Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


FATMA QƏDRİ (14.4.1907-29.2.1968)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə145/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   470
 

FATMA QƏDRİ (14.4.1907-29.2.1968) 

 

Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan, yüksək səhnə mədəniyyəti örnək sayılan, 



zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterlərin misilsiz ifaçısı Fatma xanım Qədir 

qızı 14 aprel 1907-ci ildə Qədri Rusiyanın Odessa şəhərində doğulub. Rusca təhsil alıb və yeniyetmə 

yaşlarında ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Həmçinin 

Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb (1923-1926). Bakı Türk İşçi 

Teatrının məktub-tələbnaməsinə əsasən həmin kollektivə təyinat alıb. 

1933-ci ilin yanvarında Türk İşçi Teatrı ədalətsiz qərarla Gəncə şəhərinə köçürülüb. Fatma 

Qədri bir müddət burada ışləyib və 1935-ci ilin yayında onu Milli Dram Teatrına dəvət ediblər. 

Həmin ilin payızından Fatma Qədri ömrünün sonunadək bu kollektivdə işləyib. Klassik və çağdaş 

milli dramaturgiya nümunələrində yaratdığı obrazlar onun yaradıcılığında necə layiqli yer tutursa

tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri bir o qədər dəyərlidir. 

Aktrisa Səməd Vurğunun "Vaqif" (Xuraman), "Fərhad və Şirin" (Şirin və Məryəm), "İnsan" 

(Amaliya),  Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Hafizə), "Köhnə dudman" (Baş  hərəm), 

Cəfər Cabbarlının "Od gəlini" (Solmaz), "Aydın" (Gültəkin), Mirzə Fətəli Axundzadənin "Lənkəran 

xanının vəziri" (Şölə xanım), Sabit Rəhmanın "Xoşbəxtlər" (Reyhan), Mirzə İbrahimovun "Kəndçi 

qızı" (Reyhan xanım), "Məhəbbət" (Məhəbbət), Mehdi Hüseynin "Cavanşir" (Zübeydə xatun), 

Abdulla  Şaiqin "Nüşabə" (Nüşabə), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Vilyam Şekspirin 

"Otello" (Emiliya), "Romeo və Cülyetta" (Cülyetta), "Kral Lir" (Reqana), Fridrix Şillerin "Orlean 

qızı" (İzabella), "Məkr və məhəbbət" (Luiza), Aleksandr Ostrovskinin "Tufan" (Katerina), "Cehizsiz 

qız" (Larisa), Aleksandr Puşkinin "Dubrovski" (Maşa), Mixail Lermontovun "İki qardaş" (Vera 

Liqovskaya), Tsao Yuyun "Tayfun" ("Tufan". Lu Şi Pin), Lev Şeyninin "Gizli döyüş" ("Təkbətək 

döyüş". Osenina), Onore de Balzakin "Ögey ana" (Polina), Aleksandr Şteynin "Şəxsi iş" 

(Aleksandra Xlebnikova), Anatoli Boryanovun "O tayda" (Valya), Viktor Rozovun "Şadlıq 

sorağında" (Ana), Lev Slavinin "İntervensiya" (Janna Berbye), Pyer Bomarşenin "Fiqaronun toyu" 

(Suzanna), Arno D'Nyusso və Ceyms Qounun "Dərin köklər" (Alisa Lenqdon), Maksim Qorkinin 

"Vassa Jeleznova" (Raşel), Yuri Yanovskinin "Prokurorun qızı" (kira Karlovna), Boris Çirskovun 

"Qaliblər" (Liza), Lope de Veqanın "Rəqs müəllimi" (Felisiana) dramlarının quruluşlarında iştirak 

edib. 

Fatma xanım 1933-cü ildə Gəncədən Bakıya qayıtdıqdan sonra teatr texnikumunda, 1946-cı 



ildən isə teatr institutunda aktyor sənətindən dərs deyib. Pedaqoji fəaliyyəti dövründə onun rəhbərlik 

etdiyi sinifləri onlarca istedadlı gənc bitirib. 

Fatma Qədri öz oyununda emosionallığı, ləyaqətli səhnə ədəb-ərkanı, xanımyana davranışı, 

kübar görkəmi, ifadə vasitələrinin "xəsisliyindəki" dəqiqliyi, fikir dərinliyi, xarakter tapıntılarının 

təravəti və gözəlliyi ilə seçilirdi. Rus və Avropa xalqlarının mədəniyyətini dərindən bildiyinə görə 

müxtəlif  əsrlərdə baş vermiş hadisələri tərənnüm edən tamaşalarda dövrün həm kübar, həm aşağı 




təbəqə davranış qaydalarına böyük məharətlə, yüksək estetik gözəlliklə nail ola bilirdi. Obrazların 

ifasında psixoloji rəngarəngliyə, emosional cazibədarlığa can atır, pauzaları  məharətlə oynayır, 

səsinin dramatik ölçülərini həssaslıqla tənzimləyirdi. Daxili enerjisini və aktyor ehtirasını obrazın 

dramatik daxili inkişaf xəttinin xarakterinə əsasən qururdu. Bununla da onun ifasında ən romantik 

obraz da real, təbii, çağdaş qəhrəman təsiri bağışlayırdı. 

Fatma Qədri aktyorluq nailiyyətlərinə görə 1 fevral 1936-cı ildə Azərbaycan Respublikasının 

əməkdar artisti, 17 iyun 1943-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 

Ömrünün sonuna qədər səhnədən ayrılmayan aktrisa 29 fevral 1968-ci ildə Bakıda vəfat 

edib. Fəxri xiyabanda dəfn olunub. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin