Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Partiya və sovet orqanlarının ciddi nəzarəti, ideoloji təzyiqi və sovet cəza



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə199/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   195   196   197   198   199   200   201   202   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


Partiya və sovet orqanlarının ciddi nəzarəti, ideoloji təzyiqi və sovet cəza 
orqanlarının hər cür özbaşınalığı şəraitində də, Azərbaycanın əsl vətənpərvər 
şair və yazıçılan kommunistlərin cəfəng ehkamlanna xidmət etmək istəmir, 
milli irsimizi qoruyub saxlamağa çalışırdılar. Onlar milli mənafeyimizə uyğun 
olan və xalqımızın düşdüyü ağır vəziyyəti açıb göstərən əsərlər yazmaqdan 
qorxub çəkinmirdilər. Lakin belə fəaliyyət çox zaman onlann həyatı bahasına 
başa gəlirdi. 
1920 - 1930-cu illərdə Azərbaycan yazıçı və şairlərinin bir hissəsi yeni 
sosialist cəmiyyəti quruculuğunu və sovet rejimini tərənnüm edərək yeni 
proletar ədəbiyyatının yaradılması prosesinə fəal şəkildə qoşulmuşdular. Artıq 
Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşviq, Məmməd Rahim, Rəsul 
Rza, Mehdi Hüseyn və başqaları Kommunist Partiyasının direktiv göstərişlərinə 
əməl edərək öz əsərlərində sovet gerçəkliklərini və yenilikləri partiya və 
dövlətin tələb etdiyi şəkildə əks etdirirdilər. Partiya və hökumət bütün zorakılıq 
və təzyiq üsullarını işə salsa da, Azərbaycan ədiblərinin böyük əksəriyyətini 
yeni proletar ədəbiyyatının xidmətçisinə çevirə bilmədi. Nə qədər qəribə də 
olsa, 1937-ci ilədək Azərbaycan ədəbiyyatında real hakimiyyət yeni proletar 
yazarlarımn deyil. Əhməd Cavad və Hüseyn Cavidin başçılıq etdiyi "köhnə" 
qələm sahiblərinin əlində idi. Mövcud rejim tərəfindən təqib olunan bu qələm 
sahibləri 20 - 30-cu illərdə yazıb - yaratdıqları əsərlərdə diktatura rejiminə, 
müstəmləkə zülmünə və xarici əsarətə qarşı çıxaraq azadlıq ideyalarını 
tərənnüm edirdilər. Əhməd Cavad rus - sovet istilası nəticəsində müstəqil 
dövlətçiliyini itirmiş ölkəsinin düşdüyü ağır vəziyyəti görün necə təsvir edirdi: 
Gülmək zatən yox idi. 
Ağlamaq oldu yasaq. 
Zavallı məğlub ölkə. 
Sənə nə hüquq, nə haqq... 
Milli şairimiz Hüseyn Cavid isə yaşadığı sovet dövrünü belə qiymət- 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin