Xarakterlərinin mahiyyətinə görə məsxərə oyununa bənzəyir. İfaçı kənd arasında müəyyən
xarakterik xüsusiyyətləri, davranış tərzi, geyim-kecimi, danışığı, görkəmi ilə fərqlənən bir şəxsi
özünə "obyekt" seçib. Sonra onun komik obrazını tamaşaçılara təqdim edib. Bu oyun əyləndirmə və
mövzusu bilavasitə məişət hadisələrindən götürülüb. Kiçik və sadə süjetli əhvalat qəsdən
eybəcərləşdirilir. Fərd bəzən şit, təhqiramiz, bəzən isə sataşmaq, cırnatmaq məqsədilə həcv
obyektinə çevrilir. Şəbədə oyunu kütləvi yığnaqlarda, toy-düyün şənliklərində göstərilib. Şux
zarafata üstünlük verən şəbədələrdə yamsılama (parodiya) əsas götürülürdü.
Dostları ilə paylaş: