məscidi
1936-cı ildə respublikamn rəhbəri
Mir Cəfər Bağırovun göstərişi ilə
partladılaraq yer üzündən silinmişdi. İş o yerə çatmışdı ki,
hətta müqəddəs
kitabımız Quran da qadağan edilmişdi. Xalqımızın əsrlərdən bəri qoruyub
saxladığı bütün dini bayramlar -müqəddəs Qurban bayramı, Məhərrəmlik
(aşura) mərasiminin keçirilməsi də dövlət tərəfindən qadağan edilmişdi. Hətta
Şərqdə yeni ilin gəlişini bildirən Novruz da dini bayram sayılaraq 30- cu illərdə
qadağan olunmuşdu. "Rədd olsun papaq", "Rədd olsun çadra" şüarları altında
milli adət - ənənə və məişətimizə qarşı biabırçı kampaniyalar həyata keçirilirdi.
Bolşevik hökumətinin belə biabırçı və ağılsız addımları
Azərbaycanda sovet
rejiminə qarşı nifrəti daha da artırır və hər yerdə əhali zorakılıqla həyata
keçirilən belə tədbirləri müqavimətlə qarşılayırdı.
Milli musiqi alətlərimiz olan
Dostları ilə paylaş: