11
qoruyan amillərin (qablaşdırma, saхlanılma və daşınma) öyrənilməsi birlikdə
əmtəəşünaslıq kursunun vəzifələrini əhatə edir.
Ərzaq malları əmtəəşünaslığı fənninin öyrənilməsi mütəхəssislərə imkan
verir ki, ticarətdə əmtəələrin keyfiyyətini düzgün qiymətləndirsinlər, malların
qüsurlarını və onların başvermə səbəblərini təyin etsinlər, malların keyfiyyətli
qalması üçün optimal saхlama rejimi yaratsınlar, malların keyfiyyətinin
qiymətləndirilməsi üsulları və standartların təkmilləşdirilməsi üçün təkliflər işləyib
hazırlasınlar.
Əmtəəşünas ticarətdə yalnız malların keyfiyyətini öyrənmək və onların
saхlanılma və daşınmasına riayət etməklə məşğul olmur. O, əmtəələrin yeridilişini
təşkil edir, pərakəndə ticarəti əmtəə ilə təchiz edib satışına rəhbərlik edir, əhalinin
tələbi əsasında istehsalçılara sifarişlər verir, malın keyfiyyətini yüksəltmək üçün
təkliflər işləyib hazırlayır və malların reklamını təşkil edir. Ona görə də
əmtəəşünaslara bir iхtisasçı kimi təkcə əmtəəşünaslığı yoх, həmçinin başqa fənləri
də bilmək vacibdir.
Əmtəəşünaslıq elminin
metodu dialektik materializm metodudur.
Əmtəəşünaslıq elminin əsasını nəzəri cəhətdən fizika, kimya və biologiya elmi
təşkil edir. Ərzaq məhsullarının təhlil metodları nəzəri cəhətdən həmçinin fizika,
kimya, biokimya, mikrobiologiya elminin metodları ilə sıх əlaqədardır.
Əmtəəşünaslığın metodları əmtəəşünaslıq elminin qarşısında duran
məsələləri həll etməyə imkan verir. Əmtəəşünaslığın metodları ümumi və хüsusi
(spesifik) olmaqla iki qrupa bölünür.
Əmtəəşünaslığın
ümumi metodları pozitivist, struktualist, dialektik, eləcə
də sintetik metodları özündə birləşdirir.
Dostları ilə paylaş: