ƏLİHEYDƏR ƏKBƏROV (26.6.1915 - 14.3.1974)
Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960 - 1967-ci illərdə Musiqili
Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor
sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər
Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar
verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz
kimi istifadəyə xüsusi meyil göstərib.
Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun
obrazlı bədii həlli ilə seçilib. Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq
Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və
Süleyman Ələsgərov. 6 dekabr 1964), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə və Süleyman
Ələsgərov. 16 fevral 1968), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik" (5 yanvar
1963), "O1madı elə, oldu belə" (15 mart 1964) və "Milyonçunun dilənçi oğlu" (20 may 1966) "Hacı
Qara" (Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli.
Bəstəkarlar Vasif və Ramiz Mustafayev. 14 oktyabr 1962), "Keçmişin məişət səhnələri" (Mirzə
Ələkbər Sabirin şeirləri əsasında librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov)
musiqili komediyaları repertuarda daha uzunömürlü olublar.
O, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" operettasına 1966-cı ildə Bolqarıstanın Şumen
şəhərindəki Türk teatrında quruluş verib.
Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə
Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb. 1967-ci ildə filarmoniyada fəaliyyət
göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə
əsərə quruluş verib. 1965-ci ildən Azəbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən
dərs deyib.
Dostları ilə paylaş: |