çox yüksək faizlə qələbəsi elan edilirdi. Seçkilərdə İosif Stalinin "əsas məsələ
kimin necə səs verməsində deyil, səslərin kim tərəfindən sayılma- sındadır"
tezisi əsas götürülürdü. Xalqın seçkidə kimə səs verməsində kütləvi
repressiyaların da böyük rolu olmuşdu. Seçki məsələsində repressiyaları "böyük
nailiyyət" kimi qiymətləndirən Stalin 1939-cu ildə keçirilən partiya qurultayında
çıxışında açıq şəkildə bildirmişdi. "1937-ci ildə Tuxaçevski, Yakir və başqa
xainlər güllələnməyə məhkum edildilər. Bundan sonra SSRİ Ali Sovetinə
seçkilərdə iştirak edənlərin 98,6 faizi sovet hakimiyyətinə səs verdi. 1938-ci ildə
Rikov, Buxarin və başqa xainlər güllələndilər. Bundan sonra müttəfiq
respublikaların (o cümlədən Azərbaycanın - Red.) Ali Sovetlərinə seçkilərdə
iştirak edənlərin 99,4 %-i Sovet hakimiyyətinə səs verdi." Sərt nəzarət və kütləvi
saxtalaşdırmalar şəraitində keçirilən seçkilərin nəticələrinin tam yüz faiz
göstərilməməsi seçki prosesinə "demokratik" don geyindirmək məqsədi
güdürdü. Əks halda, xaricdə Sovet hökumətini tənqid edən burjua
siyasətçilərinin SSRİ-də mütləq monarxizmin və totalitarizmin bərqərar
edilməsi haqqında söyləntiləri üçün “əsas” verilmiş olardı. SSRİ-də bütün
hakimiyyəti inhisara almış Kommunist Partiyasının hegemonluğu şəraitində
keçirilən seçkilərin nəticələri ölkənin, o cümlədən respublikamızın siyasi
həyatında heç bir dəyişikliyə gətirib çıxartmırdı. SSRİ-nin və Azərbaycan Sovet
Respublikasının rəhbərləri uzun müddət dəyişməz olaraq qalırdı. Stalin 1922-ci
ildən 1953-cü ilə qədər SSRİ-ni bir diktator kimi təkbaşına 31 il idarə etmişdi.
Nəticədə ölkədə onun şəxsiyyətinə pərəstiş yaranmış və Stalin bütə çevrilmişdi.
Azərbaycanı isə Stalinin şəxsi diktəsi və L. Beriyanın xüsusi nəzarəti altında Mir
Cəfər Bağırov 1933-cü ilin dekabrından 1953-cü ilədək, 20 ilə yaxın idarə
etmişdi.
XII FƏSİL. AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ
DÖVRÜNDƏ (1939 - 1945-Cİ İLLƏR)
Dostları ilə paylaş: