______________Milli Kitabxana_____________
180
hakimiyyətə gəlməsini istəməmişdir. Bu məqsədlə qızını fars
vilayətinin hökmdarı I Kambizə (Əhəməni nəslindən) ərə verir.
Onun fikrincə, fars mənşəli nəvə Midiya taxt-tacına sahib ola
bilməzdi. Astiaq yeni dünyaya gəlmiş nəvəsi Kirin öldürülməsi
haqqında gizli göstəriş verir. Lakin uşaq təsadüfən sağ qalır.
Astiaqın sarayında fars meylli qüvvələr artır. Onlar Kirin
hakimiyyətə gəlməsinə çalışırlar.
E.ə. 553-cü ildə fars vilayətində II Kir hakimiyyətə gəldi. O,
Astiaqa qarşı üç il mübarizə apardı. E.ə. 550-ci ildə qələbə çaldı
və Ekbatana şəhərini tutdu. Midiya dövləti süqut etdi və İran
Əhəməni (fars) dövlətinin tərkibinə qatıldı.
Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur-
Babil qayaüstü mixi yazılarından məlum olur ki, Midiyada
mədəniyyət yüksək inkişaf etmişdi. Midiya əfsanələri
(“Astiaq və Tomiris”) Midiya mədəniyyətin öyrənilməsi üçün
çox mühüm əhəmiyyətə malikdir.
Midiyada memarlıq güclü inkişaf etmişdi. Suz sarayları,
Ekbatananı əhatə edən yeddi cərgə divarları, qırmızı kərpicdən
tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir.
Zərdüştlük təqribən e.ə. VII- VI əsrlərdə meydana gəlmişdir.
Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə şər ilə
xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir.
Zərdüştlüyün təlimində təkallahlılıq təzahür edir. O, Ahrumazdanı
vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və şər
arasında mübarizə gedir. İnsanlar xeyir və şəri seçməkdə
sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib
gəlməlidir.
“Avesta” e.ə. 330 ildə Makedoniyalı İsgəndər tərəfindən
əhəməniləri sarayı Persopolu tutan zaman yandırılmış və əsil
nüsxəsi bizə gəlib çatmamışdır. Yalnız Sasanilər dövründə (III-
VII əsrlər) yenidən bərpa edilmiş və dövlət dini elan edilmişdir.
21 hissədən ibarət “Avestanın” yalnız 3 hissəsini bərpa etmək
mümkün olmuşdur. 1) Vendidad 2) Visperad 3) Sasna. Bu 3 hissə
milli mədəniyyətin inkişafına güclü təsir göstərmiş və onu
zənginləşdirmişdir.
|