Təhlükəylə üz üzə Bismillahir Rəhmanir Rəhim



Yüklə 103,5 Kb.
tarix06.09.2017
ölçüsü103,5 Kb.
#29046
Təhlükəylə üz - üzə

Bismillahir Rəhmanir Rəhim
Əfsuslar olsun ki, xalqımız hələ də sovet imperiyasının vurduğu mənəvi zərbələrdən qurtula bilmir və üzümüzə yeni-yeni təhlükə qapıları açılır. Mənəviyyatımıza dəyən zərbədən sonra bu sahədə yaranan boşluq yetərincə və layiqincə doldurulmadığından hal-hazırda bizi böyük bir təhlükə qarşısında qoyub. Xalqımızın dini bilgilərdən xəbərsizliyi və mənəviyyata olan susuzluğu batil din, məzhəb və ideoloji məktəblərin bizi hədəf qərar vermələri ilə nəticələnib. Bu işdə xalqın mənəviyyatına laqeyd yanaşan bəzi sapı özümüzdən olan baltaların da rolu böyükdür. Bəli, yəqin ki, aydın oldu, söhbət vəhhabilərdən gedir. Əlbəttə, bu gün onlar özlərini ''sələf'' və ya ''müslüm'' adlandırırlar. Lakin adlarını ''əshab'' da qoysalar belə, yenə də həmin batil əqidənin və terrorizmlə məşhur və məşğul olan firqənin davamçılarıdırlar. Onların adlarının dəyişilməsi əqidə və əməllərinin dəyişilməsindən xəbər vermir. Özünə ''sələf'', ''müslüm'' adı qoyanlar azğın əqidə, pozğun əməl sahibləri olan - İbn Teymiyyə və Məhəmməd ibn Əbdülvəhhabın ardıcıllarıdır.

İDDİALARI CÜCƏRDƏN MÜNBİTLİK

Vəhhabilik 18-ci əsrin ikinci yarısında Osmanlı xəlifəsi 3-cü Sultan Səlimxanın dövründə meydana gəlmişdir. İngiltərənin xüsusi xidmətləriylə yaranan bu məzhəbin banisi öz azğın inanclarıyla müsəlmanlar arasında xüsusi təfriqə salmaqla məşğul və məşhur olan Ərəbistan yarımadasının Nəcd vilayətində Hənbəli məzhəbli ruhani ailəsində dünyaya gələn azğın fikirli Məhəmməd ibn Əbdülvahhabdır.

Hələ gənc yaşlarından müsəlman əqidəsinə qarşı çıxan, müsəlmanları müşrik adlandıran, az bir müddət öz əqidəsini gizli saxlayandan sonra aşkar edən bu şəxs, sonralar Nəcdi tərk edib Suriya, İraq və İranda yaşamışdır. Elə həmin vaxtlarda da, ingilis casusuna rast gəlib. Elə o zamandan da bir-birinə kömək edib bu batil əqidə və əməl məzhəbini yaratmağa başlayıblar. Öz atası və qardaşı onun azğın fikirlərinin əleyhinə çıxır. Qardaşı Şeyx Süleyman ibn Əbdülvəhhab özü Məhəmməd ibn Əbdülvəhhabın fikirlərinin əleyhinə ''Əs-Səvaiq əl-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə'' adlı kitab yazır. Lakin Məhəmmədin özü kimi pozğun əqidəli insanlardan olan şeytanlar onu dəstəkləyirlər və etirazlara baxmayaraq bu batil məzhəbi yaradırlar.

Qeyd etmək lazımdır ki, vəhhabiliyin zühur edib meydana gəlməsi Osmanlı İmperatorluğunun daxili və xarici çəkişmələrlə başının qarışdığı bir dövrə təsadüf edir. Ərəbistan yarımadası da bu imreratorluğun ərazisinə daxil idi. İlkin çağlarda vəhhabilik Ərəbistan yarımadasının ərəb qəbilələri arasında özünə az sayda tərəfdar tapsa da, qeyri-ərəb xəlifələrinin idarə etdiyi Osmanlı İmperatorluğunun əleyhinə ən yaxşı vasitə ola biləcək bu cərəyan getdikcə ərəb qəbilələri arasında özünə yer almağa başlayır. Beləliklə ingilislər bu məzhəbi yaratmaqla müsəlman və özlərinə düşmən olan Osmanlı İmperatorluğuna qarşı bir hərəkat yaratmış olur. Həmçinin müsəlmanlar arasında ixtilaf yaratmağa da, nail olurlar. Bundan əlavə Məhəmməd ibn Əbdülvahhabın azğın və qeyri-islami fikirləri İslam dəyərləri kimi meydana gəlir, bu ideyada olan çirkinliklər dünya xalqlarının müsəlmanlara nifrət etməsinə səbəb olur, bu da, İslam düşmənlərinin çoxdankı istəyi idi. Ərəblər üçün isə bu məzhəbin yaranmasının əlverişli tərəfi bundan ibarət idi ki, qeyri-ərəb rəhbərliyə qarşı bir hərəkatın başlanğıcı qoyulurdu. Qeyri-ərəblərin sahib olduğu imperatorluğun əlindən onları qurtara biləcək bir hərəkatın yaranması isə onların çoxdankı arzusu idi. Məhəmməd ibn Əbdülvahhab üçün isə imansızlığı və cahilliyi nəticəsində haqq sandığı azğın fikirlərinin həyata keçməsi üçün bir şans idi bu məzhəbin yaranması. Bütün bu səbəblər bu qeyri-islami məzhəbin yaranmasına gətirib çıxardı.



DİNİ ƏQİDƏ, YOXSA SİYASİ VASİTƏ

Qeyri-ərəb sultanlarının xilafətinə qarşı mübarizə meyllərinin gücləndiyi bir dövrdə Osmanlıların mövqelərinin zəifləməsindən istifadə edən bəzi ərəb qəbilə başçıları vəhhabiliyə üz tutaraq öz siyasi mövqelərini möhkəmləndirməyə çalışırlar. Belə demək mümkündür ki, İngiltərənin Osmanlı imperiyasını daxildən dağıtmaq məqsədilə Şərq ölkələrinə göndərdiyi casusu ilə Məhəmməd ibn Əbdül-vəhhabın birgə fəaliyyəti vəhhabiliyin təməlini qoydu. Başqa sözlə desək, İngiltərənin Osmanlı imperiyasını daxildən dağıtmaq, müsəlmanların güc mərkəzi olan din birliyini məhv etmək siyasəti ilə Məhəmməd ibn Əbdül-vəhhabın dində azğın fikirlərinin qanunsuz izdivacından ''Vəhhabilik'' adlı qanunsuz övlad dünyaya gəlmişdir. Əlbəttə bu təriqətin formalaşmasında daxili qüvvələrin də böyük rolu olmuşdur. Əbdül-vəhhaba kömək edən daxili qüvvələr arasında nüfuzlu şəxslər də tapılırdı. Belə ki, Səudiyyə Ərəbistanı Krallığında hakimiyyətdə olan monarx qəbiləsi ali Səudun əcdadları Məhəmməd ibn Səud, oğlu Əbdül-Əziz ibn Məhəmməd, nəvəsi Səud ibn Əbdül-əziz və onların nəsli bu əqidənin yayılması və möhkəmlənməsində səbəbkar olur. Ali Səud qəbiləsinin vəhhabiliyin formalaşması, möhkəmlənməsi və yayılmasında xüsusi xidmətləri var.

Məhəmməd ibn Əbdül-vəhhab əd-Dəriə şəhərinin nüfuzlu şəxsləri ilə, o cümlədən həmin şəhərin valisi Ali Səud qəbiləsinin başçısı Məhəmməd ibn Səudla da sıx əlaqə qurur. O da öz siyasi hakimiyyətini genişləndirmək məqsədilə Məhəmməd ibn Əbdül-vəhhabla ittifaqa qirir, vəhhabiliyi qəbul edir və onu hər cür silah-sursatla təmin edir. Məhəmməd ibn Əbdül-vəhhab 1723-cü ildən öz əqidəsini qeniş şəkildə yaymağa başlayir. Bəli, o vaxtdan ''Vəhhabilik'' terrorçu damğasını öz əli ilə alnına vurur. O, bütün müsəlmanların altı yüz ildən bəri İslam və təkallahlıqdan çıxıb müşrik olduğunu iddia edir.

TARİX QƏTLİAMA ŞAHİDLİK EDİR

İbn Əbdül-vəhhab Qurani-Kərimdə müşriklərə xas olan ayələri müsəlmanları aid edir, ilahi kəlmələri öz şəxsi rəyinə əsasən səhv təfsir verir, vəhhabilərdən başqa bütün müsəlmanları kafir, müşrik və nəcis elan edir. Ən böyük nəcasət Məhəmməd ibn Əbdül-vəhhabın özü və ardıcılları olduqları halda öz adlarını başqalarına qoyurlar. Xalqımızın yaddaşında belələrinə aid gözəl atalar misalları var.

Artıq siyasi-ideoloji-hərbi qurum kimi formalaşmış vəhhabilik digər müsəlmanlara qarşı cihad elan edir. Onlar Məkkə, Mədinə, Nəcəf, Kərbəla və Taif şəhərlərinə basqın edirlər. Heç kəsə rəhm göstərilmədən bu şəhərlərin günahsız, müsəlman əhalisinin qanını tökürlər. Onlar yerlərdə öz mövqelərini möhkəmləndirmək və Osmanlı qüvvələrini Ərəbistandan qovub çıxarmağa səy göstərirlər. Bununla da onlar Ərəbistan yarımadasının müəyyən bir hissəsində öz siyası hakimiyyətini qurmağa nail olurlar. 1765-ci ildə Ali-Səud qəbiləsinin başçısı və vəhhabilərin nəzarəti altında olan ərazilərin əmiri Məhəmməd ibn Səud Nəcddə 30 il hökmranlıq etdikdən sonra vəfat edir. Oğlu Əbdül-əziz onun yerinə taxtda oturur. Bir müddət sonra isə vəhhabilərlə mübarizə aparan müsəlmanlar tərəfindən qətlə yetirilir. Onun yerinə oğlu Səud ibn Əbdül-əziz hakimiyyətə gəlir. Səud tarixdə məşhur vəhhabi əmirlərindən biri kimi tanınır. O, bir müddət Məhəmməd ibn Əbdül-vəhhabdan dərs alır və bütövlükdə onun əqidəsini mənimsəyir. Ondan sonra hakimiyyətə oğlu Abdullah ibn Səud qəlir və 1801-ci ildə vəhhabilər onun başçılığı ilə İraqa soxulurlar. Onlar Yezid ibn Müaviyənin törətdiyi cinayəti təkrar edirlər. Bu dəfə hədəf təkcə İmam Hüseyn(ə) və əshabları deyil, o Həzrətin müqəddəs məzarı və ona inananlar olur. Vəhhabilər Kərbəla şəhərini mühasirəyə alır, basqın edir, yerli camaata divan tutur, yüzlərlə günahsız insanı qətlə yetirir, Peyğəmbərimizin nəvəsi İmam Hüseyn(ə)-ın ziyarətgahını dağıdır, qiymətli əşyaları oğurlayırlar, müsəlmanlarla müşrik kimi rəftar edirlər. Əsl müşrikin kim olduğu isə göz qabağındadır. Necə deyərlər: ''Görünən kəndə nə bələdçi?!'' Bu gün vəhhabilərin Yezid, Müaviyə haqqında olan yumşaq mövqelərini başa düşmək olar. Çünki tarixdə Yezid, Müaviyə və sair bu kimi üzdə müsəlman, həqiqətdə isə dinsiz olanların törətdiyi cinayətləri yalnız vəhhabilər təkrarlamışlar.

1807-ci ildə vəhhabilər Məkkə və Mədinə şəhərini mühasirəyə alırlar, bunun nəticəsində üç il heç kim Həccə - Allah evinin ziyarətinə gedə bilmir. Bundan üç il sonra vəhhabilər Suriyaya hücum edirlər. Onlar kişiləri və kiçik yaşlı uşaqları qətlə yetirirlər, qadınları isə əsir alırlar. İslam qanunlarına əsasən heç kafirlər, müşriklərlə də belə rəftar etmək olmaz. Vəhhabilərin tarix boyu törətdikləri cinayətlər bundan çoxdur, biz burada hamısını qeyd etmirik.

1924-cü ildə vəhhabilər bugünkü Səudiyyə kralı Fəhdin atası Əbdül-əziz ibn Səudun başçılığı ilə Məkkə şəhərini işğal edirlər. Sonra Mədinə şəhərini də ələ keçirirlər. Orada Bəqi qəbristanlığındakı Peyğəmbər(s)-ın ailəsinin, nəvələrinin və səhabələrinin qəbirlərini dağıdırlar. Qeyd olunduğu kimi Səud qəbiləsinin də, bu məzhəbin inkşaf etməsində rolu böyük olmuşdur. Hal-hazırda da, Səudiyyə Ərəbistanında hakimiyyətdə olanlar vəhhabi əqidəli insanlardır və rəsmi olaraq vəhhabilik yalnız bu olkədədir.

Əqidələrinin haqq olmasına heç bir əsasları olmadığı halda zahirdə özlərinin də qəbul etdikləri İslam dininin heç bir qayda-qanunlarına sığmayan bir formada öz əqidələrini yayanlar özlərindən başqa heç kəsi müsəlman bilmirlər. Onların bu hərəkətləri terrorist bir qurum olduqlarını aşkarlayır. Onlar bu günə qədər də həmin metoddan istifadə edirlər. Vəhhabi əqidəli insanlar olan Əfqanıstandakı ''taliblər'', “Əl-Qaidə’’ təşkilatı buna açıq-aşkar bir sübutdur. Bunu da qeyd etmək zəruridir ki, vəhhabilər radikal və liberal bölgülərə bölünmürlər. Ən azı bu fikir onların özləri tərəfindən qəbul olunmur. Bu fikir onların dostlarının vəhhabiləri müdafiə etmək, cinayətlərini ört-basdır etmək məqsədilə söylədiklərindən başqa bir şey deyil.

‘sa;d’s;d’sa;d’sa;

VƏHHABİLİYİN İDEOLOJİ

ƏSASLARI PUÇDUR

Vəhhabilik əqidəsinin ideoloji əsaslarının mənbəyi yeddi əsr öncə yaşamış İbn Teymiyyə adı ilə məşhur olan Əhməd ibn Əbdül-həlim ibn Əbdüs-səlam ibn Teymiyyə Həraninin əsərləri olmuşdur. Odur ki, Vəhhabiliyin yaranmasında ibn Teymiyyənin də azğıın fikirlərinin rolu böyükdür. Vəhhabilər onun əqidəsini qəbul edərək Allah-Təalanın iki əli, barmaqları, ayağı, gözü, qulağı, sifəti və sair üzvlərinin olduğuna inanırlar, bütövlükdə isə Allahı cisim bilirlər. O, hətta Allahın ərşin üstündə oturduğunu və oradan yer üzünə endiyini iddia edir. Bütün İslam alimləri onun bu fikirlərinin İslam dinindən kənar olduğunu bildirmişlər. İbn Teymiyyə öz ''Minhacəs-sünnə'' əsərində Peyğəmbər və imamların qəbirlərinin ziyarət edilməsini haram elan etmişdir. Bu fətva tarixən vəhhabilərin tovhid bayrağı altında mübarizə apardıqları əsas məsələlərdən biridir. Halbuki Peyğəmbər(s) sünnəsində qəbri ziyarət etmək savablı əməllərdən biri hesab olunur. Peyğəmbər(s) özü Bəqi qəbristanlığına dəfələrlə gəlmiş, orada uyuyan şəhidləri ziyarət etmişdir. Vəhhabilər isə bunu şirk və haram sayırlar.

İbn Teymiyyənin belə azğın fikirlərə düşməsi imansızlığından, bəzi hədis və rəvayətləri düzgün başa düşməməsindən, Qurani-Kərimin yalnız zahirinə inanmasından irəlli gəlmişdir. Öz zamanının bütün şiə və sünnü alimləri tərəfindən nə özü, nə də fikirləri qəbul edilməmişdir, o həmişə alimlərin tənqid atəşinə tutulmuşdur.

Belə bir sual meydana çıxır ki, görəsən, bu batil məzhəb niyə onun banisi Məhəmmədin öz adıyla ''Məhəmmədiyyə'' kimi tanıtdırılmayıb, ''Vəhhabiyyə'' adlandırılıb? Bunun səbəbi budur ki, bu məzhəbə tabe olanlar bunu Peyğəmbər(s)-in adı ilə bir növ bağlılıq və şərikliyini duyub bu nisbətdən də, sui-istifadə etməsinlər. Yəni bu adı onlara qeyri-vəhhabilər verib.


VƏHHABİLİK ZƏİF DAYAQLAR

ÜSTÜNDƏ

Əlbəttə vəhhabiliyin yaranma tarixində yəhudilərin də əli olması faktı danılmazdır. Lap əvvəllərdən səudlarla yəhudilərin əlaqələrinin olması da kitablarda fakt olaraq qeyd olunub. Yəhudilərin tarix boyu İslam və müsəlmanlar əleyhinə can-fəşanlıqla çalışmaları, bacardıqları qədər zərbə vurmaq istəkləri vəhhabiliyin yaranmasında da öz yerini tapmışdır. Səudlarla köklü qohumluq əlaqələri olan yəhudilər, İslamda böyuk təfriqə sala biləcək bu firqənin yaranmasına yardım etmişlər, Səudları təhrik edən də məhz onlar olmuşlar.

Vəhhabiliyin bir ideoloji cərəyan kimi formalaşmasında Peyğəmbər(s)-in vəfatından bir neçə əsr sonra yazılmış kitablar (sünnələr) çox təsirli rola malik olmuşdur. Xüsusilə hədisçi Buxarinin və hədisçi Müslimin səhih əsərləri (''Səhih-Müslim'', ''Səhih-Buxari'') vəhhabilərin Qurani-Kərim dərəcəsində istinad etdikləri mənbə hesab edilir. İndi gətirəcəyimiz iki hədis həqiqəti bir az da aydınlaşdıracaq. Məlumdur ki, vəhhabilik Nəcd vilayətində meydana gəlib. Məhəmməd ibn Əbdül-Vəhhab da oralıdır. Səhih-Buxari, Fitən kitabı, fəsil-16, hədis-7094-də İbn Ömərdən belə rəvayət olunur ki, bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah! Şamı Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: ''Ya Rəsuləllah! Nəcdi dua et.'' Peyğəmbər(s) yenə üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı Yəməni bizim üçün bərəkətli et!''). Yenə dedilər: ''Ya Rəsuləllah! Nəcdi dua et .'' Peyğəmbər(s) yenə üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı Yəməni bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O Həzrət(s) cavab verdi: ''Nəcd zəlzələlər, fitnələr şeytanın çıxacağı yerdir.''

Nəcdin tarixində vəhhabiliyin orada yaranmasından başqa bir yadda qalan hadisə yoxdur. Həqitətən də İslam Peyğəmbəri(s) doğru buyurmuşdur ki, pozğun fikirlər, azğın əqidələr, dinindən dönənlər, şeytana uyanlar və İbn Əbdülvəhhabın simasında şeytan Nəcddən çıxmışdır.



Səhih-Buxari, Tövhid kitabı, fəsil-57, hədis 7562-də isə Xidridən belə rəvayət olunur ki, Peyğəmbər(s) buyurmuşdur: ''Məşriqdən (Şərqdən-gündoğandan) bir qrup insanlar çıxacaq ki, onlar Quranı oxuyacaqlar, ancaq ona əməl etməyəcəklər. Yay kamandan çıxdığı kimi onlar da dindən çıxacaqlar. Yay kamana qayıtmadığı kimi onlar da dinə qayıtmayacaqlar.'' Soruşdular: ''Ya Rəsuləllah! Onların əlamətləri olacaq?'' O Həzrət(s) cavab verdi: ''Onlar saqqallarını ya qırxarlar, ya saxlayarlar (uzadarlar).'' Biz bunun misalını gözümüzlə gördük, özünü nə sünnü, nə də şiə adlandıranlar uzun saqqal saxlayırdılar, bir müddət bundan əvvəl onlar saqqallarını qırxdılar. Hal-hazırda bizim ''müslim''-lər ya saqqallıdırlar, ya saqqalsız. Özlərini hər bir firqəçilikdən kənar, əsl müsəlman kimi tanıtdırmaq istəyənlər əslində ən böyük hərbi-siyasi-ideoloji bir firqənin ardıcıllarıdırlar və özləri də bir firqənin üzvüdürlər. Unutmaq olmaz ki, mötəbər kitablarda qeyd olunan səhih rəvayətlərə əsasən İslam Peyğəmbəri(s) özündən sonra müsəlmanlar arasına ixtilaf düşəcəyini və onların təriqətlərə və məzhəblərə bölünəcəklərini xəbər vermişdi. Lakin o Həzrət(s) qeyd etmişdi ki, bu məsləklərdən yalnız biri haqq olacaq və onun ardınca gedənlər nicat tapacaqlar. Nicat tapan firqə isə sözsüzdür ki, Quran və Peyğəmbər sünnəsinə düzgün əməl edənlərdir, vəhhabilər isə bundan çox-çox uzaqdırlar. Ən düzgün yol isə təriqətçilik ovuna son qoymaq, zorla heç kəsi məzhəbindən döndərməmək, hamının qəbul etdiyi ümumi İslam prinsiplərini rəhbər tutaraq İslam və müsəlmanların düşmənləri müqabilində bir olmaq və sırf elmi-dini araşdırmalara və mübahisələrə üstünlük verməkdir. Xalqın dini savadsızlığından istifadə edib onları aldatmaq, keçmişindən döndərmək, maddi böhran içində yaşayan insanları hər hansı maddiyyatla aldadıb dinindən, məzhəbindən döndərmək ən azı müsəlmanların arasına ixtilaf salmaqdır.
BATİL İDEYANIN TƏRƏFDARLARI
Yuxarıda qeyd olunan rəvayətlər müxtəlif İslam firqələrinin əksəriyyətinin xüsusən də vəhhabilərin qəbul etdikləri mötəbər hədis kitablarındandır. Əlbəttə hal-hazırda əldə olunan məlumata əsasən o kitablara da əl gəzdirib, yeni nəşr elətdirirlər. Belə ki, Əhli-beyt(ə) haqqında öz əqidələrinin ziddinə aid olan rəvayətləri bu kitablardan çıxarırlar. Lakin artıq elm inkişaf edib və bu kitabların elə özləri tərəfindən çap edilən nüsxələri müsəlmanların əlindədir. Biz isə Beyrutda çap olunmuş nüsxələrdən sitat gətirirdik.

Bəli, vəhhabilər bu kitablara söykənərək, orada qeyd olunan bəzi iddiaları rəhbər tutaraq Peyğəmbər(s) dövründə və ondan sonra səhabə və tabein zamanında Ərəbistan yarımadasında mövcud olan ənənələri dini ənənə kimi qəbul edir, orta əsr ərəb mədəniyyəti və məişətini din kimi qələmə verirlər. Vəhhabilik bayrağı altında onlar bu mədəniyyət və adət-ənənələri dirçəltməyə çalışır. İslamın ilkin çağlarında ərəb qəbilələrinə xas olan bir çox xüsusiyyətləri, o cümlədən geyim, məişət qaydalarını Peyğəmbər(s) sünnəsi adlandıraraq dini rəng ilə boyayırlar. Bununla da əslində Allah-Təalanın nazil etdiyi Qurani-Kərimdə mövcud olan gerçək və mütərəqqi dəyərlər kənara atılır, mürtəce ruhlu fundamentalizm və ekstremizm meydana gəlir. Vəhhabilər Quran ayələrini deyil, yeddinci əsrin ərəb mədəniyyətini sünnə və hədislər vasitəsilə dini dəyər kimi ərsəyə çıxarırlar. Onlar doqmatizmə vararaq sol əllə yemək yeməyi, topuqdan aşağı şalvar geyinməyi, qəbir ziyarətini, şəkil çəkdirməyi və daha nələri haram sayır, İslam dinini sönük və mürtəce bir hala gətirib çıxarırlar. Vəhhabilər bu əqidəni qəbul etməyənləri ''rafizinə'', ''müşrik'' adlandırır və onları öldürməyi savab sayırlar, dinimizi vəhşilik kimi bəşəriyyətə təqdim edirlər. Peyğəmbər(s) sünnəsi pərdəsinə bürünmüş, əslində isə ərəb şovinizmi xarakteri daşıyan sələfilik ideologiyası Azərbaycandadır. Tarix boyu İmamzadələr vətəni kimi tanınan Azərbaycan bu gün Vəhhabi təhlükəsi ilə üz-üzə qalıb. Yadellilər Azərbaycanı həmişə Əhli-beytsevərlər məkanı kimi tanıyıblar. Bu gün isə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, xüsusilə paytaxtımız olan Bakıda vəhhabilər məskən salmış, şəhərin mərkəzində qanunsuz – heç bir rəsmi icazə alınmadan ''Əbu Bəkr'' adlı məscid tikdirmiş, bundan əlavə rayonlarda da öz batil əqidələrini yayan məscidlər ucaltmışlar. Bununla da onlar öz batil əqidələri ilə xalqın fikrini zəhərləməklə məşğuldurlar. Həm məscidlərində, həm də bir neçə digər yerdə açdıqları ''Müslim'' dini avadanlıq mağazalarından əsl təbliğat maşını kimi istifadə edir, öz azğın və şovinist fikirlərini yayırlar. Xüsusilə son zamanlarda qaçqın çeçen vəhhabilərinin də onlara qoşulması Azərbaycanı əsl təhlükə qarşısında qoymuşdur. Müsəlman Azərbaycan xalqı Peyğəmbər(s) və onun əhli-beytinə aşiqliyi ilə tanınıb. Bunları nəzərə alsaq görərik ki, vəhhabilik dini təhlükə olmaqla yanaşı, həm də milli təhlükədir. Bu gün xalqımız öz kökünə, ənənələrinə və milli-mənəvi dəyərlərinə tamamilə zidd olan bir ideologiya ilə üz-üzə qalıb. Onlar hər bir qeyri-vəhhabinin qanının tökülməsini, canını, malını halal bilir. Hərçənd hal-hazırda öz əqidələrini hələlik az-az bəyan edirlər, lakin həqiqət və onların tarixi göz qabağındadır. Bu tülkü cildinə girmiş qurdlardan özümüzü qorumalıyıq. Allah bizim hər birimizi bu şeytan torundan qorusun. AMİN!


Namiq Tofiq oğlu Babaxanov


12 13


Yüklə 103,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin