Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


SSRİ sənayesinin, nəqliyyatının və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə208/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   204   205   206   207   208   209   210   211   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

SSRİ sənayesinin, nəqliyyatının və 
hərbi texnikasının, 
(aviasiya, tank, zirehli 
maşınlar və 
s.) 
istifadə etdiyi 110 
milyon ton neftin 75 milyon tonu Bakının payına düşür. 
SSRİ üzrə bütün 
təyyarə benzininin 85 

90%-i 
Bakıdan göndərilirdi. 
Müharibə dövründə Bakı SSRİ-nin əsas 
cəbbəxanalarından 
birinə 
çevrilmişdi. Bakının sənaye müəssisələrində məşhur "Katyuşa" adlandırılan 
reaktiv artilleriya döyüş maşını, pulemyotlar və hərbi təyyarələr üçün hissələr 
istehsal edilirdi. Bakıda ümumilikdə 
130 növ silah və sursat 
istehsal olunurdu. 
Döyüş bölgələrində və arxa cəbhədə Azərbaycandan 6500 tibb işçisi xidmət 
edirdi və 20 min nəfərdən çox azərbaycanlı yaralılar üçün könüllü olaraq qan 
vermişdi. 
Azərbaycanın kənd əhalisi yarıtox, çox zaman ac - susuz vəziyyətdə 
çalışaraq cəbhədəki əsgərlərin çörəklə təmin olunmasında Sovet dövlətinə 
əvəzsiz xidmət göstərmişdi. Azərbaycanda strateji məhsul olan pambıq 
bitkisinin əkini xeyli genişləndirilmişdi. Müharibə nəticəsində həyat səviyyəsi 
olduqca aşağı düşən və ağır şəraitdə yaşayan azərbaycanlılar qələbə naminə heç 
nəyini əsirgəməmişdir. Azərbaycanlılar 
müharibə fonduna 15,5 kq qızıl, 
952,5 kq gümüş, 295 milyon manat pul təhvil vermiş 
və cəbhəyə 
135 
vaqon 
isti paltar 
göndərmişdilər. 
311 


Böyük Britaniya ABŞ və Kanadadan İran körfəzi vasitəsilə SSRİ-yə 
göndərilən strateji və hərbi təyinatlı yüklərin əsas nəqliyyat dəhlizi Cənubi və 
Şimali Azərbaycandan keçirdi. Həmin ölkələrin müharibə dövründə SSRİ-yə 
göndərdiyi 400 min avtomobil, 2,6 milyon ton neft və neft məhsulları, 9,6 min 
top, 10,8 min tank, 18,7 min təyyarə məhz Azərbaycan dəmir yolları vasitəsilə 
təyinat yerinə çatdırılmışdı. Şimaldan (ilin əksər fəsillərində donmuş limanlar), 
qərbdən (Sovet - Almaniya cəbhəsi) və şərqdən (militarist Yaponiya) bütün 
yolları bağlı olan SSRt-nin bu nəqliyyat dəhlizi və Azərbaycan nefti olmadan 
müharibədə qələbəni qazanması qətiyyən mümkün olmazdı. 
Azərbaycan elmi və mədəniyyəti də müharibəyə səfərbər olunmuşdu. 
Böyük kimyaçı alimimiz Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 
28 gün laboratoriyadan çıxmayaraq neft - kimya elmində böyük hadisə sayılan 
yüksək oktanlı aviasiya benzini almışdı. Azərbaycan alimləri çox mühüm hərbi 
təyinatlı xlorlu metan və toluolun alınması, təyyarə, tank və hərbi maşınlar üçün 
sürtgü yağlarının alınması texnologiyasını hazırlayaraq istehsala tətbiq 
etmişdilər. 
Azərbaycanın görkəmli geoloq alimləri Mirəli Qaşqay və Şamil 
Əzizbəyovun rəhbərliyi altında odadavamlı gil və fosforit kimi strateji xammal 
yataqlan aşkar edilmişdi. Professor Mustafa Topçubaşovun rəhbərliyi altında 
hərbi cərrahiyədə yeni üsullar işləyib hazırlanaraq minlərlə yaralı döyüşçü 
həyata qaytarılmışdı. 1945-ci il martın 23-də SSRİ EA-nm Azərbaycan filialı 
əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradılmış və onun ilk 
prezidenti Mirəsədulla Mirqasımov təyin olunmuşdu. Azərbaycanın şair və 
yazıçılarının əksəriyyəti, xüsusilə 1942-ci ildə Qafqaz uğrunda qanlı döyüşlər 
getdiyi bir vaxtda, ön cəbhədə ən təhlükəli yerlərdə əsgərlərimizin yanında 
idilər. Şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, 
Rəsul Rza, Mehdi Hüseyn, bəstəkarlardan Üzeyir Hacıbəyov, Qara Qarayev
Fikrət Əmirov, Səid Rüstəmov, rəssamlardan Əzim Əzimzadə, Maral 
Rəhmanzadə, heykəltaraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı və 
başqaları bütün yaradıcılıqlanm müharibə mövzusuna həsr etmişdilər. 
Müsəlman din xadimlərinin də müharibəyə səfərbərlik işlərinə fəal şəkildə 
qoşulması nəzərə alınaraq SSRİ Ali Sovetinin 1944-cü il 14 aprel tarixli qərarı 
ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi yaradılmışdı. 
Azərbaycan döyüşçüləri müharibə cəbhələrində, partizan hərəkatı və 
Avropa müqavimət hərəkatında 
Sovet ordu birləşmələrinin bir çox rus zabit kadrlarının Azərbaycanlı 
əsgərlərə inamsızlığına və milli ayrı - seçkilik münasibətinə baxmayaraq, on 
minlərlə azərbaycanlı əsgər SSRİ-nin döyüş cəbhələrində alman faşistlərinə 
qarşı qəhrəmanlıqla vuruşurdu. 
Müharibə başlayanda Brest qalasınmın alman hücumlarından 
qorunmasında igidliklə vuruşaraq düşmənə böyük təlafat verən qəhrəman 
əsgərlər 
312 


arasında 44 nəfər azərbaycanlımız da var idi. Azərbaycanlı təyyarəçi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin