Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Toxunulm azlıq hüququ olan təşkilatlann fəaliyyəti 61



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə40/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   262
2-ci movzu demoqrafiya

99
Toxunulm azlıq hüququ olan təşkilatlann fəaliyyəti
61


3.3 cədvəlindən göründüyü kimi seksiyalar və bölmələr üzrə iqtisadi 
fəaliyyət növlərinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” 
adlanan A seksiyasına 8 bölmə daxildir. Bu seksiyada “bitkiçilik və 
heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi” (kodu 
1), “birillik bitkilərin becərilməsi” (kodu 11), “çoxillik bitkilərin becəril­
məsi” (kodu 12), “bitkilərin çoxaldılması (əkilməsi)” (kodu 13), “hey­
vandarlıq” (kodu 14), “heyvandarlıqla əlaqəli bitkiçilik” (kodu 15), “kənd 
təsərrüfati sahəsində xidmət göstərilməsi” (kodu 16), “ovçuluq və vəhşi 
heyvanların yetişdirilməsi və bu sahələrdə xidmətin göstərilməsi” (kodu
12) nəzərdə tutulmuşdur. “Mədənçıxarma sənayesi” seksiyasında (B 
seksiyası) “daş kömür və liqnit hasilatı” (kodu 5), “xam neft və təbii qaz 
hasilatı” (kodu 6), “metal filizlərinin hasilatı” (kodu 7), “mədənçıxarma 
sənayesinin digər sahələri” (kodu 8), “mədənçıxarma sənayesi sahəsinə 
xidmətlərin göstərilməsi” (kodu 9) bölmələri üçün yer ayrılmışdır.
“Emal sənayesi” seksiyası (“C” seksiyası) üçün aşağıdakı 24 bölmə 
nəzərdə tutulmuşdur: 1) “qida məhsullarının istehsalı” (kodu 10); 2) “içki 
istehsalı” (kodu 11); 3) “tütün məmulatlarının istehsalı” (kodu 12); 4) 
“toxuculuq sənayesi” (kodu 13); 5) “geyim istehsalı” (kodu 14); 6) “dəri 
və dəridən məmulatların, ayaqqabıların istehsalı” (kodu 15); 7) 
“mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın 
istehsalı; hopdurma və hörmə materialların istehsalı” (kodu 16); 8) “kağız 
və karton istehsalı” (kodu 17); 9) “poliqrafiya fəaliyyəti və yazılmış 
məlumatların daşıyıcılara çoxaldılması” (kodu 18); 10) “koks və 
təmizlənmiş neft məhsullarının istehsalı” (kodu 19); 11) “kimya 
sənayesi” (kodu 20); 12) “əczaçılıq məhsullarının istehsalı” (kodu 21);
13) “rezin və plastmas məmulatların istehsalı” (kodu 22); 14) “digər 
qeyri-metal mineral məhsulların istehsalı” (kodu 23); 15) “metallurgiya 
sənayesi” (kodu 24); 16) “maşın və avadanlıqlardan başqa hazır metal 
məmulatlarının istehsalı” (kodu 25); 17) “kompüter, elektron və optik 
məhsulların istehsali” (kodu 26); 18) “elektrik avadanlıqlarının istehsalı” 
(kodu 27); 19) “maşın və avadanlıqların istehsalı” (kodu 28); 20) 
“avtomobil, qoşqu və yarımqoşquların istehsalı” (kodu 29); 21) “sair 
nəqliyyat vasitələrinin istehsalı” (kodu 30); 22) “mebellərin istehsalı” 
(kodu 31); 23) “sair sənaye məhsullarının istehsalı” (kodu 32); 24) 
“maşın və avadanlıqların quraşdırılması və təmiri” (kodu 33).
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat 
D seksiyasında (kodu 35); su təchizatı; çirkli suların və tullantıların 
təmizlənməsi E seksiyasında qeydiyyata almır. E seksiyasında aşağıdakı 
dörd bölmə nəzərdə tutulmuşdur: 1) “suyun yığılmasi, təmizlənməsi və
62
paylanması” (kodu 36); 2) “çirkli suların yığılması və emalı” (kodu 37); 
3) “tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantila- 
rından təkrar istifadə edilməsi” (kodu 38); 4) “digər tullantıların yığılması 
və məhv edilməsi” (kodu 39).
Tikinti seksiyasına (F seksiyası) binaların tikintisi, mülkü təyinatlı in­
şaat işləri, ixtisaslaşdırılmış tikinti işləri daxildir və kodları müvafiq 
olaraq 41, 42 və 43-dür.
“Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin tə­
miri” seksiyasına (G seksiyası) “topdan və pərakəndə ticarət; avtomo­
billərin və motosikletlərin təmiri” (kodu 45); “avtomobil və motosiklet­
lərin satışından başqa, topdan satış” (kodu 46); “avtomobil və moto­
sikletlərin satışından başqa, pərakəndə satış” (kodu 47) daxildir.
“Nəqliyyat və anbar təsərrüfati” seksiyası (H seksiyası) yerüstü və 
boru kəməri nəqliyyatlarının fəaliyyətini (kodu 49), su nəqliyyatının 
fəaliyyətini (kodu 50), hava nəqliyyatının fəaliyyətini (kodu 51), anbar 
təsərrüfatı və yardımçı nəqliyyatın fəaliyyətini (kodu 52) və poçt və 
kuryer fəaliyyətini (kodu 53) əhatə edir.
Yaşayışın təşkili və ictimai iaşə seksiyasma (İ seksiyası) iki bölmə aid 
edilir. Bunlardan biri yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstəril­
məsi (kodu 55), içki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstəril­
məsi (kodu 56).
İnformasiya və rabitə seksiyasma (J seksiyası) aşağıdakılar daxildir: 1) 
nəşriyyat fəaliyyəti (kodu 58); 2) kinofilmlərin, video və televiziya proq­
ramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət 
(kodu 59); 3) proqramların tərtib edilməsi, radio və televerilişlərin trans- 
lyasiya edilməsi ilə əlaqədar fəaliyyət (kodu 60); 4) rabitə (kodu 61); 5) 
proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əla­
qədar fəaliyyət (kodu 62); 6) informasiya xidmətləri fəaliyyəti (kodu 63).
Maliyyə və sığorta fəaliyyətinə (K seksiyasına) aşağıdakılar aiddir: 1) 
maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) 
(kodu 64); 2) sığorta, təkrar sığorta və pensiya təminatı (kodu 65); 3) 
maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət (kodu 66).
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar L seksiyasında öz əksini 
tapır və kodu 68-dir.
Peşə, elmi və texniki fəaliyyət seksiyası (M seksiyası) özündə aşa­
ğıdakı fəaliyyət növlərini ehtiva edir: 1) hüquq və mühasibat uçotu 
sahəsində fəaliyyət (kodu 69); 2) mərkəzi ofislərin fəaliyyəti və idarəetmə 
sahəsində fəaliyyət (kodu 70); 3) memarlıq, mühəndis axtarışları; texniki 
məsləhətlər verilməsi sahəsində fəaliyyət (kodu71); 4) elmi tədqiqatlar və
63


işləmələr (kodu 72); 5) reklam fəaliyyəti və bazarın öyrənilməsi (kodu 
73); 6) digər peşəkar, elmi və texniki fəaliyyət (kodu 74); 7) baytarlıq 
fəaliyyəti (kodu 75).
İnzibati və yardimçi xidmətlərin göstərilməsi seksiyasına (N 
seksiyası) aşağıdakı bölmələr daxildir: 1) kirayə və lizinq fəaliyyəti (kodu 
77); 2) məşğulluq sahəsində fəaliyyət (kodu 78); 3) səyahət agentlik­
lərinin və turoperatorlarm əvvəlcədən sifariş etmə xidməti və bununla 
əlaqədar fəaliyyət (kodu 79); 4) istintaqın aparılması və təhlükəsizliyin 
təminatı (kodu 80); 5) binalar və mənzərələrin dəyişdirilməsi üzrə 
xidmətlərin göstərilməsi (kodu 81); 6) biznesin mühafizəsinə yönəldilmiş 
inzibati və sair əlavə fəaliyyət (kodu 82).
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat seksiyasına (O 
seksiyası) einiadlı bölmə (kodu 84), təhsil seksiyasına (P seksiyası) 
einiadlı bölmə (kodu 85) daxildir.
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi seksiyası (Q seksi­
yası) aşağıdakı bölmələrdən ibarətdir: səhiyyə sahəsində fəaliyyət (kodu 
86), sosial xidmətlərin göstərilməsi (kodu 87), yaşayışla təminatsiz sosial 
xidmətlərin göstərilməsi (kodu 88).
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət seksiyasına (R sek­
siyası) aşağıdakı bölmələr aid edilir: incəsənət sahəsində sair fəaliyyətin 
göstərilməsi və mədəni-kütləvi əyləncəli tədbirlərin həyata keçirilməsi 
(kodu 90), kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələ­
rinin fəaliyyəti (kodu 91), qumar oyunlarının təşkili və mərc çəkmək üzrə 
fəaliyyət (kodu 92), istirahət və əyləncənin təşkili üzrə idman və digər 
fəaliyyət (kodu 93).
Digər sahələrdə xidmətlərin göstərilməsi dedikdə (S seksiyası) aşağı­
dakı fəaliyyət sahələri başa düşülür: ictimai birliklərin (təşkilatların) 
fəaliyyəti (kodu 94), kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət 
mallarinin təmiri (kodu 95), sair fərdi xidmətlərin göstərilməsi (kodu 96).
Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının 
istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət seksiyasına (T seksiyası) 
iki bölmə, yəni muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti (kodu 
97) və şəxsi ev təsərrüfatında fərdi istehlak üçün istehsal edilən məhsullar 
və göstərilən xidmətlər (kodu 98) daxildir. Nəhayət toxunulmazlıq 
hüququ olan təşkilatların fəaliyyəti seksiyasına (U seksiyası) eyni adlı 
bölmə (kodu 99) aid edilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin