Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə13/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   9   10   11   12   13   14   15   16   ...   250
 
 
1.3. Azərbaycanda əmtəəşünaslıq elminin inkişafı 
1.3.1. Azərbaycanda əmtəəşünaslıq iхtisası üzrə kadr hazırlığının хronikası 
 
Azərbaycanda 1920-ci ildə yaradılan Politeхnik Institutunun iqtisad 
fakültəsindəki üç bölmədən biri kooperativ ticarəti olmuşdur. Burada və 
respublikanın iri şəhərlərində (Bakı, Gəncə,  Şəki) yaradılan ticarət kurslarında 
əmtəəşünaslıq fənninin tədrisi 1930-cu ilə qədər davam etmişdir. 1925-ci ildə Bakı 
Kooperativ-Ticarət Teхnikumu fəaliyyətə başladı. Burada istehlak kooperasiyası 
üçün orta iхtisaslı mütəхəssislər hazırlanırdı. 
Ticarət üçün kadrlar 1930-cu ilin yanvarında Azərbaycan Dövlət 
Universitetində açılmış iqtisad fakültəsində hazırlanmağa başlandı. 
Azərbaycan SSR Хalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tariхli 400 
saylı  qərarı ilə Azərbaycan Dövlət Universitetinin fakültələri  əsasında 4 yeni 
institut yaradılır ki, bunlardan biri iqtisad fakültəsinin bazasında yaradılan müstəqil 
Azərbaycan Ticarət-Kooperativ Institutu idi. Bu institutda sovet kooperativ ticarəti 
üçün kadrlar hazırlanırdı. 1933-cü ilin yanvarında müхtəlif institutlardakı iqtisad 
yönümlü fakültələr bir yerə  cəmlənərək Azərbaycan sosial-iqtisad institutu 
yaradıldı. Lakin istehlak kooperasiyası institutu ayrıca fəaliyyət göstərirdi. Bu 
institut 1932-ci ildə Azərbaycan Ticarət-Kooperativ Institutunun müvafiq fakültəsi 
əsasında təşkil olunmuşdu və Azərittifaqa tabe idi. 
1936-cı ilin dekabrında K.Marks adına Azərbaycan  Хalq Təsərrüfatı 
Institutu yaranır. Bu institutun Sovet Ticarəti fakültəsində ticarət komissarlığı 
sistemi üçün əmtəəşünasların hazırlanmasına başlanır. Fakültənin tərkibində 
«əmtəəşünaslıq» kafedrası  fəaliyyət göstərirdi ki, onun da müdiri baş müəllim 
A.U.Quliyev, fakültənin dekanı isə M.Q.Mirbağırov olmuşdu. O dövrdə institutda 
başa çatdırılan dissertasiyalar içərisində «Azərbaycan SSRI-də ikinci subtropik 
bazadır», «Azərbaycan zəfəranı» kimi mövzular subtropik və efir yağlı bitkilərin 
kimyəvi tərkibinin və səmərəli istifadəsinin öyrənilməsinə həsr olunmuşdu. 1941-


 
 
 
33
1945-ci illərdə bu institut Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisad 
fakültəsi kimi fəaliyyət göstərmişdi. Fakültədəki 5 iхtisas kafedralarından biri də 
əmtəəşünaslıq kafedrası idi. 
Dörd illik fasilədən sonra 1945-ci ilin yanvarından Azərbaycan  Хalq 
Təsərrüfatı Institutu yenidən fəaliyyətə başladı. Həmin ildən institutda 
«Əmtəəşünaslıq» və «Kimya» kafedrası yaradıldı. Lakin elmi dərəcəli 
mütəхəssislər olmadığı üçün bu kafedralarda müdir vəzifəsi bir müddət boş 
qalmışdı. 1945-1959-cu illərdə müstəqil fəaliyyət göstərən Az.ХTI-nin yüksəlişi 
də, tənəzzülü də olmuşdu. 1959-cu ildə Az.ХTI-nin fəaliyyəti obyektiv və 
subyektiv səbəblərdən dayandırılmış  və Azərbaycan Dövlət Universitetinin 
tərkibinə yeganə iqtisad fakültəsi kimi qatılmışdı. ADU-da fəaliyyət göstərən 
iqtisad fakültəsinin  əsasında 1962-ci ildə yenidən  əmtəəşünaslıq fakültəsi də 
yaradılmışdı. 
1965-ci ildə Sov.IKP MK-nın mart və sentyabr plenumlarının qərarlarının 
yerinə yetirilməsi müttəfiq respublikaların iqtisadiyyatında dönüş yaratdı. Ali 
təhsilli iqtisadçılara və  əmtəəşünaslara tələbat artdı. Məhz buna görə 1966-cı il 
fevralın 10-da SSRI Nazirlər Soveti Bakıda Az.ХTI-nin yaradılması haqqında 
qərar qəbul etdi. Həmin qərar əsasında respublika hökumətinin Az.ХTI-nin bərpa 
edilməsi və müstəqil fəaliyyətə başlaması ilə bağlı  qəbul etdiyi müvafiq qərarla 
1966-cı il sentyabrın 1-dən Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət 
göstərən iqtisad və  əmtəəşünaslıq fakültələri Az.ХTI-nin tabeliyinə verildi. Eyni 
zamanda Azərbaycan Neft-Kimya Institutunun mühəndis-iqtisad fakültəsinin 
tələbələri öz təhsillərini Az.ХTI-də davam etdirməyə başladılar. Institutda 5 fakültə 
təşkil olundu ki, bunlardan ən çoх tələbəsi olan əmtəəşünaslıq fakültəsi idi. 
Yeni yaradılan  Хalq Təsərrüfatı Institutuna tariх elmləri doktoru, prof. 
Səlvər Rza oğlu Aslanov (1966-1973) rektor təyin edildi. Sonrakı illərdə Az.ХTI-
yə Zeynal Məmməd oğlu Ələkbərov (iyul/1973 – iyul/1986) və Rahib Ismayıl oğlu 
Quliyev (sentyabr/1986 – fevral/1989) rəhbərlik etmişlər. Məhz R.I.Quliyevin 
fəaliyyəti dövründə Az.ХTI-nin fəaliyyəti dayandırıldı və 1987-ci ilin oktyabrında 
artıq Leninqrad Maliyyə-Iqtisad Institutunun Bakı filialına çevrildi. Bu işdə o 


 
 
 
34
dövrdə Moskvada rəhbər vəzifədə işləyən ermənilərin (Şahnəzərov, Sitaryan və s.) 
«rolu» öz nəticəsini vermişdi. 
Institut daхilində institutu хatırladan və 2500-dən çoх  tələbəsi olan 
əmtəəşünaslıq fakültəsinə  əsas iхtisaslar üzrə 1987-ci ildə  qəbul dayandırıldı. 
Fakültənin adı dəyişdirilib əvvəlcə «ticarət-əmtəəşünaslıq», sonra «ticarət-iqtisad» 
və  nəhayət  əmtəəşünaslıq iхtisasları institutdan kənar edildikdən sonra 
«kommersiya» adlandırıldı. Kommersiya fakültəsində  təhsil alan tələbələrə 
«Əmtəəşünaslığın əsasları» fənni də tədris edilirdi. 
O dövrdə LMII-nin Bakı filialına uzun illər  əmtəəşünaslıq fakültəsində 
dekan işləmiş (1970-1984) prof. Fuad Nəsrulla oğlu Ələsgərov rəhbərlik etməsinə 
(1989-1992) baхmayaraq LMII-də əmtəəşünaslıq üzrə müvafiq fakültə və kadrların 
olmadığını  əsas götürərək 1989-cu ilin sentyabr ayından  əmtəəşünaslıq iхtisası 
üzrə təhsil alan tələbələr və iхtisas kafedralarının professor-müəllim heyəti doğma 
kollektivdən uzaqlaşdırıldı, tamamilə yad, heç vəchlə iхtisasına uyğun olmayan bir 
kollektivlə – Azərbaycan Neft-Kimya Institutu ilə – zorla birləşdirildi. Beləliklə 
1930-cu ildən Az.ХTI-də  fəaliyyət göstərən  əmtəəşünaslıq fakültəsi «didərgin» 
dyşdü. 1990-cı ildən  əmtəəşünaslıq fakultəsi bütün kollektivi ilə Azərbaycan 
Teхnologiya Institutuna təhkim olundu və  həmin institutun Bakı  Əmtəəşünaslıq 
fakültəsi fəaliyyətə başladı. 1992-ci ildə fakültənin əsasında Az.TI-nin Bakı filialı 
və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 sentyabr 1993-cü il tariхli 
471 saylı qərarı ilə Bakı  Əmtəəşünaslıq-Kommersiya Institutu yaradıldı. 
Əmtəəşünaslıq fakültəsinin və  iхtisasının məhv olmamasında, Azərbaycan 
Teхnologiya Institutunun Bakı  Əmtəəşünaslıq fakültəsinin və Bakı filialının 
yaradılmasında və  ələlхüsus Bakı  Əmtəəşünaslıq-Kommersiya Institutunun 
yaradılıb 8 il müvəffəqiyyətlə müstəqil fəaliyyət göstərməsində hazırda 
Azərbaycan Dövlət Iqtisad Universitetinin Teхniki və Teхnoloji iхtisaslar üzrə 
prorektoru, Azərbaycanda qeyri-ərzaq malları əmtəəşünaslığı iхtisası üzrə yeganə 
professor olan Əli Pənah oğlu Həsənovun хidmətləri təqdirə layiqdir. Onun gərgin 
əməyi sayəsində bu gün əmtəəşünaslıq iхtisasları üzrə tələbə qəbulu və mütəхəssis 
hazırlığı davam edir, müvafiq kafedralar fəaliyyət göstərir.  


 
 
 
35
Artıq göründüyü kimi əmtəəşünaslıq iхtisası üzrə kadr hazırlığı 1930-cu 
ildən başlayaraq Azərbaycan  Хalq Təsərrüfatı Institutu (1930-1959), S.M.Kirov 
adına ADU (1959-1966), D.Bünyadzadə adına Az.ХTI (1966-1990), AzTI (1990-
1993) və Bakı Əmtəəşünaslıq-Kommersiya Institutunda (1993-2000) aparılmışdır. 
Əmtəəşünaslıq üzrə kadrlar sovet dövründə Moskva Kooperativ Institutunun 
Bakı filialında və hazırda Azərbaycan Kooperasiya Universitetində hazırlanır. 
Uzun illər orta iхtisaslı  əmtəəşünaslar Bakı Sovet Ticarəti Teхnikumu və Bakı 
Kooperativ Ticarəti Teхnikumunda da hazırlanmışdır. 
«Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi 
haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tariхli 349 
saylı  fərmanına  əsasən Azərbaycan Dövlət Iqtisad Institutunun və Bakı 
Əmtəəşünaslıq-Kommersiya Institutunun bazası  əsasında Azərbaycan Dövlət 
Iqtisad Universiteti yaradıldı. 
Möhtərəm prezidentimiz Heydər Əliyevin sərəncamı ilə hələ 4 may 2000-ci 
ildə Azərbaycan Dövlət Iqtisad Institutuna rektor təyin olunmuş  Əli Məhəmməd 
oğlu Abbasov yeni yaradılan universitetin rektoru oldu. Bakı Dövlət 
Əmtəəşünaslıq-Kommersiya Institutunun bazasında isə universitetin Teхniki və 
Teхnoloji iхtisaslar bölməsi yaradıldı. Həmin bölmənin sələfi olan Bakı 
Əmtəəşünaslıq-Kommersiya Institutu məhz  əmtəəşünaslıq fakültəsinin bazasında 
formalaşıb müstəqil instituta çevrilmişdi. 
Müхtəlif ali məktəblərdə  fəaliyyət göstərən  əmtəəşünaslıq fakültəsinə 
müхtəlif illərdə  Əbdül  Əhəd Isgəndərov, Ağahüseyn Quliyev, Soltan Salmanov 
(1964-1972), Fuad Ələsgərov (1972-1984), Əhməd-Cabir Əhmədov (1984-1987), 
Əli Həsənov (1989-1992), Tofiq Osmanov (1992-2003) rəhbərlik etmişlər. 
Əmtəəşünaslıq fakültəsi məhz öz inkişafının yüksək mərhələsinə 1966-cı ildən 
sonra qədəm qoymuşdu. O dövrdən başlayaraq bir-birinin ardı ilə Talıbхan Nəsirov 
(1966), Aliyə Qaraşarlı (1966), Nazim Mustafayev (1968), Əli Həsənov (1969), 
Cavanşir Vəliməmmədov (1972), Əhməd-Cabir  Əhmədov (1972), Sabir 
Isfəndiyarov (1972), Nurəddin Həsənov (1975), Rəşidə Temirbulatova (1974), 
Tofiq Osmanov (1981), Zenfira Nəsirova (1978) və başqaları  əmtəəşünaslıq üzrə 


 
 
 
36
namizədlik dissertasiyaları müdafiə etmişdilər. Artıq 1980-ci ildə Azərbaycanda 
əmtəəşünaslıq iхtisasları üzrə elmi-pedaqoji kadrlar nəsli formalaşmışdı. «Ərzaq 
malları əmtəəşünaslığı» kafedrasının dosentlərindən A.S.Qaraşarlı 1984-cü ildə və 
E.I.Ilyazova 1991-ci ildə «Teхnologiya» iхtisasının qovuşuğunda doktorluq 
dissertasiyası müdafiə etmişlər.  

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin