qaravəlli söyləyən, məzəli, yumorlu gülməcələr danışan meydan aktyoruna verilən adlardan biri
Keçəpapaq üz maskası ilə bitişlk olurdu. Maska dəridən biçilib-kəsilirdi və keçinin görkəminə
Yerindən və məkanından asılı olaraq, bəzən həmin üz maskasının təpəsinə buynuz da
tikilirdi. Bundan gülməli süjetli hadisələrdə obraz kimi istifadə edilirdi.
Hazırda kəndirbazın yardımçısı olan keçəpapaq keçi dərisindən və ya şit, əlvan parçalardan
tikilmiş, məzəli görkəmli paltar geyinir. Arxadan özünə eşşək quyruğu bağlayır, üst-başından
zınqırovlar asır. Yaxalığına müxtəlif dualar tikir. Ayağına qalın və bəzəkli yun corab geyinir. Bəzən
Üzlük-niqab. Bilavasitə şəbih tamaşalarında istifadə edilib. Müqəddəs dini şəxslərin
(imamların, qadınların) obrazlarına girən ifaçıların üzlərini gizlətınək üçün istifadə edilən niqab bir
qədər şəffaf, ağ parçadan hazırlanırdı.
Şəbih oyunçusu üzlük-niqabın altından ətrafdakıları, xüsusən tamaşa iştirakçılarını görə
bilirdi. Lakin tamaşaçılar və bir qədər aralıda dayanan oyunçu yöndaşları niqab altında onun sifət
cizgilərini görə bilmirdilər.
Üzlük-niqablara xalq arasında tutuq da deyilib.
Meydan tamaşalarında həmçinin bir sıra rəmzi mənalar daşıyan müxtəlif maskalar işlədilib.
Dostları ilə paylaş: