etmək hüquqi olan, öz işlərini sərbəst surətdə planlaşdıran və fəaliyyət
göstərən ən iri iqtisadi vahid müəssisələrdir. M üxtəlif təyinatlı nemətlər
məhz müəssisələrdə yaradılır, iqtisadi münasibətlər burada formalaşır,
bütün mənafelər burada çulğalaşır. Müəssisələr bir-birindən mülkiyyətin
forma və növlərinə (dövlət, bələdiyyə, xüsusi), istehsalın həcmi və miq
yasına, təsərrüfat fəaliyyətinin növünə və başqa əlamətlərinə görə
fərqlənir.
Fəaliyyət növləri vahidləri - hər hansı bir iqtisadi fəaliyyət növünü
müstəqil həyata keçirən, məhsul istehsalı və xidmət göstərilməsindən əldə
etdiyi mənfəəti müəyyənləşdirmək üçün uçot işlərinin təşkil olunduğu
müəssisə, yaxud da onun bir hissəsidir. İstehsal vahidlərinin
fəaliyyəti üç
yerə bölünür: 1) əsas fəaliyyət növü; 2) yardımçı fəaliyyət növü; 3)
köməkçi fəaliyyət növü. Əsas və yardımçı fəaliyyət növlərinin məhsulları
bazarda satılmaq, yaxud da qabaqcadan müəyyən edilmiş istifadəçilərə
əvəzsiz olaraq verilmək üçün istehsal edilir. Yardımçı istehsala sənaye
müəssisələrinin tərkibində yaradılan və öz işçilərini təmin etmək üçün
kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan istehsalçıları misal
göstərmək olar. Köməkçi fəaliyyət növünün məhsulları isə bazarda satıl
mır, əsas və yardımçı istehsal sahələrinə xidmət edir. Məsələn, ayaqqabı
fabrikləri bir qayda olaraq istehsal etdikləri ayaqqabıları qablaşdırmaq
üçün qutu istehsal olunan köməkçi istehsalat yaradırlar.
Yerli vahid dedikdə hər hansı bir inzibati ərazidə (rayonda) həyata
keçirilən fəaliyyət növlərinin toplusu nəzərdə tutulur.
İdarələr gəlirlərin və sərvətin bölgüsünü həyata keçirir, bütövlüklə
cəmiyyətə və ayrı-ayrı
qruplara, yaxud da fiziki şəxslərə qeyri-bazar
xidməti göstərirlər.
Beynəlxalq standartlar çoxsəviyyəli olmaqla onun tərkibində bölmə
lər, yarımbölmələr, qruplar və s. fəaliyyət növləri göstərilir. “Bölmə” an
layışı “sahə” anlayışından fərqlənir. Məsələn, müəssisə müxtəlif sahələrə
aid ola bilər. Lakin statistik qruplaşmaya uyğun olaraq onların hamısı bir
bölməyə aid edilir. Bölmələr iqtisadiyyatın iri (böyük) sahələrindən
ibarətdir. İqtisadi fəaliyyət sahələrinin təsnifləşdirilməsi bunun bariz
nümunəsidir (cədvəl 3.1). Belə ki, beynəlxalq standartların sahə təsnifatı
latın əlifbasının baş hərfləri ilə sıralanan 17 bölmədən ibarətdir.
Bütün iqtisadiyyatı əhatə edən vahidlər aşağıdakı bölmələrdə birləşdiril
mişdir: 1) qeyri-maüyyə müəssisələri; 2) maliyyə təşkilatları; 3) hökumət
idarələri; 4) ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları; 5)
ev təsərrüfatları; 6) qalan dünya ilə iqtisadi əlaqələr (xarici iqtisadi əlaqələr).
72
Qeyri-maliyyə müəssisələri bölməsinə istehsal xərclərini ödəyə bilən
qiymətlərlə satmaq üçün əmtəə istehsal edən və qeyri-maliyyə xidmətləri
göstərən kooperativ,
yaxud da onlara bənzər, lakin kooperasiya statusu
olmayan təsərrüfat subyektləri daxildir. Bunlar öz xərclərini hər şeydən
əvvəl əmtəə və xidmətlərin satışından əldə etdikləri gəlir hesabına ödə
yirlər.
Maliyyə təşkilatları bölməsinə əsas vəzifələri maliyyə sahəsində vasi
təçilik etməkdən ibarət olan banklar, sığorta şirkətləri, investisiya fondları
və digər maliyyə subyektləri daxildir. Maliyyə vasitəçilərinin əksəriyyəti
öz xərclərini təklif etdikləri maliyyə ehtiyatları müqabilində aldıqları faiz
məbləği ilə cəlb etdikləri maliyyə ehtiyatları müqabilində ödədikləri (ver
dikləri) faiz məbləği arasındakı fərq hesabına maliyyələşdirirlər.
Əsas vəzifələri gəlirlərin və sərvətin bölgüsünü həyata keçirməkdən,
bütövlükdə cəmiyyətə və ayrı-ayrı qruplara, yaxud da fiziki şəxslərə
qeyri-bazar xidməti göstərməkdən ibarət olan hökumət idarələri bölmə
sinin vəsaiti dövlət büdcəsi təsisatlarının vəsaiti hesabına formalaşır.
Qeyri-kommersiya təşkilatları bölməsinə əsas vəzifələri qeyri-bazar
xidmətləri göstərməkdən ibarət olan ictimai, siyasi, həmkarlar ittifaqları
və dini təşkilatlar daxildir. Bu təşkilatların xərcləri üzvlük haqları,
ianələr, mülkiyyətdən əldə edilən gəlirlər hesabına maliyyələşdirilir.
Ev təsərrüfatları bölməsinə istehlak xarakterli fəaliyyət növü ilə
məşğul olan ev təsərrüfatları; kiçik, heç bir
korporasiyaya daxil olmayan
mağazalar, qəlyanaltılar, emalatxanalar, habelə sərbəst peşə adamları
daxildir. Bu bölməyə daxil olan təsərrüfat vahidləri öz xərclərini əmək
haqqı, mülkiyyətdən əldə edilən gəlirlər, yenidənbölgü vasitəsilə daxilol
malar, habelə korporasiyalara daxil olmayan, lakin bu bölməyə aid edilən
müəssisələrin məhsul satışından əldə etdikləri gəlir hesabına maliyyə
ləşdirirlər.
Qalan dünya ilə (xarici ölkələrlə) aparılan iqtisadi əlaqələri və maliyyə
münasibətlərini uçota almaq üçün milli hesablar sistemində “qalan dünya
ilə iqtisadi əlaqələr “ bölməsi nəzərdə tutulmuşdur.
Beynəlxalq əmək bölgüsü ölkə ərazisinin iqtisadi maraqlara görə düz
gün müəyyənləşdirilməsini zəruri edir. Bununla əlaqədar olaraq rezident
və qeyri-rezident vahidləri bir-birindən fərqləndirmək lazımdır. İqtisadi
vahidlərin maraqlarının mərkəzi ölkənin iqtisadi ərazisi ilə əlaqədardırsa,
onda bunlara ölkənin rezidenti deyilir. Yox, əgər belə əlaqə yoxdursa,
onda bu vahidlər qeyri-rezident adlanır. Qeyri-rezident vahidlərin iqtisadi
maraqlarının mərkəzi başqa ölkələrin iqtisadi ərazilərinə düşə bilər.
73
Ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisi ilə üst-üstə düşməyə bilər.
Milli hesablar sistemində iqtisadi əraziyə dövlətin inzibati idarəçiliyi al
tında olan və əhalinin, əmtəələrin və kapitalın
sərbəst hərəkət etməsinə
imkan verən ərazi daxildir. Hava yolları, ərazi suları və beynəlxalq su-
lardakı kontinental şelflər də iqtisadi əraziyə aid edilir. Başqa ölkələrdəki
“ərazi anklavları” da iqtisadi ərazi hesab olunur. Bu, başlıca olaraq digər
ölkənin ərazisində yerləşən, lakin həmin ölkənin icarə və mülkiyyət
hüququ ilə elmi, diplomatik və başqa məqsədlər üçün istifadə olunan
torpaq sahəsidir. Anklavlarda ölkədəki xarici səfirliklər, konsulluqlar,
ticarət və başqa nümayəndəliklər yerləşdirilə bilər.
Başqa ölkələrin və
beynəlxalq təşkilatların ərazi anklavları onların yerləşdikləri ölkənin
iqtisadi ərazisinə daxil edilmir. Korporasiyalar və qeyri-kommersiya təş
kilatları hansı ölkədə yaradılıb və qeydə almıblarsa, həmin ölkənin rezi
dentləri hesab olunurlar. Korporasiyaların uzun müddət xaricdə fəaliyyət
göstərən şöbələri, ofisləri, istehsal sahələri yerləşdikləri ölkələrin
rezidentləri hesab olunurlar.
XIX əsrin axırları - XX əsrin əvvəllərində kapitalist iqtisadiyyatı öz
inkişafının korporativ mərhələsinə daxil olmuşdur. Bu isə öz növbəsində
maliyyə sektorunun əmələ gəlməsinə gətirib çıxarmışdır.
Korporativ maliyyə sektoru ölkənin rezidenti olmaqla öz fəaliyyətini
kommersiya qaydasında həyata keçirən korporasiyaları və onların
şöbələrini birləşdirir. Bu sektorda korporativ müəssisələrin aşağıdakı
tipləri bir-birindən fərqləndirilir: 1) Mərkəzi bank; 2) Depozit maliyyə
təşkilatları; 3)
Digər maliyyə vasitəçiləri; 4) Köməkçi maliyyə təşkilat
ları; 5) Sığorta korporasiyaları və pensiya fondları.
Mərkəzi banklar banknot buraxılmasını həyata keçirir və dövlət müəs
sisəsi hesab olunurlar. ABŞ-da Mərkəzi bank (Federal ehtiyat sistemi)
qarışıq mülkiyyətdə, Azərbaycan Respublikasının Mərkəzi bankı isə döv
lət mülkiyyətindədir. Odur ki, bu bank dövləti idarəetmə sektoruna aid
edilir.
Depozit maliyyə təşkilatları kommersiya və əmanət banklarından (öl
kəmizdə “Əmanət bankı” adlı qurum yoxdur. Onun funksiyaları müxtəlif
banklar, birinci növbədə “Kapital Bank” tərəfindən həyata keçirilir)
ibarətdir. Maliyyə bazarında vasitəçilik edən rezidentlər maliyyə vasitə
çiləri hesab olunurlar.
Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu
ölkələrdə qiymətli kağızlarla aparılan əməliyyatları həyata keçirən makler
kontorları, səhmlərin və digər qiymətli kağızların yerləşdirilməsi ilə məş
74
ğul olan müvəkkillər (agentlər) də fəaliyyət göstərirlər. Bunlar köməkçi
maliyyə təşkilatları yarımsektorunu əmələ gətirirlər.
Ümumdövlət idarəetmə sektoruna dövləti idarəetmə orqanlarının və
dövlət orqanları tərəfindən nəzarət olunan sosial təminat fondunun qeyri-
kommersiya təşkilatlarını təmsil edən vahidlər aid edilir.
M ərkəzi hökumətin tərkibində olan dövlət idarələri ümumdövlət
(ümumrespublika) büdcəsindən maliyyələşdirilir. Bunlar əsas etibarilə
iqtisadiyyatı ölkə miqyasında tənzimləyən və idarə edən, asayişi qoruyan
respublika orqanları, təhsil, səhiyyə, gənclər və idman,
mədəniyyət və
turizm nazirlikləri, sosial təminat idarələri, elmi-tədqiqat institutları və s.-
dən ibarətdir. Dövləti idarəetmə orqanlarının tərkibində olan mətbəələr,
hesablama mərkəzləri, rabitə və başqa xidmət növləri ayrıca vahid hesab
edilirlər. Ev təsərrüfatları bölməsi rezident təsərrüfatlardan formalaşır.
MHS-də ev təsərrüfatları ümumi mənzil şəraiti yaratmaq, əmtəə və
xidmətlərdən birgə istifadə etmək üçün özlərinin gəlirlərini və maddi qiy
mətlilərini birləşdirən şəxslər qrupu kimi səciyyələndirilir. Onun üzvləri
ev təsərrüfatları çərçivəsində həm özlərinin istehlakı, həm də satmaq üçün
məhsul istehsal edə və xidmət göstərə bilərlər. Ev xidmətçiləri ev təsər
rüfatlarına aid edilmir. Qeyri-kommersiya təşkilatları adətən kooperativ
müəssisələrinə, dövləti idarəetmə orqanlarına və ev təsərrüfatlarına xid
mət göstərmək məqsədilə yaradılır. Ona görə də onlar müstəqil bölməyə
ayrılmır və fəaliyyətinin xarakterindən asılı olaraq iqtisadiyyatın dörd
bölməsindən birinə aid edilir. Bazar münasibətləri əsasında fəaliyyət gös
tərən qeyri-kommersiya təşkilatları maliyyə, yaxud da qeyri-maliyyə
korporativ
bölməsinə, təhsil, səhiyyə və digər sahələrdə pullu xidmət
göstərən qeyri-kommersiya təşkilatlan isə qeyri-maliyyə bölməsinə aid
edilir. Qeyri-bazar xidməti göstərən qeyri-kommersiya təşkilatları ümum
dövlət idarəetmə, yaxud da ev təsərrüfatları bölməsinə aid edilir. Bütün
cəmiyyətə xidmət edən, dövləti idarəetmə orqanları tərəfindən maliyyə
ləşdirilən və nəzarət olunan kommersiya təşkilatlan ümumdövlət idarə
etmə, qeyri-bazar xarakterli istehsal ilə məşğul olan və ev təsərrüfatları
üçün məhsul hazırlayan və xidmət göstərən qeyri-kommersiya təşkilatları
isə ev təsərrüfatları bölməsinə aid edilir. Ev təsərrüfatlarına xidmət edən
qeyri-kommersiya təşkilatları bölməsinə aşağıdakılar aid edilir: 1) öz
üzvlərinə xidmət göstərən təşkilatlar (siyasi partiyalar, elmi cəmiyyətlər
və s.); 2) xeyriyyəçiliklə məşğul olan qeyri-bazar təşkilatları.
Qalan dünya ilə xarici iqtisadi əlaqələr bölməsi rezident vahidlərlə müəy
yən iqtisadi əlaqələrə girən bütün qeyri-rezident vahidlərdən ibarətdir. Başqa
75