müqayisələrin aparılmasında geniş istifadə edilir.
Nəticə
-ə m ə k haqqı olduqca mürəkkəb
iqtisadi kateqoriya olmaqla, mü
rəkkəb struktura malikdir:
- əmək haqqı və iş qüvvəsinin dəyəri statistikası bir çox vəzifələri
yerinə yetirir ki, bunların öyrənilməsi onların haqqında daha yaxşı
təsəvvürə malik olmağa imkan verir;
- əmək haqqı
fonduna həm işlənilmiş, həm də işlənilməmiş vaxtın
müqabilində hesablanan, əməyin stimullaşdırılması, iş rejimi və əmək
şəraiti ilə əlaqədar bütün ödənişlər daxildir;
- statistikada əmək haqqına daxil edilməyən sosial xarakterli ödəniş
lərdən də bəhs olunur. O, müxtəlif tərkib hissələrindən ibarətdir;
- əmək haqqının ən çox tətbiq olunan formaları bunlardır: a)
vaxta-
muzd əmək haqqı; b) işəmuzd əmək haqqı. Bunların hər birinin də
müxtəlif sistemləri vardır;
- müəssisə və təşkilat səviyyəsində orta aylıq əmək haqqının hesab
lanmasının özünəməxsus xüsusiyyətləri vardır;
- ayrı-ayrı peşə qrupları üzrə əmək haqqının hesablanması sahəsində
müsbət təcrübə toplanmışdır. Bu təcrübədən
istifadə olunmaqla oktyabr
tədqiqatları aparılır;
- əmək haqqının səviyyəsi və dinamikası kateqoriyalarını bir-birindən
fərqləndirmək lazımdır;
- əmək haqqının dinamikasına xarakteristika vermək üçün indeks
metodundan geniş istifadə olunur;
- əmək haqqı fondunun dəyişməsinə müxtəlif amillər təsir göstərir;
- nominal və real əmək haqqı bir-birindən fərqlənir. Real əmək haqqı
nominal əmək haqqının alıcılıq
qabiliyyətini, onun real istehlak məzmu
nunu ifadə edir;
- statistikada müxtəlif fəaliyyət növləri üzrə əmək haqqında olan
fərqlər də öyrənilir. Bu məqsədlə fərqləndirmənin desil, kvantil və fond
əmsallarından istifadə olunur;
- iş qüvvəsinə sərf olunan xərclər haqqında
informasiya əmək
bazarının normal fəaliyyət göstərməsi üçün lazımdır. Bu xərclərin
müəyyən edilməsi ilə bağlı müxtəlif konsepsiyalar vardır;
- iş qüvvəsinə sərf olunan xərclərin təsnifləşdirilməsinin beynəlxalq
standartları mövcuddur.
- iş qüvvəsinə sərf olunan xərcləri təhlil edərkən göstəricilərin müqa
212
yisə edilə bilən olmasına xüsusi diqqət yetirmək lazımdır.
Bu məqsədlə
işçilərin sayı, işlənilmiş, həmçinin işlənilməmiş, lakin haqqı
ödənilmiş
vaxt barədə məlumat əldə edilməlidir.
Dostları ilə paylaş: