nur. Bu, məlumatların axtarılması, tapılması və işlənməsini asanlaşdırır.
Əsas işarə sistemləri isə aşağıdakılardır: ölçü vahidi, inzibati-ərazi
bölgüsünə daxil olan obyektlər, yaşayış məntəqələri,
dövləti idarəetmə
orqanları, müəssisə və təşkilatlar, ölkələr və valyutalar. İşarə sistemində
müəssisə və təşkilatların bir sıra əlamətlər üzrə qruplaşdırması nəzərdə
tutulmuşdur.
Məsələn, adları çəkilən iqtisadi vahidlərin qeydiyyata alınması mül
kiyyətin və təsərrüfatçılığın bütün növlərini iqtisadi fəaliyyət sahələri,
mülkiyyətin təşkilati-hüquqi formaları, habelə ərazi və iqtisadi göstəri
cilər üzrə qruplaşdırmağa imkan verir. Müəssisənin qeydiyyat nömrəsi və
təsnifləşdirilərkən verilən xarakteristika onun tam kodunu əmələ gətirir.
Müəssisə və təşkilatların vahid dövlət qeydiyyatının məlumatlarına
əsasən təsərrüfatçılıq edən subyektlərin hesabatla tam əhatə olunub-olun
maması müəyyən edilir. İqtisadi vahidlərin dövlət qeydiyyatı
bir-biri ilə
qarşılıqlı əlaqədə olan iki yarımsistemdən ibarətdir. Bunlardan biri müəs
sisələrin uçotu, digəri isə onların işini səciyyələndirən göstəricilərdir.
İqtisadi vahidlər dövlət qeydiyyatı çərçivəsində onların siyahısını aparan
strukturlarla qarşılıqlı əlaqədə nəzərə alınır. Qeydiyyat siyahısında
müəssisə və təşkilatların işini ifadə edən kəmiyyət göstəriciləri, habelə
onların nə vaxt fəaliyyətə başlaması və fəaliyyətini nə vaxt dayandırması
göstərilir. Qeydiyyat siyahısından statistik müayinə zamanı seçmə müşa
hidəsi aparmaq üçün istifadə olunur. Dünya təcrübəsində isə qeydiyyat
siyahısından statistik hesablamalarda (məsələn, əhali siyahıya alınarkən
məşğulluğun öyrənilməsi) istifadə edilir. Qeydiyyat siyahısı vaxtaşırı
təzələndikdə və ondan sorğu bazası kimi istifadə olunduqda təsərrüfat
çılıq edən subyektlərə lazımi xidmət göstərə bilər.
Dünya dövlətlərinin və onların valyutalarının
təsnifləşdirilməsi
ölkələrin və ərazilərin, yaxud da valyutaların adlarını bir-bir göstərməklə
aparılır. Məsələn, Rusiya Federasiyası ölkələrin beynəlxalq təsnifləş-
dirməsində hərfi işarə ilə RU, rusiya rublu isə RUR (643),
Azərbaycan
Respublikası AZ, Azərbaycan milli valyutası manat isə AZN (031) kimi
göstərilir. Dünya ölkələrinin beynəlxalq təsnifatı “rəqəm kodla”rın artan
qaydasında düzəldilmişdir.
Nəticə
- Sosial-iqtisadi statistikada təsnifləşdirmə, qruplaşdırma və nomenk-
latur anlayışlarından geniş istifadə edilir. Bunların hər biri müxtəlif vəzi
fələri yerinə yetirir, hadisə və proseslərin
daha dərindən öyrənilməsi və
78
təhlil olunmasına imkan verir;
- Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiya olunduğu müasir dövrdə vahid təsnifləşdirmə və informa
siyanın kodlaşdırılması sisteminin yaradılmasına xüsusi diqqət yetirilir;
- Sosial-iqtisadi statistikada iqtisadi fəaliyyət növləri, habelə məhsul
ların, işlərin və xidmətlərin təsnifləşdirilməsi aparılır. Ölkəmizdə də bu
təsnifləşdirmədən istifadə edilir;
- İqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsi müxtəlif vəzifələrin
yerinə yetirilməsinə imkan verir;
- İqtisadi fəaliyyət növlərinin beynəlxalq təsnifləşdirmə standartları
ilə yanaşı, məhsulların, işlərin və xidmətlərin təsnifləşdirilməsi də çox
böyük əhəmiyyətə malikdir;
- Statistik məlumatların beynəlxalq səviyyədə
müqayisə edilə bilməsi
üçün ayrı-ayrı ölkələrin mövcud təsnifləşdirmədən istifadə etmələri
zəruridir. Bununla əlaqədar olaraq əmtəə və xidmətlərin təsnifləşdir-
məsinin Avropa Standartları qəbul edilmişdir;
- Ölkəmizdə də xarici iqtisadi fəaliyyəti tənzimləmək və onun haq
qında statistik məlumatları toplamaq üçün beynəlxalq qaydalardan
istifadə olunur;
-Təsnifləşdirm ə haqqında xüsusi ədəbiyyatdan daha geniş məlumat
əldə etmək olar;
-A v ro p a İttifaqına üzv ölkələrdə xüsusi əmtəə siyahısı qəbul edil
mişdir. Bu siyahıya 6 minə yaxın məhsul növü daxildir;
- Sosial-iqtisadi statistikada çoxsaylı qruplaşdırmalardan
istifadə
edilir. Bunlara ilk növbədə mülkiyyət formalarına (növlərinə) görə
aparılan qruplaşdırma daxildir. Bununla yanaşı, sosial-iqtisadi statistikada
məlumatların axtarılması, toplanması və işlənməsini asanlaşdıran çox-
növlü işarələr sistemi də vardır;
- Ayrı-ayrı ölkələrdə iqtisadi vahidlərin dövlət qeydiyyatı aparılır. Bu,
bir-biri ilə qarşılıqlı əlaqədə olan iki yarımsistemdən ibarətdir;
-D ü n y a dövlətləri və onların valyutaları da təsnifləşdirilir. Bu,
ölkələrin adları əsas götürülməklə qısa formada, məsələn, Azərbaycan
Respublikası “AZ”, Türkiyə Respublikası “TR”, Rusiya Federasiyası
“RU”, valyutalar isə müvafiq olaraq “AZN”, “TRL” və “RUR” adlanır.
Valyutaların adlarındakı ilk iki hərf ölkənin adını göstərir;
- Milli hesablar sistemində təsnifləşdirmənin xüsusi vahidləri vardır.
Bunlar bir sıra qruplara bölünür və bir-birindən fərqlənir;
- Beynəlxalq standartların tərkibində bölmələr, yarımbölmələr, qrup
79