______________Milli Kitabxana_____________
397
Yunanıstan Romaya incəsənət gətirməklə vəhşi qalibləri əsir
etmişdi”. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir
sıra yeniliklər gətirmişlər. Yunan və Roma mədəniyyətini antik
mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət
dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün
dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.
E.ə. IV əsrdə yaranan Ellin dövlətləri nisbətən çox ömür
sürməmişdir. Artıq e.ə. II-1 əsrlərdə onların əksəriyyəti Roma
tərəfindən işğal olundu. Bu zamandan başlayaraq antik
mədəniyyətin mərkəzi müasir İtaliya ərazisinə keçdi.
Appenin yarımadası ərazisində ən qədim sivilizasiya Etrusk
mədəniyyəti adı ilə tarixə düşmüşdür. E.ə. I minillikdə Orta və
Şimali
İtaliya
ərazisində etrusklar şəhər-dövlətlərinin
federasiyasını yaratmışlar. Onların şəhərləri üçün daş divarlar və
küçələrin düzgün planlaşdırılması səciyyəvi hal idi.
Arxeoloji qazıntılar etruskların çoxsaylı mədəniyyət
abidələrinin aşkar edilməsinə imkan vermişdir. Buraya divarları
yazılmış məqbərələr, sarkofaqlar, silahlar, zərgərlik şeyləri, ev-
məişət əşyaları, heykəltəraşlıq və s. daxildir. Realizm-yəni insan
cizgilərinin düzgün verilməsi səciyyəvidir. Etrusk təsiri
nəticəsində «Roma portreti» yaranmış, mükəmməlliyə çatmışdır.
Çoxlu yazılar tapılsa da hələ də etrusk yazıları oxunmamışdır.
Etruskların dinində heyvanların daxili orqanlarına, quşların
uçuşuna əsasən fala baxılması, təbiətin qeyri-adi hadisələrinə şərh
mühüm yer tutmuşdur. Etruskların allahlar panteonu yunanlarınkı
kimi olsa da, onlarda çoxlu xeyir və şər iblislərə etiqad mövcud
olmuşdur.
Etrusk mədəniyyətinə Böyük müstəmləkəçilik (VIII-VI
əsrlər) dövründə yunanların təsiri böyük olmuşdur. Etruskların
yunan mifologiyası və Homer eposlarının obrazlarını
mənimsəməsi faktı məlumdur. Öz növbəsində etruskların İtaliya
xalqlarına, xüsusilə romalılara təsiri böyük olmuşdur. Bu təsir
Qədim Romanın memarlığında, heykəltəraşlığında, dinində özünü
göstərmişdir. Roma tarixi ənənəyə görə e.ə. 753-cü ildən başlanır.
Çarlıq dövrü e.ə. VIII-VI əsrləri əhatə edir. Onun sonuna yaxın
Roma şəhər-dövlət kimi formalaşmağa başladı. Əfsanəyə görə
|