Azərbaycan peşəkar teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi tanınıb. Bu peşəni
təşkilatçısı kimi tanınıb, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından
sayılır. 1908-ci ildən 1920-ci ilə qədər "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətinin teatr
truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və
Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə, Hökumət Türk Teatrosunda fasiləsiz olaraq
Xəlil Hacı Mahmud oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə Bakıda doğulub.
Məktəbə on
yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. Bacarıqlı və qabiliyyətli olduğuna
görə nəzərdə tutulan təhsili vaxtından əvvəl başa vurub. Qayğikeş müəllimlərinin səyi və şəhərin
sayılan hacılarından olan atasının köməkiiyi ilə türk-rus məktəbinə daxil olan Xəlil burada da
şagirdlərə nümunə göstərilib. 1917-ci ildə pedoqoji kursa daxil olub. Bir il təhsil alıb. Buranı əla
qiymətlərlə bitirərək Bakıda fəaliyyət göstərən "Nəşri-maarif" cəmiyyətinin təsis etdiyi
"Darülmüəllimi"ndə təhsil almışdır. Yaraşıqlı boy-buxuna, fiziki gücünə və əsil idmançı şücaətinə
görə onu "Bəhriyyə məktəbi"nə (Dənizçilik məktəbi) götürmüşlər.
Daxilən enerjili olan, yorulmaq bilməyən Xəlil Hüseynov on yeddi yaşında "Nəşri maarif "in
nəzdində Mirzağa Əliyevin yaratdığı "Həmiyyət" truppasına üzv olmuşdur. Tezliklə bacarıq və
təşkilatçılıq məharəti ilə Hüseyn Ərəblinski və Əbülfət Vəli kimi səhnə xadimlərinin diqqətini cəlb
etmişdir. Hüseyn Ərəblinskinin dəfələrlə Aşqabada, Krasnovodska, Hacıtərxana, Dərbəndə,
Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərlərində Xəlil Hüseynov dəstənin
qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini
olmuşdur. Hətta yeri gələndə özü də məsxərələri və hətta operettaları, operaları tamaşaya
hazırlamışdır.
Bugünkü Akademik Milli Dram Teatrı 1919-cu ilin 24 oktyabrından İsa bəy Aşurbəylinin
"Azərbay-Can" ("Azərbay və Can") dramının tamaşası ilə rəsmi dövlət mədəniyyət müəssisəsi kimi
fəaliyyətə başladığı gündən Xəlil Hüseynov truppanın əsas heyətində olmuşdur. 1924-cü ilə qədər
burada işləmişdir. Abbasmirzə Şərifzadənin, Aleksandr İvanovun quruluşlarında rejissorluq və
yaxud assistentlik etmişdir.
Bütün bunlarla bərabər, Xəlil Hüseynov ilk növbədə aktyor idi. Bacarıq və istedadını daim
özünün peşəkarlıq fəaliyyətinin təkmilləşməsinə yönəldib. Aktyor milli teatrımızın dəstələr şəklində
fəaliyyət göstərdiyi və dövlət sənət ocağı kimi çalışdığı illərdə çoxlu səhnə obrazları yaratmışdır.
Abbasəli ("Pulsuzluq", İvan Turgenev), Pərviz-Cavidan və Zabit ("Dəmirçi Gavə", Şəmsəddin
Sami), Əliəşrəf bəy ("Vətən", Namiq Kamal), Teymur ağa, Əsgər bəy ("Lənkəran xanının vəziri" və
"Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şleyme ("Yəhudilər", Yevgeni Çirikov), Yusif İzzəddin
("Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Mürtəzaqulu xan, Qurban, Fərhad, Nəcəf bəy
("Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Bəxtsiz cavan" və "Dağılan tifaq", Əbdürrəhim bəy
Haqverdiyev), Don Enrikos ("Əl Mənsur", Henrix Heyne), Cəbi ("Zorən təbib", Jan Batist Molyer),
Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), Heydərqulu ağa, Rəsul bəy, Hacı Qəmbər,
Fəxrəddin, Şahmar bəy ("Adı var, özü yox", "Ev tərbiyəsinin bir şəkİi", "Hacı Qəmbər", "Müsibəti-
Fəxrəddin" və "Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Rüfət, Cəmil bəy, Əbdülrəhman ("Ədirnə
fəthi", "Bakı müharibəsi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Rzaqulu xan ("Nadir şah",
Nəriman Nərimanov), Əbül Üla ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət),
Edmund ("Kral Lir", Vilyam Şekspir), Arif ("İblis", Hüseyn Cavid), Qaçaq Kərəm ("Qaçaq Kərəm",
Vano Mçedaşvili), Yavər ("Lakme", Səkinə Axundzadə).
Hüseynqulu Sarabskinin "Cəhalət", Nəcəf bəy Vəzirovun "Ev tərbiyəsinin bir şəkli",
Sultanməcid Qənizadənin "Xor-xor", Mirmahmud Kazımovskinin "Daşım-daşım" məzhəkələrinə,
"Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" operalarına səhnə quruluşu verib.
Aktyor Xəlil Hüseynov Azərbaycanın ilk qiraət ustalarındandır. Nizami Gəncəvidən,
Məhəmməd Füzulidən, Molla Pənah Vaqifdən, Nəbatidən çoxlu poetik nümunələri əzbər bilən Xəlil
Hüseynov Bakıda vaxtaşırı keçirilən "Şərq müsamirəsi"ndə onlardan nümunələri bəlağətlə, şövqlə
söyləyirdi.
"Divertisınent" adlanan yumorlu müzikl axşamlarında səhnəyə Mirzə Ələkbər Sabirin,
Səməd Mənsurun satirik şeirlərilə çıxardı.
18 sentyabr 1941-ci ildən Gənc Tamaşaçılar Teatrında inzibatçı işləyib. Eyni zamanda
Abdulla Şaiqin "Vətən" (Kəndli), "E1 oğlu" (Birinci bəy), Əliməmməd Atayevlə Əhməd