Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli
Abbasmirzə Şərifzadədir. O, 9 mart 1891-ci ildə Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya
köçüb. Atası Mirzə Rəsul Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub.
İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar
(yəni rus-tünc) məktəbinə daxil olub. Üç il burada oxuyan Şərifzadə bir ildən sonra Üçüncü
Aleksandr adına kişi gimnaziyasma qəbul edilib. Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam
etdirməyə imkan verməyib. Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticari işlərdə məşğulluğa
başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları
kimi, Abbasmirzəni də məftun edib. Get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan
gənc 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin "Zorən təbib"
komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. Bununla taleyini ömürlük səhnəyə bağlayan
Şərifzadə "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi
fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı
1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar Azərbaycan Artistlər İttifaqı
yaradıb və özü də onun sədri olub. İttifaqda lkiilik aktyorluq kursu yaraddmışdı ki, bu da ilk milli
səhnə təhsilimizin qaranquşu sayılır.
İttifaqın əsas idarə heyəti "İsmailiyyə" binasında yerləşirdi və onların hazırladıqları
tamaşaların əksəriyyəti də məhz orada göstərilirdi. 1918-ci ilin mart hadisələrində erməni daşnakları
Bakını tarmar edəndə "İsmailiyyə" binasını da yandırdılar və İttifaq dağıldı. Məcburiyyət qarşısında
qalan Şərifzadə Bakını tərk edib Volqa çayı boyunca uzunmüddətli qastrola çıxdı. Həmin ilin
payızında Baraya döndü. 1919-cu ildə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının
müdiriyyəti" dram və opera truppasında baş rejissor işlədi. 1920-ci ilin iyununda Bakıdakı bütün
teatr dəstələri bir truppada cəmləşərək Birləşmiş Dövlət Teatrosu yaradıldı. Buraya rus, gürcü və
digər dillərdə fəaliyyət göstərən, o cümlədən bugünkü Akademik Milli Dram Teatrı daxil idi. Milli
teatr 1922-ci ildə ayrılıb müstəqil oldu. 1924-cü ilədək Şərifzadə bir neçə dəfə Akademik teatra baş
rejissor təyin edildi.
Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında (1932)
və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor,
əsasən aktyor yaradıcılığı tiiavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa
məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914),
Aşqabadda (1917), Hacıtərxanda (1918), dəfələrlə Tiflisdə, Batumda, İrəvanda... qastrollarda
olublar.
Səssiz kino dövründə "Bayquş" filmində Xan roluna çəkilmiş Şərifzadə "Bismillah" (1925),
"Hacı Qara" (1929), "Məhəbbət oyunu" (1934) bədii və "Azərbaycana səyahət" (1926) sənədli
filmlərinə rejissorluq edib. Bakı Teatr Məktəbində aktyor sənətindən dərs deyib. Azərbaycan
respublikasının əməkdar artisti (19 dekabr 1928) və xalq artisti (1 fevral 1936) fəxri adlarına layiq
görülmüş Abbasmirzə Şərifzadə 1938-ci ilin martında "xalq düşməni" damğası ilə tutulub.
Şəxsiyyətə pərəstiş dövrünün qurbanı olan sənətkarın güllələnmə ili və günü dəqiq bilinmədiyinə
görə bir müddət onun ölümü martdan götürülüb. Bəzi mənbələrdə bu tarix 1943-cü ildir.
Əslində Abbasmirzə Şərifzadə 16 noyabr 1938-ci ildə güllələnib. Əllinci illərdə ölümündən
sonra bəraət almış sənətkara 1963-cü ildə təntənəli şəkildə 70 illik yubiley keçirilib. Onun adına
Bakıda küçə var. Vaxtilə özü sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbasmirzə
Şərifzadənin adını daşıyır.
Aktyorun mənim verdiyim olum və ölüm tarixi tam dəqiqləşdirilib.
Aktyorun oynadığı rolları beş qismə bölmək olar: faciə rolları, romantik qəhrəmanlıq
obrazları, dramatik psixoloji surətlər, komediya personajları, opera partiyaları.
Ən parlaq qələbələr qazandığı ifaları faciə rolları olub. Cəfər Cabbarlının əsərlərində Aydın
("Aydın"), Oqtay ("Oqtay Eloğlu"), Elxan ("Od gəlini"), Hüseyn Cavidin faciələrində İblis ("İblis"),
Şeyda ("Şeyda"), Cəlal ("Uçurum"), Knyaz ("Knyaz"), Səyavuş ("Səyavuş"), Vilyam Şekspirin
eyniadlı pyeslərində Hamlet, Otello, Maqbet, həmçinin Nadir şah, ("Nadir şah", Nəriman
Nərimanov), Qurban, Nəcəf bəy, Qacar ("Pəri cadu", "Dağılan tifaq" və "Ağa Məhəmməd şah
Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov).
Ferdinand, Karl ("Məkr və məhəbbət" və "Qaçaqlar", Fridrix Şiller), Seyran ("Namus", Aleksandr
Şirvanzadə), Buridan ("Qanlı qala", Aleksandr Düma), Ənvər bəy ("Sultan Əbdülhəmidin xəli", Rza
Zaki Lətifbəyov), Səid bəy ("Zülmün səmərəsi", Səkinə Axundzadə), Xosrov ("Qara bəla", Namiq
Kamal), Barxlay de Tolli ("1812-ci il və ya Moskva yanğını", Baxmetov), Uriel Akosta ("Uriel
Akosta", Karl Qutskov) rolları faciə bölumünün ən parlaq nümünələridir.
Dostları ilə paylaş: