Strasburqda Xocalı ilə bağlı mitinq keçirilib



Yüklə 31 Kb.
tarix06.09.2017
ölçüsü31 Kb.
#29097
Strasburqda Xocalı ilə bağlı mitinq keçirilib
 

Fevralın 25-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Strasburq şəhərinin Kleber meydanında mitinq keçirib.

Mitinqə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev  « Birlik » dərgisinin baş redaktoru İlqar İlkin qatılıb.
Mitinqdə Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatlar ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
600-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bildirilmişdir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olmuşdur.
Qeyd olunmuşdur ki, 26 fevral tarixində azğınlaşmış erməni quldur birləşmələri mənfur sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etmişlər.
Mitinqin sonunda Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətiçilərinin qanlı hərəkətlərini pisləyən, Xocalıya Ədalət Kampaniyasının şüarları istifadə olunmuş, Heydər Əliyev Fondunun və ATXƏM-in hazırladığı bukletlət, disklər Strasburq ictimaiyyətinə paylanmışdır. Mitinqdə eyni zamanda Xocalı soyqırımının tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi ilə bağlı bəyanat oxunmuşdur.

ATXƏM-in



Mətbuat xidməti
Yüklə 31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin