Tanınmış maarifpərvər Bədəl bəyin ailəsində 19 aprel 1907-ci ildə Bakıda doğulub. Əslən
də dram və opera tamaşalarında iştirak edib. Məcnunun ("Leyli və Məcnun", Üzeyir bəy Hacıbəyov)
partiyasını ifa edib. Əmisi aktyor və pedaqoq, milli operamızda qadın rollarının məşhur ifaçısı
Əhməd Ağdamski idi. Kiçik qardaşı Şəmsi Bədəlbəyli rejissor olub.
Azərbaycanın ilk milli baletinin müəllifi, şöhrətli dirijor, musiqişünas, pedaqoq, tədqiqatçı və
librettolar müəllifi Əfrasiyab Bədəlbəyli uşaqlıqda gözəl tar çalıb. Azərbaycan Dövlət
Universitetində təhsil ala-ala Dövlət Dram Teatrında işləyib. Burada dramaturq Cəfər Cabbarlı ilə
dostlaşıb və onun premyerası 16 fevral 1928-ci ildə göstərilən "Od gəlini" faciəsinin tamaşasına ilk
dəfə musiqi bəstələyib. Üzeyir bəyin təşəbbüsü ilə 1929-cu ildə Opera və Balet Teatrında ilk dəfə
pult arxasma qalxaraq "Əsli və Kərəm" operasına dirijorluq edib. 1930-cu ildə universiteti bitirən
Bədəlbəyli 1938-ci ildə Peterburq konservatoriyasının nəzdində musiqi məktəbini də qur-tarıb.
Azərbaycan Respublikasının xalq artisti fəxri adı ilə təltif olunub (23 fevral 1940).
1930-cu ildən ömrünün sonunadək müəyyən fasilələrlə Opera və Balet Teatrında dirijor və
baş dirijor işləyib. Teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasma, "Leyli və
Məcnun", "Əsli və Kərəm", Müslüm bəy Maqomayevin "Şah İsmayıl", Zülfüqar bəy Hacıbəyovun
"Aşıq Qərib", Fikrət Əmirovun "Sevil", Cüzeppe Verdinin "Aida", "Riqoletto", Cakomo Puççininin
"Toska" operalarına, özünün "Qız qalası", Boris Zeydmanın "Qızıl açar", "Maskarad", Reynqold
Qlierin "Qırmızı lalə", Pyotr Çaykovskinin "Sonalar gölü", "Şelkunçik", Rikardo Driqonun
"Arlekinado", İqor Morozovun "Doktor Aybolit" baletlərinə, Boris Asafyevin "Bağçasaray
fəvvarəsi" xoreoqrafik poemasına dirijorluq edib.
Bədəlbəyli 6 yanvar 1976-cı ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: