Öz yaradıcılığında romantizmlə realizmın poetika xüsusiyyətlərindən eyni səviyyədə, böyük
realist rollarda səmimiyyəti, təbiiliyi və ifadə vasitələrinin əlvanlığı ilə səciyyəvi, orijinal, bədii-
klassik əsərlərdə möhtəşəm romantik xarakterlər, dünya ədəbiyyatı nümunələrində poetik
realist obrazlar yaradan aktrisa Rəmziyyə xanım ötən əsrin altmışıncı illərində Gəncə teatrında lirik-
Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü
texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.
İfa etdiyi obrazın psixoloji xarakterinin inkişaf xəttinə uyğun olaraq kövrək pıçıltıdan, həzin
lirizmdən partlayan ehtirasa qədər səsinin bütün çalar-variasiyalarından istifadə etməkdə mahir
ustad idi.
Rəmziyyə Osman qızı Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda doğulub. Burada
yeni tipli qız məktəbində təhsil alıb. Yeddinci sinifi bitirəndən sonra, 1929-cu ildə Bakı Teatr
Məktəbinin aktyorluq fakültəsinə daxil olub. Təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı
Türk İşçi Teatrının yardım heyətinə qəbul olunub. Burada kütləvi səhnələrə çıxıb və Fyodor
Pavlovun "Çin tanrısı" (Viyen), Nikolay Paqodinin "Balta poeması" (Qrz), Vladimir kirşonun
"Küləklər şəhəri" (Qadın), Əbdülhəq Hamidin "Hind qızı" (Stelina), Əbdülbağı Fövzinin "Gizli əl"
(Əsli), Hacıbaba Nəzərlinin "Yollar" (Gülbahar) əsərlərinin tamaşalarında iştirak edərək epizod
rollar oynayıb.
1932-ci il dekabrın 28-də Türk İşçi Teatrı Bakıdakı yaradıcılıq ömürcəsinə xitam verdi.
Gəncəyə köçürülən (4 və 5 yanvar 1933) sənət ocağı burada əvvəlcə Gəncə Türk İşçi Teatrı, iki il
sonra Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirdi.
1932-ci ilin sonlarında gənc fırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı
rəssam və baş rəssam işləyən Bəhram Əfəndiyev Aşqabad teatrında işləməyə dəvət alıb. Onunla
yenicə ailə həyatı quran Rəmziyyə xanım da Aşqabada gedib. Aktrisa orada üç ilə yaxın "Rəmziyə"
və "Rəmziyyə Əfəndiyeva" kimi çıxış edib, müəyyən təcrübə toplayıb. Gənc olmasma baxmayaraq,
Rəmziyyə Veysəlovaya Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Solmaz ("Od gəlini", Cəfər Cabbarlı),
Dezdemona ("Otello", Vilyam Şekspir), Mehriban ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Elampa
("Hind qızı", Əbdülhəq Hamid) kimi məsul rollar tapşırılıb. O, az müddətdə teatrın aparıcı
aktrisaları cərgəsinə çıxıb.
1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev və Rəmziyyə xanım Gəncə şəhərinə
gəliblər və ikisi də teatrın kollektivinə qəbul olunublar. Gəncə teatrında Rəmziyyə xanının
yaradıcıdıq səpkisində aktrisa yox idi. Onun həmyaşıdı Barat xanım Şəkinskaya teatrdan inciyib
Bakıya getmişdi. Buna görə də Rəmziyyə xanım tezliklə teatrın aparıcı aktrisasına çevrildi. Ona həm
sevgili, həm qəhrəman, həm də dramatik səciyyəli aparıcı rollar tapşırılırdı və aktrisa əsasən
rejissorların ümidini doğruldurdu. Eyni zamanda axtarışlar aparır, istedadını cilalayıb
formalaşdırmaq yolunda usanınadan çalışırdı.
Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır:
Ceyran ("Özgə uşağı", Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz",
"Od gəlini", "1905-ci ildə" və "Nəsrəddin şah", Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm
("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Kamalə, Sənubər ("Toy" və "Xoşbəxtlər", Sabit
Rəhman), Huri ("Məhəbbət", Mirzə İbrahimov), Balisa, Marsela ("Kələkbaz sevgili" və "Nə yardan
doyur, nə əldən qoyur", Lope de Veqa), Natella ("Vətən namusu", Georgi Mdivani), Emiliya
("Otello", Vilyam Şekspir), Aqlaya İvanovna ("Xərçənglər", Sergey Mixalkov), Dilşad, Nəzakət,
Nurcahan xanım ("Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas
Əfəndiyev), Şamandux ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Tükəz ("Hacı Qara", Mirzə Fətəli
Axundzadə), Paolina, Anna Nikolayevna, karın arvadı ("Kəllə", "İvan İvanoviç var idimi?.." və
"Demoklisin qılıncı", Nazim Hikmət), Xumar və Nina, Südabə ("Şeyx Sənan" və "Səyavuş",
Hüseyn Cavid), Ayişə ("Şikayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Rəxşəndə ("Kişilər",
Altay Məmmədov), Xanım Piçem ("Üç qəpiklik opera", Bertolt Brext), Məhsəti xanım ("Nizami",
Mehdi Hüseyn), Həkim ("Göz həkimi", İslam Səfərli), kleya ("Tü1kü və üzüm", Gilerma
Fiqeyredu), Anacan, Xeyransa ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə), Tamara Timofeyevna
("Sabahın xeyir!", Viktor Rozov), Miss Petris ("Sarı Əlcək", Əfqan), Dayə ("Aldanınış adaxlı",
Riçard Şeridan), Mariya İqnatyevna ("Təbilçi qız", Anatoli Salınski), Cəvahir ("Cinli",
Aleksandr Şirvanzadə), Zann ("Bura gəlin", Əziz Nesin), Gülər ("Almazın qızları",
Səttar Axundov), Olqa Nikolayevna ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov),
Kesariya ("Araba hələ aşmayıb", İoseliani), Gülbacı ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Həcər
xanım ("Yad qızı", Orxan Kamal), Dayə ("Medeya", Evripid), Sevinc ("Sənsiz", Şıxəli Qurbanov),
Zülxəbirə ("Aygül diyarı", Mustay Kərim), Mehri xanım ("Bəxtsiz cavan", Əbdürrəhim bəy
Haqverdiyev), Bufetçi qadın ("Qatarlar səhər gedir", Raymond kauqvern), Nərminənin anası
("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Zaxarovna ("Qoca", Maksim Qorki), Hersoqinya
("111 Riçard", Vilyam Şenspir), Zərnigar ("Dəli Kür", İsmayıl Şıxlı), Nazxanım ("Boş banlar",
Əhməd İsayev).
Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olmuş Rəmziyyə Osman qızı
Veysəlova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 20 may 1958-ci ildə
xalq artisti fəxri adları ilə təltif edilib.
Aktrisa 23 avqust 1993-cü ildə Gəncə şəhərində vəfat edib və Bağbanlardakı Fəxri
xiyabanda dəfn olunub.
Dostları ilə paylaş: