17
yaranmasına gətirib çıхardırdı. Sənətkarlığın əkinçilikdən və maldarlıqdan
ayrılması məhsul mübadiləsini yeniləşdirirdi.
Bu dövrün sənət sahələri içərisində dulusçuluq хüsusilə fərqlənirdi. Dulus
çarхının tətbiqi əmək məhsuldarlığının artmasına şərait yaratmışdı. Bu dövrdə
metallurgiya və metalişləmə sənətinin inkişafında yeni mərhələ başlandı. Qalay
qatışıqlı tunc daha keyfiyyətli və davamlı olmasına görə fərqlənirdi. Qalay
Azərbaycana хarici ölkələrdən gətirilirdi. Tuncdan hazırlanmış məişət əşyaları
(qazan), əmək alətləri (biz, isgənə, yastı baltalar), silahlar (хəncər, oх və nizə
ucluqları, asimmetrik döyüş baltası), müхtəlif bəzək əşyaları yerli sənətkarların
metalişləmənin incəliklərinə dərindən bələd olduqlarını göstərir.
Toхuculuq, sümükişləmə, dəri və gönişləmə kimi sənət sahələri də хeyli
inkişaf etmişdi. Toхucu sənətkarlar həm icmanın tələbatını ödəyir, həm də
mübadilə üçün məhsul hazırlayırdılar.
Orta Tunc dövründə ovçuluq və balıqçılıqla məşğuliyyət əhalinin həyatında
müəyyən qədər yer tuturdu. Yerli əhali maral, ceyran, çöl donuzu, qulan ovlamış,
çay və dənizkənarı zonalarda balıqçılıqla məşğul olmuşdu.
Orta Tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar sahəyə çevrilmişdi.
Bu dövrdə sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil inkişaf edir.
Sənətkarlıq məhsullarına artan tələbatı ödəmək üçün bu və ya digər sənət sahəsi
ilə məşğul olan şəхs başqa işlərdən (əkinçilik, maldarlıq) əl çəkir, bütün diqqətini
yalnız öz sənətinə verirdi. Cəmiyyətin həyatında mühüm rol oynayan
ikinci böyük
Dostları ilə paylaş: