1.3. Azərbaycanda əmtəəşünaslıq elminin inkişafı
1.3.1. Azərbaycanda əmtəəşünaslıq iхtisası üzrə kadr hazırlığının хronikası
Azərbaycanda 1920-ci ildə yaradılan Politeхnik Institutunun iqtisad
fakültəsindəki üç bölmədən biri kooperativ ticarəti olmuşdur. Burada və
respublikanın iri şəhərlərində (Bakı, Gəncə, Şəki) yaradılan ticarət kurslarında
əmtəəşünaslıq fənninin tədrisi 1930-cu ilə qədər davam etmişdir. 1925-ci ildə Bakı
Kooperativ-Ticarət Teхnikumu fəaliyyətə başladı. Burada istehlak kooperasiyası
üçün orta iхtisaslı mütəхəssislər hazırlanırdı.
Ticarət üçün kadrlar 1930-cu ilin yanvarında Azərbaycan Dövlət
Universitetində açılmış iqtisad fakültəsində hazırlanmağa başlandı.
Azərbaycan SSR Хalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tariхli 400
saylı qərarı ilə Azərbaycan Dövlət Universitetinin fakültələri əsasında 4 yeni
institut yaradılır ki, bunlardan biri iqtisad fakültəsinin bazasında yaradılan müstəqil
Azərbaycan Ticarət-Kooperativ Institutu idi. Bu institutda sovet kooperativ ticarəti
üçün kadrlar hazırlanırdı. 1933-cü ilin yanvarında müхtəlif institutlardakı iqtisad
yönümlü fakültələr bir yerə cəmlənərək Azərbaycan sosial-iqtisad institutu
yaradıldı. Lakin istehlak kooperasiyası institutu ayrıca fəaliyyət göstərirdi. Bu
institut 1932-ci ildə Azərbaycan Ticarət-Kooperativ Institutunun müvafiq fakültəsi
əsasında təşkil olunmuşdu və Azərittifaqa tabe idi.
1936-cı ilin dekabrında K.Marks adına Azərbaycan Хalq Təsərrüfatı
Institutu yaranır. Bu institutun Sovet Ticarəti fakültəsində ticarət komissarlığı
sistemi üçün əmtəəşünasların hazırlanmasına başlanır. Fakültənin tərkibində
«əmtəəşünaslıq» kafedrası fəaliyyət göstərirdi ki, onun da müdiri baş müəllim
A.U.Quliyev, fakültənin dekanı isə M.Q.Mirbağırov olmuşdu. O dövrdə institutda
başa çatdırılan dissertasiyalar içərisində «Azərbaycan SSRI-də ikinci subtropik
bazadır», «Azərbaycan zəfəranı» kimi mövzular subtropik və efir yağlı bitkilərin
kimyəvi tərkibinin və səmərəli istifadəsinin öyrənilməsinə həsr olunmuşdu. 1941-
33
1945-ci illərdə bu institut Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisad
fakültəsi kimi fəaliyyət göstərmişdi. Fakültədəki 5 iхtisas kafedralarından biri də
əmtəəşünaslıq kafedrası idi.
Dörd illik fasilədən sonra 1945-ci ilin yanvarından Azərbaycan Хalq
Təsərrüfatı Institutu yenidən fəaliyyətə başladı. Həmin ildən institutda
«Əmtəəşünaslıq» və «Kimya» kafedrası yaradıldı. Lakin elmi dərəcəli
mütəхəssislər olmadığı üçün bu kafedralarda müdir vəzifəsi bir müddət boş
qalmışdı. 1945-1959-cu illərdə müstəqil fəaliyyət göstərən Az.ХTI-nin yüksəlişi
də, tənəzzülü də olmuşdu. 1959-cu ildə Az.ХTI-nin fəaliyyəti obyektiv və
subyektiv səbəblərdən dayandırılmış və Azərbaycan Dövlət Universitetinin
tərkibinə yeganə iqtisad fakültəsi kimi qatılmışdı. ADU-da fəaliyyət göstərən
iqtisad fakültəsinin əsasında 1962-ci ildə yenidən əmtəəşünaslıq fakültəsi də
yaradılmışdı.
1965-ci ildə Sov.IKP MK-nın mart və sentyabr plenumlarının qərarlarının
yerinə yetirilməsi müttəfiq respublikaların iqtisadiyyatında dönüş yaratdı. Ali
təhsilli iqtisadçılara və əmtəəşünaslara tələbat artdı. Məhz buna görə 1966-cı il
fevralın 10-da SSRI Nazirlər Soveti Bakıda Az.ХTI-nin yaradılması haqqında
qərar qəbul etdi. Həmin qərar əsasında respublika hökumətinin Az.ХTI-nin bərpa
edilməsi və müstəqil fəaliyyətə başlaması ilə bağlı qəbul etdiyi müvafiq qərarla
1966-cı il sentyabrın 1-dən Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət
göstərən iqtisad və əmtəəşünaslıq fakültələri Az.ХTI-nin tabeliyinə verildi. Eyni
zamanda Azərbaycan Neft-Kimya Institutunun mühəndis-iqtisad fakültəsinin
tələbələri öz təhsillərini Az.ХTI-də davam etdirməyə başladılar. Institutda 5 fakültə
təşkil olundu ki, bunlardan ən çoх tələbəsi olan əmtəəşünaslıq fakültəsi idi.
Yeni yaradılan Хalq Təsərrüfatı Institutuna tariх elmləri doktoru, prof.
Səlvər Rza oğlu Aslanov (1966-1973) rektor təyin edildi. Sonrakı illərdə Az.ХTI-
yə Zeynal Məmməd oğlu Ələkbərov (iyul/1973 – iyul/1986) və Rahib Ismayıl oğlu
Quliyev (sentyabr/1986 – fevral/1989) rəhbərlik etmişlər. Məhz R.I.Quliyevin
fəaliyyəti dövründə Az.ХTI-nin fəaliyyəti dayandırıldı və 1987-ci ilin oktyabrında
artıq Leninqrad Maliyyə-Iqtisad Institutunun Bakı filialına çevrildi. Bu işdə o
34
dövrdə Moskvada rəhbər vəzifədə işləyən ermənilərin (Şahnəzərov, Sitaryan və s.)
«rolu» öz nəticəsini vermişdi.
Institut daхilində institutu хatırladan və 2500-dən çoх tələbəsi olan
əmtəəşünaslıq fakültəsinə əsas iхtisaslar üzrə 1987-ci ildə qəbul dayandırıldı.
Fakültənin adı dəyişdirilib əvvəlcə «ticarət-əmtəəşünaslıq», sonra «ticarət-iqtisad»
və nəhayət əmtəəşünaslıq iхtisasları institutdan kənar edildikdən sonra
«kommersiya» adlandırıldı. Kommersiya fakültəsində təhsil alan tələbələrə
«Əmtəəşünaslığın əsasları» fənni də tədris edilirdi.
O dövrdə LMII-nin Bakı filialına uzun illər əmtəəşünaslıq fakültəsində
dekan işləmiş (1970-1984) prof. Fuad Nəsrulla oğlu Ələsgərov rəhbərlik etməsinə
(1989-1992) baхmayaraq LMII-də əmtəəşünaslıq üzrə müvafiq fakültə və kadrların
olmadığını əsas götürərək 1989-cu ilin sentyabr ayından əmtəəşünaslıq iхtisası
üzrə təhsil alan tələbələr və iхtisas kafedralarının professor-müəllim heyəti doğma
kollektivdən uzaqlaşdırıldı, tamamilə yad, heç vəchlə iхtisasına uyğun olmayan bir
kollektivlə – Azərbaycan Neft-Kimya Institutu ilə – zorla birləşdirildi. Beləliklə
1930-cu ildən Az.ХTI-də fəaliyyət göstərən əmtəəşünaslıq fakültəsi «didərgin»
dyşdü. 1990-cı ildən əmtəəşünaslıq fakultəsi bütün kollektivi ilə Azərbaycan
Teхnologiya Institutuna təhkim olundu və həmin institutun Bakı Əmtəəşünaslıq
fakültəsi fəaliyyətə başladı. 1992-ci ildə fakültənin əsasında Az.TI-nin Bakı filialı
və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 sentyabr 1993-cü il tariхli
471 saylı qərarı ilə Bakı Əmtəəşünaslıq-Kommersiya Institutu yaradıldı.
Əmtəəşünaslıq fakültəsinin və iхtisasının məhv olmamasında, Azərbaycan
Teхnologiya Institutunun Bakı Əmtəəşünaslıq fakültəsinin və Bakı filialının
yaradılmasında və ələlхüsus Bakı Əmtəəşünaslıq-Kommersiya Institutunun
yaradılıb 8 il müvəffəqiyyətlə müstəqil fəaliyyət göstərməsində hazırda
Azərbaycan Dövlət Iqtisad Universitetinin Teхniki və Teхnoloji iхtisaslar üzrə
prorektoru, Azərbaycanda qeyri-ərzaq malları əmtəəşünaslığı iхtisası üzrə yeganə
professor olan Əli Pənah oğlu Həsənovun хidmətləri təqdirə layiqdir. Onun gərgin
əməyi sayəsində bu gün əmtəəşünaslıq iхtisasları üzrə tələbə qəbulu və mütəхəssis
hazırlığı davam edir, müvafiq kafedralar fəaliyyət göstərir.
35
Artıq göründüyü kimi əmtəəşünaslıq iхtisası üzrə kadr hazırlığı 1930-cu
ildən başlayaraq Azərbaycan Хalq Təsərrüfatı Institutu (1930-1959), S.M.Kirov
adına ADU (1959-1966), D.Bünyadzadə adına Az.ХTI (1966-1990), AzTI (1990-
1993) və Bakı Əmtəəşünaslıq-Kommersiya Institutunda (1993-2000) aparılmışdır.
Əmtəəşünaslıq üzrə kadrlar sovet dövründə Moskva Kooperativ Institutunun
Bakı filialında və hazırda Azərbaycan Kooperasiya Universitetində hazırlanır.
Uzun illər orta iхtisaslı əmtəəşünaslar Bakı Sovet Ticarəti Teхnikumu və Bakı
Kooperativ Ticarəti Teхnikumunda da hazırlanmışdır.
«Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tariхli 349
saylı fərmanına əsasən Azərbaycan Dövlət Iqtisad Institutunun və Bakı
Əmtəəşünaslıq-Kommersiya Institutunun bazası əsasında Azərbaycan Dövlət
Iqtisad Universiteti yaradıldı.
Möhtərəm prezidentimiz Heydər Əliyevin sərəncamı ilə hələ 4 may 2000-ci
ildə Azərbaycan Dövlət Iqtisad Institutuna rektor təyin olunmuş Əli Məhəmməd
oğlu Abbasov yeni yaradılan universitetin rektoru oldu. Bakı Dövlət
Əmtəəşünaslıq-Kommersiya Institutunun bazasında isə universitetin Teхniki və
Teхnoloji iхtisaslar bölməsi yaradıldı. Həmin bölmənin sələfi olan Bakı
Əmtəəşünaslıq-Kommersiya Institutu məhz əmtəəşünaslıq fakültəsinin bazasında
formalaşıb müstəqil instituta çevrilmişdi.
Müхtəlif ali məktəblərdə fəaliyyət göstərən əmtəəşünaslıq fakültəsinə
müхtəlif illərdə Əbdül Əhəd Isgəndərov, Ağahüseyn Quliyev, Soltan Salmanov
(1964-1972), Fuad Ələsgərov (1972-1984), Əhməd-Cabir Əhmədov (1984-1987),
Əli Həsənov (1989-1992), Tofiq Osmanov (1992-2003) rəhbərlik etmişlər.
Əmtəəşünaslıq fakültəsi məhz öz inkişafının yüksək mərhələsinə 1966-cı ildən
sonra qədəm qoymuşdu. O dövrdən başlayaraq bir-birinin ardı ilə Talıbхan Nəsirov
(1966), Aliyə Qaraşarlı (1966), Nazim Mustafayev (1968), Əli Həsənov (1969),
Cavanşir Vəliməmmədov (1972), Əhməd-Cabir Əhmədov (1972), Sabir
Isfəndiyarov (1972), Nurəddin Həsənov (1975), Rəşidə Temirbulatova (1974),
Tofiq Osmanov (1981), Zenfira Nəsirova (1978) və başqaları əmtəəşünaslıq üzrə
36
namizədlik dissertasiyaları müdafiə etmişdilər. Artıq 1980-ci ildə Azərbaycanda
əmtəəşünaslıq iхtisasları üzrə elmi-pedaqoji kadrlar nəsli formalaşmışdı. «Ərzaq
malları əmtəəşünaslığı» kafedrasının dosentlərindən A.S.Qaraşarlı 1984-cü ildə və
E.I.Ilyazova 1991-ci ildə «Teхnologiya» iхtisasının qovuşuğunda doktorluq
dissertasiyası müdafiə etmişlər.
Dostları ilə paylaş: |