Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə132/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   470
AKADEMİK MİLLİ  DRAM TEATRI 

(1960-1985) 

 

Bir neçə il idi ki, Füzuli meydanında Akademik Milli Dram Teatrı üçün təzə bina tikilirdi. 



1960-cı ilin yayında teatr binası hazır oldu. Yay tətilindən qayıdan kollektiv avqust ayında bura 

köçdü. oktyabr ayının 15-də teatr yeni binada növbəti mövsümünü Cəfər Cabbarlının "Almaz" 

dramının tamaşası ilə açdı. 

İlin birinci yarısında teatr öz repertuarına Ədil İsgəndərovun quruluşunda Cəfər Cabbarlının 

"Dönüş" (18 mart), İslam Səfərlinin "Ana ürəyi" (28 aprel), Əliheydər Ələkbərovun rejissorluğunda 

Adil Babayevin "Dağlar qızı" (18 iyun) pyeslərinin tamaşalarını daxil etdi. Bu dövrdə teatrda Ədil 

İsgəndərovdan başqa rejissorlardan Ələsgər Şərifov, Əliheydər Ələkbərov, Əşrəf Quliyev və Nəsir 

Sadıqzadə də çalışırdılar. 

Oktyabr ayının 22-də heç bir səbəb olmadan Ədil  İsgəndərov baş rejissor vəzifəsindən 

çıxarıldı və üstəlik də teatrdan tamamilə uzaqlaşdırıldı. Bu addım milli teatrımıza çox dəhşətli zərbə 

vurdu. Tədricən teatrın otuzillik romantik-monumental teatr estetikası dağılmağa başladı. Məsələ 

burasında idi ki, Mehdi Məmmədov və Tofiq Kazımov qüdrətli rejissor kimi tanınırdılar, lakin onlar 

tamamilə başqa və yeni raəktəbin nümayəndələri kimi formalaşırdılar. 

Baş rejissor vəzifəsinə  əvvəlcə burada quruluşçu rejissor işləmiş, 1956-cı ildən Opera və 

Balet Teatrında baş rejissorluq edən Mehdi Məmmədov təyin olundu. Üslub və poetika baxımından 

Ədil İsgəndərovdan fərqlənən Mehdi Məmmədov teatra gələndə Nəsir Sadıqzadə Nazim Hikmətin 

"Şöhrət və ya unudulan adam" (tərcüməçi İslam İbrahimov) əsərinin məşqlərini aparırdı. İlk tamaşa 

dekabr ayının 28-də göstərildi. 

Mehdi Məmmədovun baş rejissor kimi ilk quruluşu Sabit Rəhmanın "Əliqulu evlənir" (9 

mart 1961) komediyası oldu. O, Viktor Rozovun "Şadlıq sorağında" (25 may 1961), Mehdi 

Hüseynin "Alov" (28 oktyabr 1961), Mirzə İbrahimovun "Kəndçi qızı" (21 dekabr 1962) əsərlərini 



tamaşaya hazırlayaraq gözlənilmədən 1963-cü il aprel ayının 8-də istefa ərizəsi yazdı. Teatr bir 

müddət baş rejissorsuz qaldı. 1964-cü il fevralın 10-da teatrda baş rejissor Kürsüsünü Tofiq 

Kazımov tutdu. 

Tofiq Kazımov baş rejissor kimi özünün yaradıcılıq məramnaməsini (proqramını), sənətdəki 

estetik prinsiplərini Vilyam Şekspirin "Antoni və Kleopatra" (tərcüməçi Tələt Əyyubov) tamaşası ilə 

bəyan etdi. Bundan sonra teatr yeni estetika zəminində  işləməyə başladı. Premyerası 1964-cü il 

aprelin 23-də oynanılan tamaşada Hökümə Qurbanova Kleopatra, Əli Zeynalov Antoni rolları ilə 

milli teatrımızın Şekspir rolları salnaMəsmə yeni sənət səhifələri yazdılar. 

Bu il oktyabrın 14-də Tofiq Kazımov İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" dramını 

tamaşaya hazırladı. Özünün yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən bu tamaşa ilə MDT-

də lirik-psixoloji janrın bünövrəsi qoyuldu. Rejissorun on doqquz yaşlı Nargilə roluna teatr 

institutunun eyniyaşlı tələbəsi Amaliya Pənahovanı dəvət etməsi də cəsarətli addım idi. Aktrisanın 

debütü çox uğurlu oldu və o, bir müddət sonra truppaya qəbul edildi. 

Tamaşada həmçinin təcrübəli sənətkarlar  Əli Zeynalov (Həsənzadə),  Ətayə  Əliyeva 

(Nəzakət) yeni oyun estetikası göstərdilər. 

Tofiq Kazımov on altı il Milli Dram Teatrına rəhbərlik etdi və 1980-ci il avqustun 2-də 

avtomobil qəzasında həlak oldu. Teatr bir neçə il baş rejissorsuz işlədi. 1960-1985-ci illərdə teatr

əsasən, lirik-psixoloji üslubda, eyni zamanda fəlsəfi-monumental teatr poetikasında, realist-dramatik 

səpkidə, psixoloji məişət janrında dəyərli tamaşalar hazırlaya bildi. Bununla belə, dramaturji 

cəhətdən zəif, orijinal və mövzu-problematikası azərbaycanlı tamaşaçıların mənəvi-əxlaqi 

psixologiyasma uyğun olmayan tərcümə pyeslər də repertuara yol tapdı. Lakin bütövlükdə haqqında 

söhbət gedən dövrdə AMDT-nin tarixinə müxtəlif janrlı sanballı tamaşalar daxil oldu. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin