______________Milli Kitabxana_____________
343
QƏDİM YUNAN MƏDƏNİYYƏTİ
Avropada
ən qədim dövlət. Yunanıstan Balkan
yarımadasının cənubunda yerləşir. Dağlıq ölkədir. Daşlı-kəsəkli
yamaclarda kolluqlar və seyrək ot bitirdi. Dağlar arasında münbit
torpaqlı kiçik düzənliklər yerləşirdi. Yunanıstanda dəmir, mis,
gümüş, mərmər yataqları var idi. Onun şərq sahili Egey dənizi ilə
əhatələnir, girintili-çıxıntılıdır, liman üçün əlverişlidir. Burada qış
qısa olur. Yayda çayların suyu quruyur Yunanlar yola saldıqları
adamlara deyirdilər: “Yaxşı yol, sərin su”. Yunanıstan təbii
surətdə üç hissəyə bölünürdü. Cənubi Yunanıstan və ya
Peloponnes yalnız dar bir bərzəx vasitəsilə Orta Yunanıstanla
birləşir. Orta Yunanıstanı və Şimali Yunanıstanı bir-birindən sıra
dağlar ayIrır, ancaq sahildə dağlarla dəniz arasında dar Fermopil
keçidi vardır. Egey dənizində çoxlu adalar var. Onların ən böyüyü
Krit adasıdır.
E.ə. XIX əsrdə arxeoloqlar Krit adasında e.ə. III-II
minilliklərə aid daş ev, yoxsul komaları, saray qalıqları anbarlar,
tuncdan silah, qızıldan bəzək əşyaları və s. aşkar etdilər.
Kirtlilərin öz yazıları var idi Onu hələlik heç kəs oxuya
bilməmişdir. Onlar Misir, Finikiya vasitəsilə Babil ilə ticarət
aparırdılar. Beləliklə, e.ə. III-II minilliklərdə Avropada ilk sinfi
cəmiyyət və dövlət yarandı. Kritdən şimalda kiçik adada vulkan
püskürmüş, Krit mədəniyyəti məhv olmuşdu. Buraya gələn
yunanlar Kriti asanlıqla tuta bildilər.
Krit mədəniyyəti ilə bağlı mədəniyyət e.ə. II minillikdə
Peloponnesdə Miken şəhərində yarandı. Mikenlilər kritlilərin
yazısını öz dillərinə uyğunlaşdırdılar. Miken şəhərində axey
tayfaları məskunlaşmışdı. Miken Akropolu (yunanca “yuxarı
şəhər) düzənliyin ortasındakı hündür təpədə yerləşirdi. Burada
saray qalıqları, sərdabələr, ölünün üzünə qoyulan qızıl maska,
bəzək əşyaları, silah və s. aşkar edilmişdir Beləliklə, e.ə. II
minillikdə Yunanıstanın daha münbit vilayətlərində quldarlıq
quruluşu təşəkkül tapdı və dövlət yarandı. E.ə. XII əsrdə şimaldan
gələn dori tayfaları Yunanıstanı tutub özlərindən əvvəlki
mədəniyyətə sön qoydular. Dorilərin mədəniyyəti Miken
mədəniyyətindən aşağı idi. Dorilər Yunanıstanı tutub özlərindən