Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə315/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   311   312   313   314   315   316   317   318   ...   328
______________Milli Kitabxana_____________ 

 403


zülmkarları  cəzalandıracaq allahı  səbirsizliklə gözləyirdilər. I 

əsrdə  Fələstində Romanın ağalığına və yerli yəhudi  əyanlarına 

qarşı olan üsyan amansızlıqla yatırıldı. Nəticədə insanlarda 

“rəhmdil allah” ümidi meydana gəldi. Belə bir şəraitdə Fələstində 

İsa haqqında əfsanə yarandı. Deyilənə görə İsa eramızın birinci ili 

ərəfəsində Fələstində Nəsirə qəsəbəsində anadan olmuşdur. Anası 

yəhudi qızı Məryəm idi. Xristianlar onun atasının allah olduğuna 

inanırlar.  İsa otuz yaşına çatanda yeni bir din yaradır. Yunanlar 

onu İisus Xristos adlandırırdılar. Bu dinə inananlara xristian, dini 

xristianlıq adlandırdılar. Sağlığında ona iman gətirmiş 12 nəfər 

şagirdi  İsanı daim müşayiət edirdi. Onlara “apostol” (övliya) 

deyirdilər. Xristianların dini kitabı “İncildə” deyilir ki, allah İsanı 

insanları yer üzündə zülmdən xilas etmək üçün göndəribmiş, lakin 

yəhudilər romalılara  İsanın yeni bir din yaratdığını  və yeni bir 

dövlət yaradacağını xəbər verirlər. Romalılar İsanı çarmıxa çəkib 

edam etmişdilər. İsa üç gündən sonra dirilib göylərə çəkilmişdir. 

Bütün  əzablara dözmüş  İsa vəd edir ki, yer üzünə qayıdacaq, 

insanları  əməlinə görə mühakimə edəcək. Yer üzündə  əzab-

əziyyətə dözən,  İsanı allah kimi qəbul edən axirətdə 

mükafatlandırılacaq, cənnətdə  əbədi xoşbəxt olacaq. Onu inkar 

edən cəhənnəmdə  əbədi  əzab-əziyyətə  məhkum olacaq. İsa 

haqqındakı bu rəvayət ölən və dirilən allahlar haqqında olan 

əfsanəyə bənzəyir. Beləliklə, I əsrin sonu və II əsrdə İsa haqqında 

əfsanələr yazıldı  və bunların hamısı yoxsulların səbirsizliklə 

gözlədikləri xoş  xəbərlər idi. Əvvəlcə qullar və yoxsullar İsa 

haqqında əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma 

imperiyasına yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət 

göstərirdilər. Onlar qədim dini bayramlardan bir çox ayinlər 

mənimsəyib öz dini bayramlarını qeyd edirdilər. Günün uzanmağa 

başladığı 25 dekabr İsanın anadan olduğu gün kimi qeyd edir. 

İsanın dirildiyi günü yazda təbiətin oyandığı bir vaxtda bayram 

edirlər. Xristianlar allahın yeri altı günə yaratması, insanı 

palçıqdan düzəldib ona ruh verməsi haqqındakı əfsanəni də qəbul 

etmişlər. Xristianlar gizli zirzəmilərdə  və köhnə daş 

karxanalarında yığıncaqlar keçirir, ibadət edirdilər. 

Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin