Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SÜSƏN MƏCİDOVA (1916 - 24.6.1985)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə409/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   405   406   407   408   409   410   411   412   ...   470
SÜSƏN MƏCİDOVA (1916 - 24.6.1985) 

 

Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri 



vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. 

Çılğın ehtiraslı  və qroteskii rollarda məharəti daha parlaq şəkildə  səhnə  təcəssümü tapırdı. 

Bəzi afişa və proqramlar-da aktrisanın adı "Susanna" kimi də yazılıb. 

Süsən Hacı Aslan qızı Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. 

Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində  çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında 

kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil 

olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü il-də Azərbaycan 

Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 

Teatrda yüzdən çox rol oynayan aktrisamn daha çox uğur qazandığı  əsas səhnə obrazları 

bunlardır: Yetər ("Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov), Nərgiz ("Nərgiz", Mirmehdi Seyidzadə), 

Javklina, Zerbinetta ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Arabella Qlenervan 

("Kapitan Qrantın uşaqları", Jül Vern), Qaraca qız, İfritə, Badam ("Qaraca qız", "Vətən" və "Xasay", 

Abdulla  Şaiq), Sevgül ("Azad", Əyyub Abbasov), Anacan ("Anacan", Yusif Əzimzadə), Nabat 

("Tamahkar", Süleyman Sani Axundov), Şərəbanı ("Yaşar", Cəfər Cabbarlı), Səkinə xala ("Keçən 

ilin son gecəsi", Anar), Sərvinaz ("Aqil və  Sərvinaz",  Əyyub Abbasov), Dayə ("Romeo və 

Cülyetta", Vilyam Şekspir), Yuliya ("Ovod", Etil Voyniç), Məhəbbət ("Dağ seli", Əfqan Əsgərov), 

Nabat ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Şaban nənə ("Danabaş kəndinin məktəbi", Cəlil 

Məmmədquluzadə), Faina ("Qastello", İsidor  Ştok), Ana ("Rübailər aləmində", Məmmədhüseyn 

Təhmasib), Balaca ataman ("Qarlar Kraliçası", Yevgeni Şvarts), Sənubər ("İmtahan", Həsən 

Seyidbəyli), Həlimə ("Etibar", Rauf  İsmayılov). 

Süsən Məcidova 24 iyun 1985-ci ildə Bakıda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   405   406   407   408   409   410   411   412   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin