______________Milli Kitabxana_____________
400
tarixşünaslığında böyük rol oynamışdır. Böyük sərkərdə Qay Yuli
Sezar “Qall müharibələri haqqında qeydlər», “Vətəndəş
müharibəsi haqqında qeydlər” əsərlərinin müəllifidir.
Romada fəlsəfə tam şəkildə yunan fəlsəfəsinin təsiri altıda
olmuşdur. Ona görə də müstəqil Roma fəlsəfi sistemləri
yaradılmamışdır.
Roma memarlığı yunan memarlığının güclü təsirinə məruz
qalmışdır. Lakin oradakı tikililər özünün əzəməti, bəzəyi və s. ilə
seçilmişdir. E.ə. II-I əsrlərdə beton və s. istifadə edilirdi. Orada
tikilən «Zəfər darvazaları» diqqəti daha çox cəlb edir. Həmin
dövrdə külli miqdarda portret heykəlləri yaradılır. Görkəmli
adamların büstləri yaradılır. Eyni zamanda memarlıq, hüquq
elmlərinə dair əsərlər meydana çıxır.
E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi-
imperiya dövrü başlanır. Roma ən qüdrətli imperiyaya çevrilir. Bu
imperiya öz tərkibinə şərqi Aralıq dənizi, Şimali Afrika,
Avropanın xeyli hissəsini daxil etmişdir. Roma imperiyasında
fəlsəfənin öyrənilmə mərkəzi Afina olaraq qalırdı. Bu dövrdə
stoisizm yayılmışdır. Onun nümayəndələri Seneka (e.ə. 4 - b.e.
65) və imperator Mark Avreli (121-130) olmuşdur. Cəmiyyətin
aşağı təbəqələri içərisində gəzən səyyar filosoflar-kiniklər böyük
hörmətə malik idilər. Ölümündən sonra ilahiləşdirilən imperator
kultu və ilahə Roma kultu kimi yeni kultlar prinsipat dövrünün
dini üçün səciyyəvi hadisə idi. İlahə Roma bütün Roma
imperiyasının hamisi hesab olunurdu. Bu dövrdə xilaskar allah
kultları da geniş yayılmışdı. Həmin allahlar guya ölümə qalib gəlir
və dindarlara axirət dünyasında ölməzlik bəxş edirdilər. Roma,
İsgəndəriyyə, Afina, Karfagen kimi iri şəhərlər Roma
imperiyasının elm mərkəzləri idi. I-II əsrlərdə coğrafiya elminə
daha çox diqqət yetirilirdi. Strabonun (e.ə. 64/63 – b.e. 23/24)
traktatları, Klavdi Ptolemeyin (90-160) traktatları və fiziki
coğrafiyanın, botanika, zoologiya və mineralogiyanın
ensiklopediyaçısı olan Böyük Plininin (23/24-79) «Təbət tarixi»
əsəri, həkim Qalenin (130-200) təcrübələri və s. bu dövrə aiddir.
İlkin imperiya dövrünün ədəbiyyatı da diqqəti cəlb edir.
Apuley (b.e.125-180) «Metamorfozlar» (və yaxud «Qızıl eşşək»),
|