Azerbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti
Sərbəst İş
Kadefra: “İctimai Elimlər”
Fənn: Azərbaycan Tarixi
Mövzu: Babək
İxtisas: Sosial iş
Kurs: 1
Qrup: 212807B
Müəllim: Quliyeva Aybeniz
Tələbə: Əskərov Rəsul
2021/2022
Plan
1.Giriş
2.Həyatı
3. Babək Xürrəmi Vətən tarixşünaslığında 4.Vəfatı
4.Ədəbiyyat
Babək
Giriş:
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin — Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş böyük sərkərdə. Fars mənbələrində adı "Papak", erməni mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir.
Əsas Hissə:
Həyatı
Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir.
O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu.
Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir.
Onun dul qadını iki uşağı — Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.
Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır.
Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür.
Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm — de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq."
Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: "Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildə baş verdi.
Dostları ilə paylaş: |