Azərbaycan teatrının ilk milli aktrisalarından olan, opera və dram tamaşalarında əksər
doğulub. Anası Əzizə Məmmədova da səhnəmizin ilk peşəkar aktrisalarındandır. Babası
musiqiyə ciddi maraq oyadıb. Onun özünün də məlahətli səsi olub.
Sona xanım bir yaşında olanda atası vəfat edib. Babası xanəndə Əbdübağı Zülalovun
himayəsində yaşayan Əzizə xanım və qızı Sona 1916-cı ildə Tiflisə köçüblər. Az sonra Tiflisdən
yaşlı Sona Hacıyevanın özü Əli Bayramov klubunda dram dərnəyinə üzv olublar. 1921-ci ildə Bakı
Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda Sona Hacıyeva teatra aktrisa dəvət edilib.
Aktrisa iki ilə yaxın bu teatrda işləyib. Sonralar arada yenə teatrın müxtəlif tamaşalarında oynayıb.
Sona Hacıyeva 1923-cü ildə Milli Dram Teatrının kollektivinə daxil olub. 1979-cu ilədək,
yəni ömrünün sonuna qədər (arada qısa fasilələrlə) bu sənət ocağında işləyib. 1925-ci ilin payızına
kimi opera tamaşaları Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanırdı. Milli teatrda ilk rolu
Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" faciəsində Səlimə olan Sona Hacıyeva Üzeyir bəy
Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib"
operalarında Leylinin, Əslinin, Şahsənəmin partiyalarını ifa edib, "Arşın mal alan" operettasında
Asyanın rolunu oynayıb.
Yaradıcılığı dram tamaşalarında formalaşan aktrisa milli dramaturqlarımızın əsərlərinin
tamaşalarında Solmaz, (Gülüş və Sevil, Yaqut, Sevər, Sona, Gülsabah ("Od gəlini" "Sevil","Yaşar",
"Oqtay Eloğlu", "1905-ci ildə" və "Dönüş", Cəffər Cabbarlı), Zinyət, Sünbül ("Toy" və "Aydınlıq",
Sabit Rəhman), Səadət ("Bahar suları", İlyas Əfəndiyev), Sona ("Hacı Qara", Mirzə Fətəli
Axundzadə), Xumar, Lena, Çin qızı ("Şeyx Sənan", "Knyaz" və "Səyavuş", Hüseyn Cavid), Nazh
("Ölülər", Cəlil Məmmədquluzadə), Sona, Sayad ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Gülnar, Mehriban ("Vaqif" və
"Xanlar", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Gülcamal ("Qatır Məmməd", Zeynal
Xəlil) rollarını ifa edib.
Tərcümə əsərlərinin tamaşalarındakı əsas rollarının yığcam siyahısını belə ümumiləşdirmək
olar: Vilyam Şekspirin "Hamlet", "Otello" və "Romeo və Cülyetta" faciələrində Ofeliya,
Dezdemona və Cülyetta, "On ikinci gecə" komediyasında Mariya, Aleksandr Ostrovskinin "Tufan"
və "Cehizsiz qız" dramlarında Varvara və Qalçixa, Maksim Qorkinin "Həyatın dibində" və "Vassa
Jeleznova" pyeslərinin tamaşalarında Anna, Nikolay Qoqolun "Müfəttiş"ində Mariya Antonovna,
Pyer Bomarşenin "Fiqaronun toyu"nda Fanşetta, Jan Batist Molyerin "Skapenin mələkləri"ndə
Zerbinetta, Fridrix Şillerin "Məkr və məhəbbət"ində Luiza, Jül Vernin "Kapitan Qrantın
uşaqları"nda Meri, Vasili Şkvarkinin "Özgə uşağı"nda Manya, Aleksandr Korneyçukun "Polad
Qartal"ında Nərgiz, Lev Şeynin və Tur qardaşlarının "Gizli döyüş"ündə Osenina, Aleksandr
Şirvanzadənin "Namus"unda Süsən və sairə.
Sona Hacıyeva "Sevimli mahnı", "Qızmar günəş altında", "Səhər", "O olmasın, bu olsun",
"Bəxtiyar" bədii filmlərində epizod rollara çəkilib. O, 24 aprel 1933-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Sona Hacıyeva 4 dekabr 1979-cu ildə Bakıda vəfat edib. Teatr tariximizə cığırdaşlar
cərgəsində daxil olmuş Sona Hacıyeva neçə-neçə gəncin aktrisalıq sənətini seçMəsmə səbəb olub.
Onun yaradıcılığı təbiiliyi, sadəliyi, enerji mütəhərrikliyi, ən əsası isə milli koloriti ilə səhnəmizə
təzə ab-hava, tamaşaların ruhuna xoş iqlim və ovqat gətirib.
Dostları ilə paylaş: