Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MÜRSƏL BƏDİROV (27.10.1931-26.2.2003)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə302/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   298   299   300   301   302   303   304   305   ...   470
MÜRSƏL BƏDİROV (27.10.1931-26.2.2003) 

 

Gözəl, gur və  məlahətli bariton səsi, yaraşıqlı  səhnə görkəmli olub. Mürsəl Tağı  oğlu 



Bədirov Dağıstanda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət konservatoriyasının vokal şöbəsinə 

daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizod rollar oynayıb. 1956-cı ildə təhsilini başa vurub 

və Opera və Balet Teatrına solist götürülüb. 

Mürsəl Bədirov teatrda işlədiyi illərdə xeyli tamaşada oynayıb. Onun Jorj Bizenin "Karmen" 

(Eskamilo və Morales), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puç-çininin 

"Toska" (Sezar Anjelotti), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" 

(Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsamn taleyi" (Andrey SOkoIOV), 

Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər), milli 

bəstəkarlarımızdan Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm 

bəy Maqomayevin "Şah  İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və  Həcir), 

Fikrət  Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun 

"Bahadır və Sona" (Soltan) operalarında ifa etdiyi partiyalar uğurlu sənət nailiyyətləridir. 

Səhnə  sənətində  və vokalçı kimi qazandığı  uğurlara görə Mürsəl Bədirov 29 iyun 1964-cü 

ildə Azərbaycan Respublikasının əməkdar artisti və 29 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə 

təltif olunub. 26 fevral 2003-cü ildə Bakıda vəfat edib. 

 

*  *  * 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin