Öz  təbiətinə  görə  fosfolipiddir.  Damarların  endotel 

qişasında və zarında əmələ gəlir. 

IV  - Ca

2+

 amili və akselerin. Qanın laxtalanmasımn bütün 



fazalarında iştirak edir. 

V-VI  -  proakselerin-akselerinin  sələfi  (Va)-  membran 

kompleksi  Xa-  Va-  Ca

2+

  fəallaşdıran  zülal.  Bunları  bir  yerdə 



akselerator-qlobini  adlandırırlar,  qaraciyərdə  əmələ  gəlir.  He- 

mokoaqolüasiyanm 1-ci və 2-ci fazalarında iştirak edir. 

VII  -  prokonvertin  (proferment)  Vlla-proteaza,  X  və  IX 

amilləri  fəallaşdırır:  K  vitamininin  iştirakı  ilə  qaraciyərdə  əmələ 

gəlir. Toxuma protrombozinasınm əmələ gəlməsində iştirak edir. 

VIII  -  fəallaşmayan  antihemofıl  qlobulin  A-VIIa  amilinin 

sələfi Villa (fəal antihemofıl qlobulin) - membran kompleksi IXa-

VIIIa-  Ca

2+

  fəallaşdıran  zülal.  VIII  amilin  genetik  çatışmazlığı 



ancaq  kişilərdə  rast  olunan  klassik  hemofiliya  A  inkişafına  səbəb 

olur. Qan protrominazasının əmələ gəlməsində iştirak edir. 



44 

downloaded from KitabYurdu.org



IX  - fəallaşmayan antihemofılik qlobulin B (fəallaşmayan 

kristas  amilinin,  profetminti)  -  fəal  antihemofılik  amil  B  sələfi 

(Kritsmasın fəal amili) - proteaza, X amili fəallaşdırır, IX amilinin 

çatışmazlığı  hemofiliya  B  (Kristsmas  xəstəliyi)  inkişafına  səbəb 

olur.  K  vitaminin  iştirakı  ilə  qaraciyərdə  əmələ  gələrək 

hemokoqulyasiyanın fazasının əmələ gəlməsində iştirak edir. 

X  -  fəallaşmayan  Stuarta-Prauer  amili  (fəal  forma  -  Xa 

amili. Proteaza, fəallaşdırıcı amil II), Stuarta amilinin çatışmazlığı 

laxtalanmada  qüsura  səbəb  olur.  K  vitamininin  iştirakı  ilə 

qaraciyərdə  qan  və  toxuma  protrombinazasmm  əmələ  gəlməsinə 

səbəb olur. 

XI  -  qanın  laxtalanmasının  təmas  yolu  profermenti- 

tromboplastinin fəal olmayan plazma sələfi (fəal forma - Xla amili 

- IX amili IXa amilinə çevirən kükürdlü proteaza). K vitamininin 

iştirakı  ilə  qaraciyərdə  əmələ  gəlir.  XI  amilin  çatışmazlığı 

qanaxmaya səbəb olur və hemofiliya S adlanır. 

XII  -  fəal  olmayan  Hageman  amili  zədələnmiş  damarın 

səthinə  toxunduqda  fəallaşır,  qanın  laxtalanma  təması  yolu 

profermenti, fəal  forma  - Xila amili  - (fəal  Hageman amili)  - XI 

amili fəallaşdırır, prekllikrein (proferment qanın laxtalan- masının 

təmas  yolu  ferment,  plazminogen).  XII  amilin  çatışmazlığı 

Hageman xəstəliyinə səbəb olur. Təsir obyekti XI amilidir. 

XIII  -  fibrinstabirləşdirici  amil  (Laki-Qoren  amili)  - 

trombinlə fəallaşdıran XIII amil (XlIIa amili), fibrin monemer- lər, 

fibrin və fibro-pektin molekullar arasında amil əlaqələrinin əmələ 

gəlməsini katalizə edərək həll olmayan fibrin əmələ gətirir. Bu amil 

trombin  və  kalsium  ionlarının  iştirakı  ilə  fəallaşır.  Qanın 

laxtalanmasmda xarici yol mərkəzi yer tutur. 

Beləliklə,  qeyd  edilənlərdən  belə  məlum  olur  ki,  fibri- 

nogenin  fibrinə  çevrilməsi  üçün  trombin  lazımdır.  Trombin  qa-

raciyərdə sintez olunan protrombindən əmələ gəlir. Protombin isə 

protrombinazanın təsiri ilə trombina çevrilir (şəkil 10). 

Şəkil 10-dan görünür ki, qanın laxtalanmasının I fazasında 

trombositlər parçalandıqdan sonra qan, toxuma zədə 



45 

downloaded from KitabYurdu.org



ləndikdən sonra isə toxuma protombinası müxtəlif amillərin iştirakı 

ilə əmələ gəlir. Beləliklə, qanın laxtalanma prosesi 

I  faza - fəal protrombinazanın əmələ gəlməsi; 

II  faza - passiv protrombininin fəal trombina çevrilməsi; 

III  faza - fıbrinogenin fibrinə çevrilməsi. 

Toxuma və damarlann zədələnməsi 



Trombositlərin 

parçalanması 



qan tromboplastini 



toxuma zədələnməsi 



IV  amil 



V  amil  X 

amil 

I faza 

VIII  amil 

IX  amil 

IV amil 

XI  amil 

XII  amil 

► qan protrombinazası 

toxuma tromboplastini 

V  amil 

VI  amil 

VII  amil 

IV amil 

X amil 

II faza 

III faza 



retraktozim 



retraksiya 

► toxuma protrombinazası 



protrombin + V amil + X amil + IV amil 

1



trombın 





fıbrinogen + IV amil + XIII amil 



 ----------------- fibrin 



Şəkil 10. Qanın laxtalanma sxemi. 

46 

downloaded from KitabYurdu.org



Bundan sonra IV faza, yəni əmələ gələn qan laxtasının 

retraksiyası bərkiyib damarın ağzım tutması, sonra isə fıbrino- 

lizi, yəni fibrinin tədricən reazmin fermenti ilə parçalanıb, da-

marın zədə yerinin sağalması baş verir. 

Beləliklə,  hemostaz  prosesində  3  komponent:  qan  da-

marları  divarı,  qanın  formalı  elementləri  və  plazmanın  ferment 

sistemi birgə iştirak edir. 

Qanın  laxtalanmasında  iştirak  edən  trombostar  amillər 

aşkar edilmişdir. 

Bunlardan biri tombositlər parçalandıqda  ayrılır və qanın 

laxtalanmasının 1 fazasında iştirak edir. 

3- cü amil trombositar tromboplastin amilidir. Bu amil qan 

lövhəciklərinin zarında və dənələrində olur. 

4- cü heparini birləşdirməklə hemokoaqulyasiya prosesini 

sürətləndirən antiheparin amilidir. 

5- ci  trombositlərin  adgeziya  (yapışmaq)  və  aqreqasi- 

yasını (toplaşma) təmin edən laxtalandırıcı amil və ya fıbri- nogen 

amilidir. 

6- cı  trombostenin  -  qan  laxtasının  bərkiməsinə  və  qı- 

salmasına  kömək  edən,  öz  xüsusiyyətinə  görə  skelet  əzələsi  ak- 

tomiozinini xatırladan amildir. 

10-cu  qandan  trombositlərə  adsorbsiya  olunan  damar- 

daraldıcı serotoninin amilidir. 

11  -ci  damar  zədələnməsində  trombositləri  bir  yerə  top-

layan  aqreqasiya  amilidir.  ADF-dən  başqa  son  zamanlar  tapılmış 

tromboksan  aqreqasiya  prosesinin  ən  güclü  stimul-  yatorudur. 

Digər  tərəfdən  aqreqasiyanm  daha  güclü  inqibitoru  damarın 

endotelisində  olan  prostasiklindir.  Bu  maddələr  arasındakı 

müvazinət qan lövhəciklərinin toplanmasını təmin edir. 

Hemostazda  eritrositlər  və  leykositlər  də  iştirak  edir. 

Eritrositlərin tərkibində trombostenindən başqa, trombositdə olan 

bütün faktorlar tapılır. 

Lakin  leykositlərin  sayı  eritrositlərə  nisbətən  az  oldu-

ğundan  onların  sağlam  adamların  hemostazında  rolu  o  qədər  də 

nəzərə çarpan olmur. 

47 

downloaded from KitabYurdu.org



Fermenlərin fəallığı dövran edən qanda profermentlər olur 

(II, VII, IX, X amilləri). Zülallar-ko amilləri (Va, Villa, həmçinin 

toxuma  amilləri  -  amil  III)  profermentlərin  ferment-  lərə 

çevrilməsinə  Ca

2+

  ionlarının  iştirakı  ilə  kömək  edir  (serin 



proteazası). Ca

2+

 ionlarının iştirakı olmadan qan laxtalanmır. Məhz 



buna görə də qanın laxtalanmasının qarşısını almaq üçün sitrat və 

ya oksalat turşusu ilə Ca

2+

 deionzatsiya edilərək çökdürürlər, onun 



qanda qatılığım aşağı salırlar. 

Vitamin K. Vitamin K çatışmazlığı qanın laxtalanması- nı 

ləngidir və dərialtı və daxili qanaxma ilə müşayiət olunur. Kliniki 

təcrübədə  trombozun,  qanaxmanın  qarşısını  almaq  üçün  istifadə 

olunur. 


Qanaxmanın 

dayandırılmasında 

damar-trombositar 

hemostazı  da  iştirak  edir.  Bu  prosesdə  əvvəlcə  reflektoru  olaraq 

damar  divarının  daralması,  sonra  tromobistlərin  zədə  yerinə 

yapışması,  toplanması  və  axırda  əmələ  gələn  və  qan  laxtasının 

(trombun) bərkiyib damardakı zədənin ağzını tutması baş verir. 

Qanın əks laxtalanma sistemi. Fizioloji antikoaqul- yantlar 

qanın  laxtalanmasının  ya  blokadasına,  ya  da  ləngiməsinə  səbəb 

olurlar. 

Fibrinolitik  sistem  fıbrin  laxtasının  həll  olmasını  (lizis) 

reallaşdırır. 

Fizioloji  inqibitorlar  qanın  maye  halında  saxlanması  və 

trombun damarın zədələnmiş nahiyəsində ətrafa yayılmasına mane 

olur.  Qanın  laxtalanması  zamanı  əmələ  gələn  trombun 

formalaşmasını təmin edir. Sonra qanın laxtalanmasının fer- ment 

inqibitorları  ilə  qarşılıqlı  təsirdə  trombini  aktivləşdirir  və  eyni 

zamanda trombun əmələ gəlməsini tormuzlayır, antkoa- qulyasiya 

fazasını fəallaşdırır. 

Qanın  laxtalanmasında  iştirak  edən  fermentlərin  fizioloji 

inqibitorları damarın zədələnmə nahiyəsində əmələ gələn trombun 

yayılmasının  qarşısını  alır  (antitrombin  III,  heparin,  a

2

  -


makroqlobulin, antkonvertin, a

l

 -antitripsin). 



Fibrinolitik  sistem.  Tromb  əmələ  gəldikdən  bir  neçə  gün 

sonra həll olur. Fibrinoliz zamanı - fıbrin liflərinin fermenta- 



48 

downloaded from KitabYurdu.org



tiv  parçalanması  nəticəsində  -  həll  olunan  peptidlər  əmələ  gəlir. 

Fibrionoliz  plazminin  serin  proteazasının  təsiri  altında  baş  verir, 

daha  dəqiq  -  fibrinin,  plazminogen  və  plazmogenin  toxuma 

fəallaşdırıcısı ilə qarşılıqlı təsiri zamanı fibrionoliz baş verir. 



Hemostaz  sisteminin  laboratoriya  göstəriciləri.  Sağlam 

insanın  qanı  in  vitro  5-10  dəq.  laxtalanır.  Onunla  əlaqədar 

protrombinaz kompleksinin əmələ gəlməsi 5-8 dəq, protrom- binin 

fəallaşması 2-5 dəq. və flbrinogenin fıbrinə çevrilməsi 2-5 dəq. vaxt 

aparır. 

Qanın  laxtalanmasında  iştirak  edən  amilləri  hazırlayan 

orqanlar və toxumaların fəaliyyəti əsasən vegetativ sinir sistemi ilə 

tənzim olunur. 

Qeyd  etmək  lazımdır  ki,  qanın  həcminin  və  formalı  ele-

mentlərin sayını sabit saxlayan funksional sistem fəaliyyət göstərir. 

Bu  sistemin  fəaliyyətinin  normal  saxlanılması  ilk  növbədə 

maddələr mübadiləsinin normal gedişi üçün olduqca vacibdir. 

Qanın  həcmi  və  formal  elementlərinin  miqdarında  əmələ 

gələn  hər  hansı  dəyişikliyi  hipotalamusda  və  qan  sisteminin 

(sümük,  dalaq,  limfa  düyünləri,  damarlar  və  s.)  müvafiq  resep- 

torları  tərəfindən  qəbul  edilir.  Oyanmalar  reseptorlardakı  sinir 

mərkəzlərinə  verilir.  Nəticədə  hipotalamus  sinir-humoral  yollarla 

qan  sisteminin  öz-özünü  tənzim  edən  mexanizmini  (hipotalamus, 

qabıq,  hipotalamus,  limbiq  retikulyar  strukturlar),  aparatını  işə 

salır. 


Laxtalanmada  iştirak  edən  amillərin  hər  hansı  birinin 

olmaması  və  ya  çatışmamasında  qanın  laxtalanma  qabiliyyəti 

pozulur. 

Müəyyən amillər qanın laxtalanmasma mane olur. Soyuqda 

divarlarına parafin çəkilmiş hamar qabda qanın lax- talanması xeyli 

ləngiyir. Heparin və zəlinin ağız suyundakı hi- rudin maddəsi də 

laxtalanmaya mane olur. Heparin, Hirudin, sintetik şəkildə alman 

(məsələn, dikumarin, pelentan preparatlar və s.)  vardır ki,  bunlar 

qaraciyərdə protombin və VIII faktorun sintezini blokada etməklə 

fibrinin əmələ gəlməsinə 



49 

downloaded from KitabYurdu.org



maneçilik göstərir. 

Qandan kalsium duzlarım limon turşusunun natrium duzu 

və  Şavel  turşusunun  ammonium  duzu  ilə  çökdürməklə  ayırdıqda 

qan  laxtalanmır.  Belə  halda  protrombinaza  və  trombin  əmələ 

gəlmir.  Odur  ki,  həmin  duzlarla  1:4  nisbətində  qarışdırıldıqdan 

sonra alınan konservləşdirilmiş qanı uzun müddət saxlamaq olur. 

Konservləşdirilmiş  qanı  uzağa  aparmaq,  yaralılara  və  xəstələrə 

vaxtında köçürmək olar. 

O,  qeyri-fəal  vəziyyətdə  bədənin  əksər  toxumalarında 

profibrinolizin şəklində olur və fıbrinokinaza ilə fəallaşdırır. 

Yuxarıda  qeyd  edilən  qanın  laxtalanmasını  ləngidən 

amillərlə  bərabər,  həm  də  laxtalanmanı  sürətləndirən  amillər 

fəaliyyət göstərir. 

Bir sıra amillər - yüksək temperatur, damar səthinin kələ-

kötür olması, o cümlədən suda həll olan kalsium duzları (məsələn, 

CaCh), K vitamini və jelatin qanm laxtalanma qabiliyyətini xeyli 

yüksəldir.  Buna  görə  də  fasiləsiz  qanaxma  zamanı  və  bəzi 

operasiyalardan əvvəl kalsium və K vitamini verilir. 



50 

downloaded from KitabYurdu.org



X FƏSİL 

ÜRƏK-DAMAR SİSTEMİ 

Ürək-damar sisteminin əsas funksiyası orqanizmin hüceyrə 

orqan  və  toxumalarında  həyat  fəaliyyətini  davam  etdirməsi  üçün 

onlara  qanda  olan  qida  maddələrini  çatdırmaq,  oradan  isə 

metabolitləri və hormonları qan vasitəsilə nəql etməkdir. Həm də 

toxumalardan  CCh-nı  ağciyərlərə,  metobo-  lizmin  digər 

məhsullarını isə böyrəklərə, qaraciyər və digər orqanlara çatdırıb 

zərərli maddələrin bədəndən xaric olunmasını təmin edir. Bu sistem 

həmçinin qanda olan hüceyrələri daşıyır. Başqa sözlə bu sistemin 

əsas funksiyası - nəql etməkdir. Bu sistem, həmçinin daxili mühitin 

sabitliyini  tənzim  etmək  üçün  lazımdır  (məsələn,  bədən 

temperaturunu və turş-qələvi müvazinətini saxlamaqla). Ürək həyat 

üçün  öz  mühüm  funksiyasını,  ancaq  ardıcıl  ritmik  hərəkəti 

sayəsində  yerinə  yetirir. İnsanda və onurğ- alı heyvanlarda qanın 

hərəkəti sirkulyator xarakterə malikdir. Ürək qanın hərəkətini təmin 

edən mühərrikdir, nasosdur. O, sağ və sol ürəkdən ibarətdir. 

Həkim İmqotenin papirusundan məlum olur ki, misirlilər o 

zamanlar  insanın  anatomiyası  haqqında  müəyyən  biliyə  və  ürək 

haqqında  bəzi  təsəvvürlərə  malik  idilər.  Misirlilər  mumiyalama 

zamanı  ürəyi  də  beyin  kimi  daha  mühüm  orqan  hesab  edib,  öz 

yerində saxlayırdılar. 

Təbabətin atası sayılan Hippokrat (460-377-ci illərdə) bəzi 

patoloji hallarda güclü arteriya-nəbz vurğusuna diqqət yetirmişdisə 

də, onun ürək fəaliyyəti ilə əlaqədar olduğunu bilməmişdir. 

Aristotel (384-332-ci illərdə) ürəyi həyatın istilik mənbəyi 

və bütün bədən funksiyalarının ən mühüm orqanı saymışdır. 

Erazistrat  (340-240-cı  illərdə)  ürəyi  nasos  adlandırmış  və 

müəyyən  etmişdir  ki,  ürəkdən  xeyli  uzaqda  yerləşən  arteriyalara 

nisbətən, ürəyə yaxın arteriyalarda nəbz daha tez aşkara çıxır. Daha 

sonra o göstərmişdir ki, arterial və venoz damarlar zəif şaxələrlə - 

anostomozlarla  birləşmişdir  və  patoloji  hallarda  keçiricilik  kəsb 

edirlər. Eramızın 130-201 -ci illərində yaşamış 

51 

downloaded from KitabYurdu.org



Roma  həkimi  Klavdi  Qalen  nəbz  vurğularının  artmasım  bədən 

istiliyinin yüksəlməsi ilə əlaqələndirmişdi. Ürəyin tac arteriyalara 

malik olması ona bəlli idi. O, belə hesab edirdi ki, qan qaraciyərdə 

əmələ gəlir və boş venalarla orqanlara paylanır, bir hissəsi isə iki 

hissədən  ibarət  olan  ürəyin  sağ  mədəciyindən  sol  mədəciyinə 

arakəsmələrdə  olan  gözəgörünməz  məsamələrlə  keçir.  Kiçik  qan 

dövram ona bəlli deyildi. 

Leonardo  Davinçi  (1452-1519)  eksperimental  təcrübə  ilə 

ürəyin 2 hissədən - mədəciklərdən ibarət olması haqqında Qalenin 

fikirləri  ilə  razılaşmayıb,  ürəyin  4  hissədən  -  2  qulaqcıq  və  2 

mədəcikdən ibarət olduğunu göstərib. 

Andrey  Bezali  meyidləri  yarmaqla  ürək-damar  sistemi 

haqqında daha ətraflı məlumat əldə edib. Kiçik qan dövranının kəşfi 

Servetsinin  adı  ilə  bağlı  olsa  da  bu  ondan  qabaq  su-  riyalı  ərəb 

həkimi  İbn-Ən-Naffıs  Əl-Kavaranazi  tərəfindən  (1290)  kəşf 

edilmişdir. O, kiçik qan dövranı haqqında düzgün məlumat verib. 

V.Harvey  (1578-1657)  ilk  dəfə  olaraq  əvvəlki  alimlərin 

elmi  işlərini  nəzərə  alaraq  əsas  diqqətini  ürəyin  işi  və  qanın  qan 

damarları ilə hərəkəti prosesinin öyrənilməsinə həsr etmişdir. 

1628-ci  ildə  ilk  dəfə  olaraq  «Heyvanda  ürək  və  qanın 

hərəkəti haqqında anatomik məlumat» adlı kitabını çap etdirib. Qan 

damarlarının kəşfi və qapalı olması onun adı ilə bağlıdır. O, isbat 

etdiyi arteriya və vena qan-damarları sistemi ayrı olmayıb, bir-biri 

ilə əlaqədardır. 

İtalyan  alimi  Malpiqi  1661  -ci  ildə  arteriya  və  venaları 

birləşdirən kapillyarlan kəşf etdi. 

XX əsrin 40-ci illərindən qan dövranı fiziologiyasının daha 

ətraflı öyrənilməsinə başlanmışdır. Bu dövrdən etibarən qan damar 

sistemi  fəaliyyətinin  qrafik  qeydi,  qan  təzyiqi  və  qanın  hərəkət 

sürəti  və  müxtəlif  faktorların  əhəmiyyəti,  qan  dövranımn  sinir-

humoral yolla tənzim olunması öyrənilməyə başlandı. 

10.1.  Qan dövranının inkişafı 

Ana uşaqlığında inkişaf edən embrion yaşamaq üçün qida 

maddələrinə möhtacdır. İlk dəfə qida maddələri yumurta 

52 

downloaded from KitabYurdu.org



sarısı kisəciyindən göbək müsariqə damarları vasitəsilə em- briona 

daşınır və diffuziya yolu ilə hüceyrələr arasında yayılır. Buna ilk 

dövran və ya yumurta sarısı qan dövranı deyilir. Bu növ qan dövranı 

xaricə yumurtlayan heyvanlarda bütün em- brion boyu davam edir. 

Məməli  heyvanlarda,  o  cümlədən,  insanlarda  embrionun  2 

həftəliyində  trofoblastdan  əmələ  gələn  qişalardan  yeni  qan 

damarları  inkişaf  etməyə  başlayır.  Bununla  bərabər,  embrionun 

daxilində  mezoblastdan  inkişaf  edən  qan  damarları  allontois 

vasitəsilə  birləşərək  nəticədə,  allontois  və  ya  xovlu  qişa  qan 

dövranını əmələ gətirir. 

Hamiləliyin  ikinci  ayında  xovlu  qişanın  uşaqlığa  birləşən 

hissəsindən cift əmələ gəlir. Sonra cift-plasenta fetal və ya döl qan 

dövranı fəaliyyətə başlayır. Bu dövran anadan olanadək fəaliyyət 

göstərir (Tənəffüs bəhsində şəkil 13-ə bax). 

Beləliklə,  qan  damarları  sistemi  embrional  dövrdə  həm 

embrion daxilində və xaricində inkişaf etdiyi üçün iki hissəyə ay-

rılır: embrion xarici qan dövranı sistemi yumurta sarısının və xovlu 

qişanın  mezenxim  ünsürlərindən  əmələ  gəlir.  Embrionun  daxili 

qan-damar sistemi isə mezoblast ünsürlərdən inkişaf edir. 

Mezoblast  və  mezenxim  ünsürlərdən  ilk  dəfə  qan  ada- 

cıqları əmələ gəlir. Qan adacıqlarının mühiti hissəsi sıxlaşaraq qan 

damarlarını,  mərkəzi  hissəsi  isə  yumşalaraq  ilk  qan  ünsürlərini  - 

hemoqoniləri əmələ gətirir. 

Mezoblast  və  mezenxim  ünsürlərdən  əmələ  gələn  he- 

moqonilər  nüvəli  olurlar.  Lakin  ikinci  ayın  axırında  qaraciyərin 

mezenximindən əmələ gələn nüvəsiz qırmızı qan cisim- cikləri ilə 

əvəz olunurlar. 

Embrional  dövrün  ikinci  yarısından  etibarən  əvvəlcə 

dalaqda, sonra qırmızı sümük iliyində qan cisimcikləri əmələ gəlir. 

Qan adacıqlarmdan əmələ gələn damarlar əvvəlcə em- brionda tor 

təşkil  edir,  sonra  iri  damarlar  meydana  çıxır.  Beləliklə,  müxtəlif 

diametrli damarlar meydana çıxır. 

Döl anadan olandan sonra cift qan dövranı  - neofetal qan 

dövranı ilə əvəz olur. Bu qan dövranı insanın ömrünün axırına kimi 

fəaliyyət göstərir. 

İnsan və heyvan orqanizmində qan öz hərəkətini çox 



53 

downloaded from KitabYurdu.org



mürəkkəb yolla - böyük və kiçik qan dövranı ilə başa çatdırır. 

Ürək-damar  sistemi  ilə  qanın  dövranını  ürəyin  nasos 

funksiyası yerinə yetirir. 

Böyük qan dövranı sol mədəcikdən bədəndə ən iri diametrli 

aorta damarı ilə başlayıb, hüceyrə, toxuma və orqanlara oksigen və 

qida maddələri ilə arterial qanı çatdırır. Maddələr mübadiləsindən 

sonra əmələ gələn karbon qazı ilə zəngin ve- noz qanı venulalara, 

venalara  toplayır,  aşağı  və  yuxarı  boş  venalar  vasitəsilə  sağ 

qulaqcığa gətirir. Bu qan kiçik qan dövranının arteriya damarı ilə 

ağciyərə daxil olur. 

Ürəyin  sağ  mədəciyindən  ağciyər  arteriyaları  vasitəsilə 

ağciyərlərə,  oradan  da  dörd  ağciyər  venaları  ilə  sol  qulaqcığa 

qayıdan damar sisteminə kiçik qan dövranı deyilir. Beləliklə, qan 

kiçik  qan  dövranı  kapillyarlarmdan  keçərək  karbon  qazını  verib 

oksigenlə doyur (şəkil 1). 

 

Şəkil 1. 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin