İLK TEATR TRUPPALARI
(1897-1905)
Teatr həvəskarları "Birinci müsəlman truppası"nda birləşəndən sonra müəyyən iş prinsipi
qurmağa, tamaşaları, heç olmasa, ayda iki dəfə, lakin müntəzəm oynamağa çalışırdılar. Həmin
illərdə və iyirmi il sonraki dövrlərdə yay və qış aylarının müəyyən dövrü mövsümün qapanması
kimi qəbul olunmuşdu. Fəaliyyəti "qış mövsümü" və "yay mövsümü" bölgülərinə ayrıldığına görə
truppa müstəqil şəkildə öz tamaşalarını 1897-ci ilin martından göstərməyə başladı. İl ərzində isə
xeyli tamaşa oynanıldı.
Bunların arasında Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", Sultanməcid
Qənizadənin "Dursunəli və ballıbadı" (hər ikisi 1 martda oynanılıb), Mirzə Fətəli Axundzadənin
"Lənkəran xanının vəziri" (9 mart. Rejissor Sultanməcid Qənizadə), Nəriman Nərimanovun
tərcüməsində və rejissorluğunda Nikolay Qoqolun "Müfəttiş" (15 oktyabr və 28 noyabr), Nəriman
Nərimanovun "Nadanlıq" (5 dekabr) komediyalarının tamaşaları xüsusi yer tutub.
Tamaşaların hamısı Tağıyev teatrının binasında göstərilib. Mühüm hadisə kimi "Müfəttiş"
tamaşasının uğurunu xüsusi qeyd etmək lazımdır. Milli teatrımızın tərcümə əsərlərinə müraciətində
bu tamaşanın premyerasının maraqla qarşılanması yüksəlişə doğru əsaslı dönüş yaratdı. Tamaşanın
maraqlı aktyor ansamblı vardı. Əsas rolları Nəriman Nərimanov (Bələdiyyə rəisi), Həbib bəy
Köçərlinski (Osip), Bədəl bəy Bədəlbəyov (Dobçinski), Əbülfət bəy Vəli (Bobçinski) ifa ediblər.
1897-ci ildə Bakıda birinci dəfə "Artistlər ittifaqı" yaradılıb. Üç yüz nəfər üzvü olan ittifaqa
bir neçə nəfər azərbaycanlı səhnə həvəskarı da qəbul olunub. Hər fərd üçün üzvlük haqqı 6 manat
təyin edilib.
Sultanməcid Qənizadənin şagirdləri Hüseyn Xələfov (Ərəblinski) və Mirmahmud
Kazımovski bu il göstərilən "Lənkəran xanının vəziri" komediyasında mehtər Kərəm və Kəndli
rollarında ilk dəfə səhnəyə çıxıblar. Gələcəyin tanınmış aktyoru, dramaturqu və tərcüməçisi olan
Mehdi bəy Hacınski isə "Nadanlıq" tamaşasında səhnədə birinci addmını atıb.
Truppa 1898-ci ildən afişalarda, qəzet xəbərlərində "Müsəlman dram artistləri dəstəsi"
(bəzən "Müsəlman dram artistləri") kimi təqdim edilib. Tamaşalara rejissorluğu Sultanməcid
Qənizadə, Həbib bəy Mahmudbəyov və az da olsa, Nəriman Nərimanov ediblər. Müəyyən
coşğunluqla çalışan dəstə üzvlərinin yaxşı işləri ötəniiki əsərlərin təkrar quruluşda oynamlması və
Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1 mart), İsgəndər bəy Məlikovun "Yaxşılığa
yamanlıq" (15 və 20 aprel) və Mirzə Fətəlinin "Hacı Qara" (13 noyabr) faciə, dram və
komediyalarının hazırlanıb göstərilməsi olub.
Dəstənin teatr tamaşalarının göstərilməsi 1899-cu ildə adda-budda xarakter almağa başlayıb.
Ötənilki səhnə əsərlərinin sırasma Nəcəf bəy Vəzirovun "Qarınqulu" və Haşım bəy Vəzirovun
"Evlənmək su içmək deyil" (ikisi də matın 9-da oynanılıb), Əbdürrəhim bəy Haqverdiyevin
"Yeyərsən qaz ətini, görərsən ləzzətini" məzhəkələrinin tamaşaları daxil edilib. Cahangir Zeynalov
dərviş Məstəli şah ("Müsyö Jordan və dərviş Məstəli şah". 3 mart) rolunda yüksək komediya
aktyorluğu ilə tamaşaçıların daha dərin rəğbətini qazanıb.
Hüseynqulu Rzayev truppada çalışan Nəcəfqulu Vəliyevin təşəbbüsü və Nəriman
Nərimanovun səyi ilə taleyini səhnə sənətinə bağlayıb. Sonralar "Sarabski" (bəzən "Sarablı" yazılıb)
təxəllüsü ilə dram, faciə və opera aktyoru kimi böyük şöhrət qazanıb, rejissorluq edərək çoxlu
tamaşalara quruluşlar verib.
Bu il Tağıyev teatrında müəyyən yenidənqurma işləri aparılıb, tamaşa salonu genişləndirilib,
oturacaqların sayı bir xeyli artırılıb. Binanın kirayə götürülməsində çətinliklər yarandığına görə
məşqlər Cahangir Zeynalovun, İsgəndər bəy Məlikovun evlərində, "Kaspi" qəzetinin redäksiyasında
keçirilib. Dəstədə "rejissor" anlayışı hələ formalaşmamışdı. Həvəskarları bir yerə toplayıb rol
bölgüsü aparana "rejissor" deyilirdi. Tamaşalar iki-üç günə, bəzən bir həftəyə hazırlanırdı.
1900-cü ildə teatr prosesindəki durğunluqdan çıxmağa cəhd göstərilsə də, nəzərə çarpacaq
dəyişiklik və müəyyən sənət nailiyyəti olmayıb. Hətta truppa dağılmaq həddinə çatıb. Nəriman
Nərimanovun truppanı bərpa etmək və rəhbərliyi öz üzərinə götürmək cəhdi baş tutınayıb. Mövcud
çətinliyi ilin sonlarında Şuşadan Bakıya gələn və 1901-ci ildə "Bakı müsəlman truppası" yaradıb
işgüzar fəaliyyətə başlayan Əbdürrəhim bəy Haqverdiyev aradan qaldırdı. O, cəsarətlə baş rejissor
funksiyasını üzərinə götürdü və milli teatr tariximizdə bu vəzifəni ləyaqətlə icra edən ilk ziyalı oldu.
Əbdürrəhim bəy Haqverdiyev ötən illərdə oynanılan pyeslərə yeni quruluşlar verməklə
yanaşı, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsini, Jan Batist Molyerin "Xəsis" əsərindən
iqtibas etdiyi "Ağa Kərim xan Ərdəbili" komediyasını, özünün "Pəri cadu", "Bəxtsiz cavan"
dramlarını repertuara daxil etdi. O cümlədən Qoqolun "Müfəttiş"i (Nəriman Nərimanovun
tərcüməsində) və tamaşaçıların xoşladıqları vodevilləri yenidən səhnəyə gətirdi. Cahangir
Zeynalovun quruluşunda və baş rolun ifasında "Hacı Qara" tamaşası böyük maraqla qarşılanıb.
Truppa 1902-ci ildə Qoqolun "Evlənmə" komediyasını Mehdi Cuvarlinskinin, "Müfəttiş"i isə
M.Rüstəmbəyovun tərcüməsində, "Ağa Kərim xan Ərdəbili", "Hacı Qəmbər", "Şamdan bəy"
əsərlərini yeni quruluşlarda oynayıb. 1903-cü ildə isə truppa daha çox "Müsəlman dram artistləri
dəstəsi" ilə təqdim edilib. Tağıyev teatrının icarədarları Palonski və kruçinin azərbaycanlı aktyorları
əlbəsə və rekvizit ilə pis təmin edirdi. Bir neçə il azərbaycanlı aktyorlar bütün tamaşaları bir otaq-
dekorasiyada oynayıb. Repertuarda köhnə əsərlərlə yanaşı, N.Loxmanovanın "Napoleonun vəfatı"
("Sant Helen cəzirəsində imperator Napoleonun vəfatı") dramının, Anton Çexovun "Ayı"
vodevilinin tamaşaları da vardı.
Əbdürrəhim bəy Haqverdiyev dramaturqlarla teatr dəstəsi arasında anlı əlaqələr yaratmağa
çalışırdı. Həvəskarların müəyyən bir qisınınin aktyorluq sənətini peşə seçmələrinə səbəb olmuşdu.
Bu cəhd 1904-cü ildə bir qədər də gücləndi. Dəstə tamaşalarını daha çox Artistlər klubunda göstərib.
Bakıda bəzi həvəskar dəstələr də hərəsi il ərzində bir neçə tamaşa ilə çıxış ediblər. Repertuarda
Nəcəf bəy Vəzirovun və Sultanməcid Qənizadənin məsxərələri üstünlük təşkil edib. Sanballı faciə
və komediyalar təkrar-təkrar göstərilib.
Adı müxtəlif cür yazılan teatr dəstəsi 1905-ci ildə müəyyən çətinliklərlə qarşılaşıb.
Rusiyadakı siyasi ixtişaşlar (9 yanvar gülləbaranı, tətillər və sairə) Bakının mədəni həyatına da təsir
edib. Tamaşaya qoyulmaq üçün əsərlərin icazəsi həftələrlə yubadılıb, tamaşalara nəzarət güclənib.
Hətta fevral ayında Bakıda komendant saatı elan edildiyi üçün axşam ta-maşalarının oynanılmasma
qadağa qoyulub. Əbdürrəhim bəy Haqverdiyev işini dəyişməklə əlaqədar olaraq dəstəyə
rəhbərlikdən uzaqlaşıb. İşin ağırlığını müxtəlif aktyorlar (əsasən, Cahangir Zeynalov, Hüseyn
Ərəblinski, Əbülfət Vəli, Hüseynqulu Sarabski) öz üzərlərinə götürüblər. Repertuarda təbdil
olunmuş vodevillər, kiçik məsxərələr çoxluq təşkil edirdi.
İl payıza dönəndə Rusiyadakı müəyyən reformaların sədası Bakıda da hiss olundu. Nəriman
Nərimanov, Dadaş Bünyadzadə, Məmməd Məmmədyarov, Məşədi Əzizbəyov, Həmid Sultanov
fəhlə rayonlarında dram dərnəkləri yaradıblar. "Təkamül" qəzeti nəzdində "Hümmət" təşkilatının
eyniadlı truppası fəaliyyətə başlayıb. Onlar Qara şəhərdə, Sabunçuda, Balaxanıda, Murtuz
Muxtarovun klubunda, Bayılda tamaşalar oynayıblar. Aleksandr Nevski adına Azərbaycan-rus qız
məktəbində müəllim və şagirdlər, Mərdəkandakı Tağıyev Bağçılıq məktəbində könüllü gənclər, Ağa
Musa Nağıyev klubunda ("Obşestvennoye sobraniye") ziyalı cavanlar, ikinci məktəbin şagirdləri
müxtəlif vaxtlarda tamaşalar hazırlayıblar.
Bu il aktyorlar arasında "birincilik" iddiasında olmaq, yersiz təkəbbür göstərmək, repertuarı
özünə "uyğun" qurmaq truppada müəyyən parçalanmaya gətirib çıxarıb. Əbdürrəhim bəy
Haqverdiyevin Peterburqa gedişindən sonra sənət axtarışları zəifləyib.
Aktyor və rejissor Əbülfət Vəli dəstə toplayaraq kiçik əsərlərdən ibarət repertuarla
Azərbaycanın rayonlarında fərdi qastrollarda olub. Dəstə öz tamaşalarına yerlərdəki həvəskar
aktyorları da cəlb edirdi.
1897-1905-ci illər arasında müxtəlif teatr truppalarının fəaliyyətində aşağıdakı hallar qabarıq
nəzərə çarpırdı.
Repertuarda təkrarçılıq və yeknəsəklik hökm sürürdü.
Eyni dram, faciə və ya vodevil il ərzində bir neçə quruluşda oynanılırdı.
əksər vaxtlarda hansısa tamaşada baş rolda çıxış edən aktyorun dəyişdirilməsi təzə quruluş
kimi təqdim olunurdu.
İfaçılar öz sözlərini əzbərləmirdilər. Mətn, dialoq və monoloq suflyor vasitəsilə çatdırılırdı
və aktyorlar da onu eşitdikləri kimi (yəni bəzən səhv mətnlə) təkrarlayırdılar. Ona görə də suflyor
teatrda vacib peşə sahibi sayıılırdı.
Tamaşada musiqidən və məxsusi tərtibatdan istifadə edilmirdi.
Artistlərin əksəriyyəti öz ailəsinin çörəkpulunu başqa peşələrdən çıxardırdılar.
Müxtəlif dəstələrdə fəaliyyət göstərən həvəskarlar tez-tez yerlərini dəyişirdilər. Bu hal 1906-
1919-cu illərdə daha xoşagəlməz hal almışdı.
Kiçik məsxərələr və vodevil-məzhəkələr ikisi, bəzən üçü və dördü bir yerdə, eyni gündə
göstərilirdi.
Bir ildə bir neçə dəfə oynanan tamaşaların əksəriyyət ifaçıları dəyişirdilər. Bəzən də ifaçılar
qalırdılar, lakin onların rolları dəyişidirilirdi.
Bu illərdə teatr tamaşalarında yazıçılardan Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, müxtəlif sahələrdə işləyən ziyalılardan
Bədəl bəy Bədəlbəyov, Hacı bəy Axundov (Şirvanski), Rəhim bəy Məlikov, Midhət bəy Məlikov,
Əbdüləli bəy Vəlibəyov, Rəsul bəy Tahirbəyov, Məlik bəy Tahirbəyov, Səməd Mənsur Kazımzadə,
Həbib bəy Köçərli, Mehdi bəy Cuvarlinski, Sadıq bəy Salaşbəyov, Hüseyn Minasazov və başqaları
çıxış edirdilər.
Nisbətən təcrübəli Mirzə Muxtar Məmmədov, Cahangir Zeynalov, Məhəmməd Əlvəndi,
Əbülfət Vəli, gənclərdən Hüseynbala Xələfov (Hüseyn Ərəblinski), Murad Muradov, Hüseynqulu
Sarabski (Rzayev), Mirmahmud Kazımovski, Mirzağa Əliyev, Rüstəm Kazımov, Mehdi bəy
Hacınski, Ağalar Gəraybəyov aktyorluqla müntəzəm məşğul olurdular.
Dövri mətbuat, siyasi mövqelərindən asılı olmayaraq, teatr prosesini nəzərdə saxlamağa,
tamaşalar barədə məlumatlar verməyə, əsərlərin qısa şərhinə meyil göstərən yazılar çap etməyə
çalışırdılar.
Dostları ilə paylaş: |